"Özlərini yazıq xalq kimi təqdim etmək istəyən ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşilikləri bütün dünya biləcək"

"Özlərini yazıq xalq kimi təqdim etmək istəyən ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşilikləri bütün dünya biləcək""Ermənilər hər zaman dünyada baş verən əlverişli tarixi proseslərdən istifadə edərək uydurduqları "Böyük Ermənistan" ideyalarını həyata keçirmək üçün azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə həyata keçiriblər".

Bunu Sonxeber.az-a danışan deputat Kamilə Əliyeva bildirib.

Deputat vurğulayıb ki, XIX əsrdə Çar Rusiyası tərəfindən İrandan Azərbaycan ərazilərinə köçürülən ermənilər 1905-ci ildə soydaşlarımıza qarşı böyük qətliamlar törətiblər:

"Sonrakı illərdə də ermənilər azərbaycanlılara qarşı vəhşiliklər törətməkdə davam ediblər. 1918-ci ilin mart qırğınları xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Bu tarixdə Qarabağda, Zəngəzurda, Şamaxıda, Qubada on minlərlə soydaşımız ermənilər tərəfindən soyqırımına məruz qalıblar. 1918-ci ilin mart-aprel aylarında daşnaq-bolşevik silahlı qüvvələri Bakı şəhərində və Bakı quberniyasına daxil olan digər qəzalarda misli görünməmiş vəhşiliklər, kütləvi qırğınlar törədiblər. 1918-ci ilin 30 mart tarixindən 3 aprel tarixinədək Bakı şəhərində, Qarabağda, Naxçıvanda və digər ərazilərdə ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetiriblər, 10 minlərlə insan öz yurd-yerlərindən qovulublar.

1918-ci ilin mart soyqırımı tək Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı cinayətlərdən biri olub. Ermənilər azərbaycanlılarla yanaşı, bu ərazilərdə yaşayan minlərlə ləzgi, yəhudi, avar, rus millətindən olan insanları da qətlə yetiriblər. Ermənilər soydaşlarımızı qətlə yetirməkdən əlavə, dini, mədəni-tarixi abidələrimizi də dağıdaraq yerlə yeksan ediblər. 1918-ci ilin mart ayının 31-dən başlayaraq Bakı Sovetinin və "Daşnaqsutyun" partitasının 10 minədək silahlı dəstələri Bakı şəhərinin azərbaycanlılar yaşayan məhəllələrinə hücum edərək qocaları, qadınları, uşaqları belə, qətlə yetirdilər".

Deputat vurğulayıb ki, Şamaxı və Quba rayonlarında da ermənilər azərbaycanlılara qarşı soyqırımı cinayəti törədiblər:

"1990-cı illərdə aparılmış tədqiqat nəticəsində məlum olub ki, ermənilər Şamaxı şəhərində 14-16 min, Şamaxının kəndlərində isə 6-8 min nəfər azərbaycanlını xüsusi amansızlıqla qətlə yetiriblər. Quba şəhərində təxminən 2900, Quba qəzası üzrə ümumilikdə 4000 nəfərdən artıq azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib. Tədqiqatlar zamanı məlum olub ki, burada insanlar odlu silahlarla öldürülməyib, onların başları kəsilib, küt alətlərlə başlarına mismar vurmaqla qətlə yetiriliblər.

Baş vermiş bu vəhşiliklər və soyqırımı siyasətinə məhz Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verilib. Ulu Öndərin 1998-ci ilin mart ayının 26-da imzaladığı Fərmanla 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilib.

2007-ci ildə Qubada tikinti işləri ilə əlaqədar aparılan qazıntı zamanı kütləvi məzarlıqlar aşkar edilib. Məzarlıqda 500-dək insan kəlləsi aşkarlanıb. Burada uşaqlar və qadınların da olduğu çoxlu sayda cəsədlər var. Tədqiqatlarla sübut olunub ki, bunlar 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilmiş insanların cəsədləridir. Qubada törədilmiş bu soyqırımının dünya ictimaiyyətinə çatdırılması və gələcək nəsillərin yaddaşlarında qorunub saxlanılması məqsədi ilə Prezident cənab İlham Əliyev Soyqırımı Memorial Kompleksinin yaradılmasına qərar verib. Erməni-bolşevik dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdiyi soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə Prezident cənab İlham Əliyev 18 yanvar 2018-ci il tarixində "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzalayıb. Özlərini dünyaya yazıq, məzlum xalq kimi təqdim etmək istəyən ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı hansı vəhşiliklər törətdiklərini bütün dünya biləcək".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 964   Tarix: 31 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl

21 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA

Saç şampunu seçərkən yalnız məhsulun markasına və qiymətinə deyil, onun tərkibinə və saçın xüsusiyyətlərinə də diqqət yetirmək vacibdir. Yanlış şampun seçimi saç dərisində quruluq, yağlanma və qıcıqlanma kimi problemlərə səbəb ola bilər. Bəs saç tipinə uyğun şampunu necə seçmək lazımdır, məhsulun tərkibindək

22 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr
.

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir

Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl

22 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr
.

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu

Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə

21 oktyabr
.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

21 oktyabr
.

Sabah Bakıya yağış yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə

22 oktyabr