Ukrayna lideri dünya böhranı barədə xəbərdarlıq etdi

Ukrayna lideri dünya böhranı barədə xəbərdarlıq etdiUkraynanın müharibə şəraitində öz torpaqlarını becərməsi çətin olacaq.

Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə başçısı Volodimir Zelenski Qətərin paytaxtı Dohada keçirilən forumda çıxışında deyib.

Zelenski bildirib ki, Ukrayna dünyanın ən mühüm neft, buğda və qarğıdalı ixracatçılarından biridir: "Dünya COVID-19 pandemiyasından sonra bərpa oluna bilmədi və qida ilə bağlı risk altındadır. Rusiyalılar taxıl becərilməsinin qarşısını almaq üçün Ukrayna torpağını qazır, kənd təsərrüfatı texnikası və yanacaq çənlərini vurur. Limanlarımızı işğal etdilər. Ölkəmizdə kifayət qədər ərzaq var, amma ixracın qarşısının alınması bir çox ölkələrə ziyan vuracaq. İslam ölkələri, Latın Amerikası dövlətləri və digər ölkələr bundan əziyyət çəkəcək. Biz dünyada taxıl böhranının qarşısını almalıyıq".

Dövlət başçısı deyib ki, Rusiyaya qarşı tətbiq edilən bütün sanksiyalar onu sülhə məcbur etmək üçündür: "Avropadan Rusiya qazı və neftinin alınmasını ləğv etmək vaxt aparacaq. Qətər enerji baxımından perspektivli tərəfdaşdır. Avropanın gələcəyi sizin sanksiyalarınızdan asılıdır. Enerji resurslarınızın istehsalını artırın. Rusiya enerji məsələsindən dünyanı təhdid edəcək silah kimi istifadə etməməlidir".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1174   Tarix: 27 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ HDQ İran yaxınlığında döyüş qruplaşmalarını sayını artırıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) İran yaxınlığında yerləşən döyüş qruplaşmalarının sayını bir həftə ərzində 17-dən 21-ə qədər artıb. "Report"un "İnterfaks"a istinadən xəbərinə görə, bunu ABŞ Hərbi Dəniz İnstitutunun İnformasiya Xidmətinin məlumatları göstərir. Hazırda İranın cənub-şərqindək

27 oktyabr
.

Rusiya-Ukrayna müharibəsi: Kiyevə hücum, cəbhədə döyüşlər və yeni sülh danışıqları

Rusiya-Ukrayna müharibəsi fonunda hərbi əməliyyatlar və diplomatik təmaslar davam edir. Kiyevdə infrastruktur obyektlərinə zərbələr endirildiyi, Ukrayna qüvvələrinin bir sıra istiqamətlərdə əks-hücum əməliyyatları apardığı bildirilir. Eyni zamanda, müharibənin dayandırılması üçün yeni danışıqların keçirilməs

28 oktyabr
.

Niderlandda "Bulo" dəhşəti: ölən və itkin düşən var

Niderlandda "Bulo" fırtınası zamanı bir nəfər həlak olub, daha bir nəfər isə itkin düşüb. Bu barədə ANP agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Amsterdamda ağac güclü küləyin təsiri altında aşıb və velosipedçinin üzərinə düşüb. Oktyabrın 25-də, bazar günü, şəhərin cənub-qərb hissəsind

26 oktyabr
.

HSBC-nin mənfəəti artsa da, səhmləri kəskin ucuzlaşıb

Avropanın ən böyük bankı HSBC-nin üçüncü rüb üzrə mənfəəti artsa da, maliyyə nəticələrinin investorların gözləntilərini tam qarşılamaması səhmlərin ucuzlaşmasına səbəb olub. Financial Times qəzetinin məlumatına görə, bankın səhmləri çərşənbə axşamı təxminən 7 faiz dəyər itirib. Bankın vergidən əvvəlk

27 oktyabr
.

Qazaxıstan rusiyalı avtomobil alıcılarına qarşı sanksiyalar tətbiq edir

Qazaxıstan sanksiyalar səbəbindən rusiyalılara, hətta yerli qeydiyyatı olanlara belə avtomobil satışını dayandırıb. xəbər verir ki, Rusiya vətəndaşına Almatıdakı Skoda dilerliyində Rusiya pasportu ilə sövdələşməkdən imtina edilib və bu, Aİ sanksiyaları və Çexiya şirkətinin siyasəti ilə izah edilib. Oxşa

27 oktyabr
.

ABŞ ara seçkilərdən sonra İrana qarşı hücumları bərpa edə bilər

"The Wall Street Journal" qəzetinin məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, Vaşinqton bir sıra Körfəz ölkələrinə ABŞ-da keçiriləcək ara seçkilərdən sonra İrana qarşı qısa, lakin intensiv hərbi əməliyyatlara hazır olduğunu bildirib. xəbər verir ki, onların sözlərinə görə, ABŞ v

28 oktyabr
.

The Wall Street Journal: "ABŞ Çinin gəmiqayırma üstünlüyünü azaltmaq üçün Cənubi Koreyaya üz tutur"

ABŞ gəmiqayırma sənayesini yenidən gücləndirmək üçün Cənubi Koreyanın texnologiyasından və sərmayəsindən yararlanmağa çalışır. The Wall Street Journal-a istinadən xəbər verir ki, Vaşinqton bu sahədə Çindən ciddi şəkildə geri qalır və mövqeyini bərpa etmək üçün müttəfiqlərinin dəstəyinə ehtiyac duyur

26 oktyabr
.

Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub

Türkiyənin İstanbul bölgəsinin Bakırköy bələdiyyəsində mal və xidmət alışı zamanı qanun pozuntularına yol verməkdə və iş yeri lisenziyası zamanı sahibkarlardan rüşvət tələb etdikləri iddialarına görə aparılan istintaq çərçivəsində aralarında bələdiyyə sədr müavinləri və məclis üzvlərinin də olduğu 6

27 oktyabr
.

Almaniya Ukrayna istehsalı olan uzaqmənzilli raketləri almağa hazırlaşır

Almaniya Ukraynada istehsal olunan "Bars" qanadlı raketlərini öz silahlı qüvvələri üçün almağa hazırlaşır. Bu addım Avropa ölkələrinin Ukraynanın müharibə zamanı əldə etdiyi hərbi texnologiya təcrübəsindən istifadə etmək istəyinin artdığını göstərir. Financial Times nəşrinin məlumatına görə

26 oktyabr