Aprel ayında mart soyuqları təkrarlanacaqmı? - AÇIQLAMA

Aprel ayında mart soyuqları təkrarlanacaqmı? - AÇIQLAMA"Bu il mart ayında hava şəraiti daha çox qış fəslinə bənzədi, soyuq və qarlı-yağıntılı keçdi, hətta son illərdə əsasən mülayim keçən qış fəslindən hava daha sərt oldu. İntensiv və güclü yağıntı, şiddətli külək ölkənin müxtəlif regionlarında ciddi fəsadlara səbəb oldu".

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlə Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında ay ərzində 21 gün yağıntılı olub, düşən yağıntının miqdarı aylıq normanın 127-194% təşkil edib, mart ayının 17 və 18-də sulu qar və qar yağıb:

"Ən çox yağıntı isə Lənkəran-Astara zonasında, aylıq normadan 3,4 dəfə çox olub.

Böyük Qafqazda 22 gün yağıntı qeydə alınıb, bu da aylıq normanın 154-212%, Qazax-Gəncə zonasında 18 yağıntılı gün ərzində aylıq normanın 124%-i, Mərkəzi-Aran zonasında 17 gün ərzində yağıntı olmuş, normanın 170-235% -i qeydə alınıb.

Yağan qar nəticəsində yarımmetrlik, bəzi dağlıq rayonlarda 80 santimetr və daha yüksək qar örtüyü əmələ gəlib.

Mart ayı ərzində Bakıda və Abşeron yarımadasında ərazimizdə hakim olan şimal küləkləri güclü olmaqla yanaşı davamiyyətli olmuş, belə ki, 14 gün güclü küləklər qeydə alınıb. Şimal-qərb küləyinin maksimal sürəti Bakıda 28 m/s-ə çatıb.

Azərbaycanın rayonlarında: Lənkəran-Astara zonasında 28 m/s-dək, Qazax-Gəncə zonasında 30 m/s, Böyük Qafqazda 32 m/s, Mərkəzi-Aran zonasında 33 m/s-dək şiddətlənib.

Bu ilin mart ayında hava şəraitinin təzadlarının daha kəskin olması iqlim dəyişmələri nəticəsində gözlənilən hava-iqlim risklərinin artması modeli kimi baxıla bilər. Belə hadisələrə və onlarla bağlı fəsadlara hazırlıqlı olmaq vacibdir".

Aprel ayında mar soyuqları təkrarlanacaqmı?

U.Tağıyeva əlavə edib ki, aprel ayı adətən nisbətən mülayim və daha komfort hava ilə səciyyələnir:

"Mart ayı ilə müqayisədə havanın orta aylıq temperaturu 5-6° yüksək olur. Orta aylıq hava temperaturunun vegetasiya dövrü üçün münasibliyi, yaz fəslinə xas olan yağıntılı günləri ilə təbiətin daha da canlanması müxtəlif növ meyvə ağaclarının çiçəklənməsi məhz aprel ayında müşahidə edilir.

Bütün meteoroloji müşahidələrə görə bəzi illərdə Respublika üzrə havanın minimum temperaturu 2-8° şaxta, dağlıq rayonlarda 10-15° şaxta, Bakıda və Abşeron yarımadasında 0-3° şaxta qeydə alınıb. Havanın mütləq maksimum temperaturu isə 29-33° isti, ayrı-ayrı rayonlarda 35-38° isti, Bakıda və Abşeron yarımadasında 30-35° isti olub.

Aprel ayında da bəzən anomal proseslər müşahidə edilir. Bakıda qar 2004-cü il aprelin 3-5-də yağıb. 2012-ci il aprelin 10-da isə Bakıda əsil yay havası müşahidə edilmiş, havanın maksimum temperaturu 31.5 dərəcəyədək yüksələrək 1998-ci ilin rekord göstəricisini təkrarlayıb.

Statistik məlumatlara əsasən, dağlıq və dağətəyi rayonlarda aprelin 28-dək qar müşahidə edilə bilir, aprelin ikinci yarısında isə adətən yağışlar leysan xarakterli olur və tez-tez şimşəklə müşayiət edilir. Dağlıq və dağətəyi rayonlarda dolu prosesləri də qeydə alınır".

"Son 21 il ərzində 2013-cü il aprelin 24-də Bakıda 26.0 mm yağıntı düşmüşdür ki, bu da aylıq normanın 113%-ni təşkil edir. Həmin il aylıq yağıntının miqdarı 56.9 mm qeydə alınmışdır və bu iqlim normasının 246%-ni təşkil edir.

Ən güclü külək Bakıda 2011-ci il aprelin 22-də əsmişdir. Həmin gün şimal-qərb küləyi 33-38 m/s-dək şiddətlənib.

Bu ilin aprel ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının isə iqlim normasına yaxın olacağı, lokal ərazilərdə baş verən anomal proseslər nəticəsində yağıntıların intensiv olması ehtimal edilir.

Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin sabit, mülayim keçəcəyi, temperaturların tədricən yüksələcəyi gözlənilir. Ayın 4-də isə şimal küləyi güclənməsi havanın temperaturunun enməsinə səbəb olacaq", - deyə o əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1964   Tarix: 31 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl

21 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA

Saç şampunu seçərkən yalnız məhsulun markasına və qiymətinə deyil, onun tərkibinə və saçın xüsusiyyətlərinə də diqqət yetirmək vacibdir. Yanlış şampun seçimi saç dərisində quruluq, yağlanma və qıcıqlanma kimi problemlərə səbəb ola bilər. Bəs saç tipinə uyğun şampunu necə seçmək lazımdır, məhsulun tərkibindək

22 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr
.

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir

Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl

22 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr
.

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu

Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə

21 oktyabr
.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

21 oktyabr
.

Sabah Bakıya yağış yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə

22 oktyabr