HSBC-nin mənfəəti artsa da, səhmləri kəskin ucuzlaşıb
Avropanın ən böyük bankı HSBC-nin üçüncü rüb üzrə mənfəəti artsa da, maliyyə nəticələrinin investorların gözləntilərini tam qarşılamaması səhmlərin ucuzlaşmasına səbəb olub. Financial Times qəzetinin məlumatına görə, bankın səhmləri çərşənbə axşamı təxminən 7 faiz dəyər itirib.
Bankın vergidən əvvəlki mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 32 faiz artaraq 9,6 milyard dollara çatıb. Gəlirlər isə 5 faiz yüksələrək 18,6 milyard dollar təşkil edib.
Sonxeber.az Financial Times-a istinadən xəbər verir ki, buna baxmayaraq, investorlar bankın illik maliyyə proqnozlarını yaxşılaşdırmamasından narazı qalıblar. Xüsusilə yüksək faiz dərəcələri və xərclərin azaldılması tədbirləri fonunda daha yaxşı nəticələr gözlənilirdi.
HSBC eyni zamanda səhmlərinin 1 milyard dollaradək məbləğdə geri alınacağını açıqlayıb. Bankın əməliyyat xərcləri azalsa da, mümkün kredit itkiləri üçün 832 milyon dollar ehtiyat ayrılıb. Bu məbləğin bir hissəsi Honkonqdakı kommersiya daşınmaz əmlak bazarı ilə bağlı risklərə aiddir.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 347 Tarix: 27 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şimali və Cənubi Koreya arasında gərginlik yenidən artır
Şimali Koreya ilə Cənubi Koreya arasında münasibətlər kəskinləşib. Reuters-ə istinadən xəbər verir ki, Pxenyan BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda sentyabrda baş vermiş mina insidenti ilə bağlı Seulu hadisəni saxtalaşdırmaqda ittiham edib. Koreya yarımadasında hərbi hazırlıqla bağlı narahatlıqla
26 oktyabrNiderlandda "Bulo" dəhşəti: ölən və itkin düşən var
Niderlandda "Bulo" fırtınası zamanı bir nəfər həlak olub, daha bir nəfər isə itkin düşüb. Bu barədə ANP agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Amsterdamda ağac güclü küləyin təsiri altında aşıb və velosipedçinin üzərinə düşüb. Oktyabrın 25-də, bazar günü, şəhərin cənub-qərb hissəsind
26 oktyabrTramp İranla yay atəşkəsi vaxt itkisi adlandırıb
ABŞ prezidenti Donald Tramp İranla müharibə zamanı hərbi əməliyyatların yayda dayandırılmasını vaxt itkisi hesab edir. xəbər verir ki, o, Konqresin ara seçkiləri ərəfəsində Missisipi ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında müvafiq bəyanatla çıxış edib. Münaqişənin başlanğıcında
27 oktyabrHusilər Ər-Riyad hava limanını yenidən açdığı gün hücuma keçiblər
Yəməndəki Husilər Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, eləcə də Səudiyyə Ərəbistanının cənubundakı hava və dəniz bazalarına hücum elan ediblər. xəbər verir ki, bu barədə Ənsar Allah hərəkatının hərbi sözçüsü Yəhya Sari bildirib. Sarinin sözlərinə görə, husilər onlarla ballistik raketdə
26 oktyabrAy ətrafında dövrə vuran ilk canlılar: İki tısbağanın hekayəsi
1968-ci ildə Sovet İttifaqı Ay ətrafında uçuş həyata keçirmək və Yerə qayıtmaq məqsədilə "Zond-5" kosmik aparatını kosmosa göndərib. Aparatın göyərtəsində iki Orta Asiya tısbağası ilə yanaşı, milçəklər, qurdlar, bitkilər və toxumlar da olub. Bu missiya canlı orqanizmlərin Yer orbitindən kənara
26 oktyabrRusiya minlərlə afrikalını müharibəyə göndərir
Rusiya Ukraynada verdiyi ağır itkiləri kompensasiya etmək və canlı qüvvə çatışmazlığını aradan qaldırmaq məqsədilə Afrikanın ən yoxsul ölkələrindən bəzilərində hərbi xidmətə cəlbetmə fəaliyyətini genişləndirir. xəbər verir ki, bu barədə "Blumberq" Ukrayna kəşfiyyatının hesabatına istinadl
26 oktyabrFilippində bazarda yanğın nəticəsində beş nəfər ölüb
Filippinin cənubundakı Luson adasında yerləşən Sorsoqon şəhərində ictimai bazarda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un məlumatına görə, bu barədə "Xinhua" agentliyi yerli mediaya istinadən xəbər yayıb. Məlumata görə, yanğın şənbə axşamı başlayıb və qısa zamand
25 oktyabr