Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazandı

Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazandıAzərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin III mərhələsində yarımfinala vəsiqə uğrunda almaniyalı Vinsent Kaymerlə qarşılaşıb.

Oxu.Az-ın məlumatına görə, hər iki qrossmeyster B qrupunu eyni - 3,5 xalla başa vurduğundan qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılıb.

İlk qarşılaşmada ağ fiqurlarla oynayan Məmmədyarov rəqibini məğlub edib. Qara fiqurlarla ikinci dueldən məğlub ayrılan 37 yaşlı şahmatçı növbəti iki oyunda qələbə qazanaraq, adını yarımfinala yazdırıb. Əsasnaməyə görə, yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.

Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.

Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.

Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1038   Tarix: 29 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Qarabağ"ın rəqibi "Nyukasl" oldu

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi bəlli olub. Ağdam təmsilçisi İngiltərənin "Nyukasl" klubu ilə rəqib olub. Qeyd edək ki, bu mərhələnin ilk qarşılaşmaları fevralın 17-18-də

30 yanvar
.

"Fənərbağça" "Qalatasaray"ın ittihamlarına cavab verib

"Fənərbağça" klubu "Qalatasaray"ın Ali Koçla bağlı iddialarına cavab verib. xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesablarında paylaşım edib:. "Qalatasaray" klubunun keçmiş prezidentimiz Ali Koçla bağlı verdiyi açıqlamanı qəbuledilməz hesab edirik. Cənab Ali Koç vasitəsil

26 yanvar
.

"Qarabağ"ın Premyer Liqa oyunlarını keçirəcəyi STADİON DƏYİŞDİ

"Qarabağ" futbol klubu fevralın 1-dən Misli Premyer Liqasındakı oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb. Bildirilib ki, "Qarabağ" PFL-ə müraciət edərək, "Turan Tovuz"

27 yanvar
.

Bir gün əvvəl başına 6 tikiş atılmasına baxmayaraq oyuna çıxıb, qalib oldu

"Beşiktaş"ın kişi basketbol komandasının xorvatiyalı oyunçusu Ante Jiziç məşq zamanı yaşadığı zədəyə baxmayaraq oyuna çıxaraq komandasının qələbəsində mühüm rol oynayıb. türk mediasına istinadən xəbər verir ki, komanda Eurocup turnirinin 17-ci həftəsində "Türk Telekom"u 91:81 hesab

6 fevral
.

Tək bir səbəbi var! Görüntülərdəki tıxac toy karvanından deyil! - VİDEO

"Fənərbaxça" klubu Səudiyyə Ərəbistanının "Al Ittihad" komandasında çıxış edən fransalı futbolçu N’Qolo Kantenı 2,5 illik müqavilə ilə heyətinə qatıb. türk mediasına istinadən xəbər verir ki, sarı-göy rəngli azarkeşlərin böyük həyəcanla gözlədiyi ulduz futbolçu dünən İstanbula gəlib

5 fevral
.

Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - Fotolar

İtaliyanın Milan şəhərində 2026-cı il Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbir San Siro stadionunda baş tutub. Mərasim zamanı ölkələrin idmançılarının paradı olub. Azərbaycan yığmasının üzvləri də arenaya daxil olublar. Azərbaycan millisinin bayraqdarlar

7 fevral
.

Nəriman Axundzadə üçün təklif var - Xaricə gedir

Bir müddətdir "Qarabağ"ın gənc forvardı Nəriman Axundzadənin klubdan ayrılacağı ilə bağlı xəbərlər yayılır. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, həqiqətən hücumçu üçün xarici klublardan təkliflər var. Hazırda tərəflər arasında danışıqlar intensivləşib. Əgər maddi məsələlərd

6 fevral
.

"Qarabağ" İngiltərədə belə qarşılandı - Video

UEFA Çempionlar Liqasının liqa mərhələsində "Liverpul"la qarşılaşmaq üçün İngiltərəyə yola düşən "Qarabağ" orada yaşayan həmyerlilərimiz tərəfindən böyük səmimiyyətlə qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "İdman Azərbaycan" Televiziyasının instaqra

26 yanvar
.

"Liverpul" 100 milyonluq transferlə bazarı partlatmağa hazırdır

Rocers ötən il "Aston Villa" ilə 2031-ci ilə qədər yeni müqavilə imzalasa da, "Liverpul" geri çəkilmir. Morqan Rocers 2026-cı ilin yayında klubundan ayrıla bilər. -ın xarici mediaya istinadla məlumatına görə, "Liverpul" 23 yaşlı ingilis futbolçunu izləyir və mersisaydlıla

5 fevral