Azərbaycan təmsilçisi dünya çempionatında növbəti mərhələyə yüksəldi - FOTO
Martın 24-də Fransanın Monpelye şəhərində davam edən Fiqurlu Konkisürmə üzrə dünya çempionatında Azərbaycanı təmsil edən Vladimir Litvintsev qısa proqramda ilk çıxışını edib.
Atletimiz 85.83 xal toplayaraq 30 idmançı arasında 13-cü yer tutub.
Topladığı xalların nəticəsinə uyğun olaraq Vladimir Litvintsev növbəti mərhələyə yüksəlib və martın 26-da sərbəst proqram üzrə çıxış etmək imkanı qazanıb.
Qeyd edək ki, martın 21-də start götürən Fiqurlu Konkisürmə üzrə dünya çempionatında Azərbaycan dörd idmançı - Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə Yekaterina Kuznetsova və Aleksandr Kolosovskiy ilə təmsil olunur.
Martın 23-də qısa proqram üzrə çıxış edən Yekaterina Ryabova martın 25-də sərbəst proqramda öz bacarığını nümayiş etdirəcək.
Aleksandr Kolosovskiy və Yekaterina Kuznetsova isə martın 25 və 26-da qısa və sərbəst proqram üzrə çıxış edəcəklər.
Fiqurlu Konkisürmə üzrə dünya çempionatı martın 27-ə kimi davam edəcək.


Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1259 Tarix: 24 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Kubokunun püşkü atıldı
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada
18 sentyabr"Neftçi" "Qəbələ"yə, "Qarabağ" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 6-cı tura start verilir. "Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. Liderlər qrupunda olan "Neftçi" "Qəbələ" ilə qarşılaşacaq. Bu, "ağ-qaralar"ın Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 100-ci matçıdır
18 sentyabrElvin uzun müddət sonra belə görüntüləndi - Video
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) klubu ilə keçirilən gərgin cavab qarşılaşmasında ağır zədə alan "Qarabağ"ın aparıcı futbolçusu Elvin Cəfərquliyev uzun fasilədən sonra ilk dəfə kameraların obyektivinə tuş gəlib. "Qafqazinfo" xəbər verir ki
19 sentyabrFormula 1 altı illik fasilədən sonra İstanbula qayıdır - Tarix açıqlandı
Formula 1 yarışları altı illik fasilədən sonra yenidən İstanbulda keçiriləcək. Qaynarinfo xəbər verir ki, 2027-ci il FIA Formula 1 Dünya Çempionatının təqvimi açıqlanıb. Təqvimə əsasən, "Formula 1 Turkish Grand Prix" 1-3 oktyabr 2027-ci il tarixlərində TOSFED İstanbul Parkda təşkil olunacaq
17 sentyabr"Vikinq" futbolçusu Ola Vistedi icarəyə verib
Sabahın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Norveçin "Vikinq" komandasının futbolçusu Ola Vistedi cari mövsümün sonunadək KFUM-a icarəyə verilib. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçunun paytaxt komandası ilə icar
12 sentyabr"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb
"İmişli" klubu ötən ay yollarını ayırdığı futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb. "Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Xatırladaq ki, Ronaldo Souza daha əvvəl 2025/2026 mövsümündə b
19 sentyabrAzərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 3 idmançısı 1/4 finala vəsiqə qazanıb. Bu barədə -a Azərbaycan Boks Federasiyasından məlumat verilib. Sübhan Mamedov (50 kq) 1/8 finalda Emanuel Koça (Albaniya) ilə döyüşüb. Görüş 5:0 (30:27, 30:26, 30:27, 30:27
21 sentyabr