DİQQƏT: Güclü geomaqnit qasırğası gözlənilir
Martın 28-də Günəşdə baş verən tac kütlə atılmasının geoeffektivliyi (CME - Coronal Mass Ejection) səbəbindən 30 mart-1 aprel tarixlərində Yerin geomaqnit sahəsində kifayət qədər güclü həyəcanlanma baş verəcək.
Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Bunun nəticəsində göstərilən tarixlərdə maqnit qasırğası gözlənilir. Martın 29-da Günəşin səthində çoxsaylı M və C siniflərindən olan alışmalar baş verib. Baş verən alışmalar da maqnit qasırğasının güclənməsinə səbəb olacaq.
Hazırda Günəş küləyi parametrləri tac dəliklərindən çıxan yüksək sürətli axınların (CH HSS - Coronal Hole High Speed Stream) təsiri və martın 25-də baş vermiş tac kütlə atılması nəticəsində güclü səviyyədə qalmaqdadır. Martın 30-u səhər saatlarında geomaqnit sahə sakit olub.
Martın 28-də baş vermiş tac kütlə atılması və fəal yüksək sürətli axınların təsiri nəticəsində martın 30-da günün sonunda sakit şərait G1 səviyyəli (zəif-mülayim) maqnit qasırğası ilə müşayiət olunan həyəcanlanmış şəraitlə əvəzlənəcək. Martın 31-də günün əvvəlində maqnit qasırğası G3, bəzi saatlarda isə G4 səviyyəsinə yüksələcək.
Tac kütlə atılmasının təsiri aprelin 1-də azalacağından geomaqnit şərait G2 səviyyəli maqnit qasırğası ilə əvəzlənəcək.
Qeyd edək ki, maqnit qasırğalı kosmik hava şəraiti ilk növbədə xüsusi risk qrupuna daxil olan insanlara təsir edir. Ürək-qan damar və digər xroniki xəstəlikləri olan insanlar, qismən də ahıllar və azyaşlılar daha çox diskomfort hiss edirlər. Belə hallar adətən impulsiv baş ağrıları, halsızlığın artması şəklində özünü göstərir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1190 Tarix: 30 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya bu müharibələri uduzub - Sikorski
Qərbdə möhkəm kök salmış bir mif var: Rusiya həmişə qalib gəlir. Lakin işlər heç də həmişə onların istədiyi kimi getmir. xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib. "Rusiya Krım müharibəsində məğlub oldu. Yaponiyaya qarşı müharibədə uduzdu. Birinci Dünya müharibəsində
27 oktyabrTramp İranla münaqişənin istədiyi vaxt bitəcəyini bildirib
ABŞ prezidenti Donald Tramp İranla münaqişənin istədiyi vaxt bitəcəyini açıqlayıb. xəbər verir ki, Tramp Texasda keçirilən mitinqdə deyib: "Daha əvvəl məndən soruşdular ki, 'İranla müharibə nə vaxt bitəcək?' Mən dedim ki, 'İstədiyim zaman bitəcək. Bir gün əvvəl ABŞ prezidenti ik
28 oktyabrLatviyanın şərqində NATO-nun genişmiqyaslı təlimləri başlayıb
NATO-nun Latviyadakı çoxmillətli briqadası ölkənin şərqində genişmiqyaslı hərbi təlimlərə başlayıb. "LSM" xəbər verir ki, "Resolute Reforger 2026" adlı təlimlər oktyabrın 26-dan noyabrın 8-dək keçiriləcək. Təlimlərdə NATO-nun Latviyadakı çoxmillətli briqadasının təxminən 3 min hərbçis
26 oktyabrDünya kritik iqlim həddini əldən verdi: BMT-dən yeni xəbərdarlıq
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) qlobal temperatur artımını sənaye öncəsi dövrlə müqayisədə 1,5 dərəcədə saxlamaq məqsədinin mövcud şərtlərdə real olmadığını açıqlayıb. Qurumun hesablamalarına görə, kifayət qədər tədbir görülməzsə, temperatur artımı əsrin sonuna qədər 2,
26 oktyabrMoldovanın Baş naziri Ukraynaya gedib
Moldovanın Baş naziri Vasile Tofan Ukraynaya işgüzar səfər edib. Report xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Səfər çərçivəsində o, Ukrayna Prezidenti Volodimir Zelenski, Baş nazir Sergey Koretski və Ali Radanın spikeri Ruslan Stefançukla danışıqlar aparacaq. Moldova hökumətinin mətbua
26 oktyabrABŞ ara seçkilərdən sonra İrana qarşı hücumları bərpa edə bilər
"The Wall Street Journal" qəzetinin məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, Vaşinqton bir sıra Körfəz ölkələrinə ABŞ-da keçiriləcək ara seçkilərdən sonra İrana qarşı qısa, lakin intensiv hərbi əməliyyatlara hazır olduğunu bildirib. xəbər verir ki, onların sözlərinə görə, ABŞ v
28 oktyabrTramp İranla yay atəşkəsi vaxt itkisi adlandırıb
ABŞ prezidenti Donald Tramp İranla müharibə zamanı hərbi əməliyyatların yayda dayandırılmasını vaxt itkisi hesab edir. xəbər verir ki, o, Konqresin ara seçkiləri ərəfəsində Missisipi ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında müvafiq bəyanatla çıxış edib. Münaqişənin başlanğıcında
27 oktyabr