Ramazan ayında çoxlarını düşündürən suala CAVAB
Mübarək Ramazan ayınının başlamasına artıq sayılı günlər qalıb. Bu ərəfədə bir çox insanları düşündürən müzakirəli suallar yaranır. Onlardan biri xanımların uzun, taxma və şellak olunmuş dırnaqlarıyla bağlıdır. Belə dırnaqlarla qüsl və dəstəmaz doğru hesab olunurmu?
Məsələ ilə bağlı Sonxeber.az ilahiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Əkrəm Həsənovdan münasibət öyrənib.
O bildirib ki, din alimləri fərqli fikir bildirirlər:
"Bu, fiqh alimləri arasında mübahisə mövzusudur. Əslində İslam alimlərinin bəziləri bir çox mənbələrdən gələn hədislərə əsaslanaraq qeyd edirlər ki, taxma dırnaqla su dəymədiyi üçün dəstəmaz və ya qüsl almaq düzgün hesab olunmur.
Amma müasir dövrümüzün tələbinə uyğun olaraq, bəzi alimlər qeyd edirlər ki, onun heç bir fərqi yoxdur. Çünki dırnaq da bir növ ətin üstündə olan bərk maddədir. Həmin o dediyiniz taxma dırnaq da onun hökmündə olur.
İkinci fikri mən daha çox dəstəkləyirəm və hesab edirəm ki, bu, dəstnamaza mane olmamalıdır. Lakin böyük alimlərin əksəriyyəti qeyd edirlər ki, o cür dəstəmaz və ya qüsl almaq düzgün deyil.
Düzünü isə Allah bilir".
Lakin ilahiyyatçı, Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov da Sonxeber.az-a açıqlamasında taxma dırnaqlarla dəstəmaz və qüsl alınmasının düzgün olmadığını bildirib.
Onun sözlərinə görə, dində belə bir yanaşma var ki, qüsl və dəstəmaz alarkən su bütün əzalara çatmalıdır:
"Dirnağa lak çəkilirsə, artıq dəstəmaz, qüsl alanda həmin əzalara su çatmırsa, o zaman düzgün sayılmır. Ona görə də, həm orucluq zamanı, həm də ibadətlərdə nəzərə almaq lazımdır ki, dırnaq təmiz olsun. Dini nöqteyi nəzərdən belədir".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1731 Tarix: 31 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021