Paytaxtda ümumşəhər daxili iməcliyi keçirilib

Paytaxtda ümumşəhər daxili iməcliyi keçirilibBakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq yaz mövsümü ilə əlaqədar aprelin 2-də Bakı şəhərinin ərazisində təmizlik və abadlıqla bağlı ümumşəhər daxili iməcliyi keçirilib.
Bakı Şəhər İcra Hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməclik paytaxtın bütün rayonlarını əhatə edib. İməclik zamanı paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.
İməclikdə həm də prospekt və küçələr boyunca yerləşən ictima-iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-səhman yaradılması işlərində fəallıq göstəriblər. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməclikdə yaxından iştirak ediblər.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağacların qurumuş budaqları budanıb. Mövsümlə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, təbii gübrələr verilib. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilir, rəngbərəng güllərdən yaraşıqlı kompozisiyalar yaradılır, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır. Mərkəzi Nəbatat Bağında və Mərdəkandakı Dendrologiya Bağında keçirilən iməclikdə buradakı ağac və yaşıllıqlara qulluq göstərirlib, təmizlik işləri görülüb.
Bakı Şəhər İcra Hakimiyyəti kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparıb, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.
İməclik tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçirilib və şəhərin təmizliyinin lazımı səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir. Bu kimi təmizlik və abadlıq işləri, yeni yaşıllıqların salınması paytaxtımız Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olacaqdır.

Paytaxtda ümumşəhər daxili iməcliyi keçirilibPaytaxtda ümumşəhər daxili iməcliyi keçirilibPaytaxtda ümumşəhər daxili iməcliyi keçirilibPaytaxtda ümumşəhər daxili iməcliyi keçirilibPaytaxtda ümumşəhər daxili iməcliyi keçirilibPaytaxtda ümumşəhər daxili iməcliyi keçirilibPaytaxtda ümumşəhər daxili iməcliyi keçirilibPaytaxtda ümumşəhər daxili iməcliyi keçirilibPaytaxtda ümumşəhər daxili iməcliyi keçirilibPaytaxtda ümumşəhər daxili iməcliyi keçirilibPaytaxtda ümumşəhər daxili iməcliyi keçirilibPaytaxtda ümumşəhər daxili iməcliyi keçirilibPaytaxtda ümumşəhər daxili iməcliyi keçirilibPaytaxtda ümumşəhər daxili iməcliyi keçirilibPaytaxtda ümumşəhər daxili iməcliyi keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 802   Tarix: 02 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr
.

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir

Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl

22 oktyabr
.

"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMA

"El nə deyər?" qorxusu qadının həyatından qiymətlidirmi? Ərinin xəyanətinə, təhqirinə, zorakılığına məruz qalan qadına boşanmaq istəyəndə belə "ayıbdır", "camaat nə deyər, "ata evinə qayıtmaq biabırçılıqdır" deyən düşüncə tərzi cəmiyyətin ən ağır problemlərindən biridir

23 oktyabr
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi

Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. -a istinadən xəbər verir ki, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin dekabrın 19-dək həbsdə saxlanılması barədə qərar qəbul edilib

23 oktyabr
.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI

Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec

22 oktyabr
.

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər

22 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr