Xalq artistinin Afət Fərmanqızına qarşı məhkəmə ittihamı nələrə əsaslanır...

Xalq artistinin Afət Fərmanqızına qarşı məhkəmə ittihamı nələrə əsaslanır...Flora Kərimova: "Onun vəkili işlə tanış olduqdan sonra təklif etdi ki, bəlkə barışasınız, bilirsiz ki, mənim də barışmaqla elə də aram yoxdur..."

Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində məhkəməyə verdiyi şikayət icraata götürülüb. Bu barədə mətbuata Xalq artistinin vəkili Xavər İsmayılova məlumat verib.

Xüsusi ittiham qaydasında verilən şikayətə Binəqədi Rayon Məhkəməsində baxılıb. F.Kərimova A.Fərmanqızının mediada və instaqramda onun barəsində səsləndirdiyi fikirlərin böhtan xarakterli olduğunu və bunu şəxsiyyətinə hörmətsizlik hesab etdiyini bildirib. İşin mahiyyəti üzrə araşdırma növbəti iclasda başlayacaq.

Qeyd edilənə görə, Flora Kərimova Afət Fərmanqızını Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə ittiham edib. İttiham sübuta yetirilərsə, Afət Fərmanqızını 3 ilədək həbs cəzası gözləyir.

Xalq artistinin müğənni ilə bağlı şikayəti artıq icraata götürülüb.

Xalq artisti Flora Kərimovanın Afət Fərmanqızına qarşı məhkəmə ittihamı nələrə əsaslanır?

"Ya dediyinə, ya da dilinə sahib ol, amma sən nə dilinə, nə də dediyinə sahib olursan"

Bununla bağlı əvvəlcə xalq artisti Flora Kərimova ilə əlaqə saxladıq. "Onu məhkəməyə verdik və barəsində cinayət işi qaldırıldı. Onun mənim barəmdə dediyi sözlər mətbuatda çap olunacaq. O deyir ki, guya o məni təhqir etməyib, mən onu təhqir etmişəm. O böhtan deyir, yalan deyir. Adam nə qədər yalan danışar? Nə qədər adam fantaziyalar qurar, nə qədər adam bir sözü müxtəlif formalarda yoza bilər?"

A.Fərmanqızı ilə yaranmış problemin kökündə dayanan səbəbə gəlincə, xalq artisti bildirdi ki, bu, Nəsiminin "Sığmazam" qəzəlini müğənninin o şəkildə oxuması ilə bağlıdır. "Dedim ki, qızım, Nəsimini elə oxumazlar, klassikdir, Nəsimi Azərbaycanın sərvətidir, çox faciəvi həyatı olub. Əsrlər boyudur ki, o faciəni millət yaşadır və nəsildən-nəslə ötürür. Yəni bu faciə yaddan çıxmır. Bu, millətin faciəsidir. Dedim bunu belə oxumurlar…Dedim ki, qızım, hörmətlə yanaşın, Nəsimi Azərbaycanın sərvətidir. Mənim haqqımda ağzına gələni dedi. Mən onun hədyanlarına çox dözdüm, amma axırda da əndazəni aşanda dözə bilmədim. Bunun bir yolu vardı, o da onu məhkəməyə verməkdi.

Mənə deyib ki, sənin sifətin qara baş daşında olmalıdır. Ondan əvvəl də mənə çox pis kişi söyüşü söymüşü. Barəmdə qeyri-etik fikirlər işlədib, şərəf və ləyaqətimi təhqir edib. Bu sözlərdən sonra mən dinməsəydim olmazdı. Birinci dəfə məhkəmə olanda məhkəməyə gəlmədi, işlə tanış olmaq üçün vəkili gəldi. Onun vəkili işlə tanış olduqdan sonra təklif etdi ki, bəlkə barışasınız, bilirsiz ki, mənim də barışmaqla elə də aram yoxdur... Onunla barışmaq bütün təhqirlərə layiq olmaq deməkdir".

"Flora xanım, sizcə Afət Fərmanqızı özü məhkəməyə niyə gəlmir, nədən çəkinir" deyə xalq artistindən soruşduqda o, "nümayəndəsini göndərsin, mənə nə fərqi var, təki cavab versin. O, məhkəməyə hansı üzlə gəlsin. Məhkəmədən sonra deyib ki, onun üzü qara mərməri bəzəsin. Təsəvvür edin ki, nə qədər qeyri-etik sözlər deyir. Hər qadın birinci özünü düşünməlidir. Mən o Nəsiminin qəzəlini o günə salanda dedim ki, hər övlad valideynin ya üzünü ağardar, ya da utandırar. Dedim sizin oğlunuz var, siz oğlunuzu nəzərə alın, onun çevrəsi var, o özünü o çevrədə necə hiss edir. Sonra mənə dedi ki, siz mənim oğlumu təhqir etmisiniz mənim oğlum başını götürüb qaçıb. Düşünürəm ki, o necə övladdır ananı "təhqir edənə" cavab verməyib başını götürüb gedib, ananı bu vəziyyətdə tək qoyub?".

Növbəti məhkəmə prosesinin nə zaman olacağına gəlincə, xalq artisti dəqiq tarix açıqlamadı, amma bildirdi ki, qarşıdakı prosesdə istəyinə nail olacaq: "Növbəti proses olacaq və bizi çağıracaqlar. Gələr-gələr, gəlməz-gəlməz. Əgər gəlməzsə onda barəsində axtarış élan olunar… Ya dediyinə, ya da dilinə sahib ol, amma sən nə dilinə, nə də dediyinə sahib olursan. Sonra da deyirsən ki, burada mənəm Bağdada kor xəlifə. Mən etdiklərini keçim sənə? Mənim övladım var, 50 yaşı keçmiş oğlum var, nəvələrim var. Həmişə dediyim sözdür, mənim bir evdə gəlin olan qızım var. Onun dediklərinə necə gözümü yumum, o elə sözlər deyib ki, ona göz yummaq mümkün deyil. "Hürməyi var tutmağı yoxdur" sözünü bağışlamaq olar???"-deyə xalq artisti bilirdi.

Məsələ ilə bağlı müğənni A.Fərmanqızının da mövqeyini öyrənmək istədik, lakin cəhdlərimizə baxmayaraq, müğənni hansısa səbəbdən telefona "otboy" verdi.

Onu da qeyd edək ki, A.Fərmanqızı İnstaqram sosial şəbəkəsində verdiyi son açıqlamada təkcə xalq artisti barədə deyil, eyni zamanda digər həmkarları, həmçinin də media nümayəndələri haqda qalmaqallı fikirlər səsləndirib.

Müraciət edərsə, mövzu ilə bağlı A.Fərmanqızının da mövqeyini işıqlandıra bilərik.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1843   Tarix: 02 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""

Kinorejissor Ayaz Salayev səsləndirdiyi fikirlərlə diqqət çəkib. xəbər verir ki, rejissor çıxışında məktəblərdə rus bölməsinin fəaliyyəti ilə bağlı mövqeyini açıqlayaraq bu istiqamətdə hər hansı məhdudiyyətin əleyhinə olduğunu bildirib. O qeyd edib ki, rus bölmələrinin bağlanması məsələsi gündəmə gəlsə

5 iyun
.

Azad seçim, yoxsa gizli məcburiyyət? - Baş örtüklərinin minillik sirri - VİDEO

Qadının geyimi tarix boyu müzakirə mövzusu olub. Heç zaman səngiməyən müzakirələr, mülahizələr və mübarizələr fonunda qadın gah qapalı, gah da açıq geyinməsi ilə seçilib. Baku TV-nin əməkdaşı Gülnar Muradovanın araşdırmasında bu dəfə qadın baş örtüklərinin tarixi və müxtəlif dövrlərdə daşıdığı mənada

1 mart
.

Xalq artistinə ağır İTKİ: Səhhəti pisləşdi

Xalq artisti Fatma Mahmudovanın ailəsində ağır itki üz verib. xəbər verir ki, Axşam.az-a açıqlama verən aktrisa yaxın qohumunun gənc yaşda dünyasını dəyişdiyini bildirib. F.Mahmudova qeyd edib ki, Ağdama yas mərasiminə yollanıb, orada isə səhhəti pisləşib:. "Özümü yaxşı hiss etmirəm. Halım çox pisdir

8 may
.

"Leyli" obrazı üçün kilolarımdan, qazancımdan, toylarımdan KEÇDİM"

Xanəndə Aytən Məhərrəmova canlı efirdə etdiyi etiraflarla diqqət çəkib. -ın məlumatına görə, sənətçi bildirib ki, bir zamanlar artıq çəkidən əziyyət çəkib və "toppuş xanım" olduğunu gizlətməyib. O, opera səhnəsinə olan sevgisindən danışaraq həyatında bu sənətin xüsusi yer tutduğunu vurğulayıb

29 may
.

Kişilər arasında ilk solist qadın: "Sevinirəm ki, yaddaşlarda gözəl ifamla qalmışam"

Xalq artisti, Milli Konservatoriyanın professoru Şəfiqə Eyvazova: "Deyirlər ki, qadınlar arasında ilk solist olmuşam, xeyr, mən kişilər arasında ilk solist qadın oldum. Məndən sonra qızlar kamança sinfinə yazıldılar. Ona görə deyirlər ki, Şəfiqə qızlar sülaləsi yetişdirdi". 8 Mart onun üçü

7 mart
.

Səməd Vurğunun 120 illik yubileyi qeyd ediləcək

Prezident İlham Əliyev Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Qeyd edək ki, 2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlə

23 fevral
.

Murat Dalkılıçın bu görüntüləri müzakirə yaratdı

Türkiyəli müğənni Murat Dalkılıç səhnədə yaşadığı hadisə ilə gündəmə gəlib. xəbər verir ki, ifaçının konsert zamanı geyindiyi şalvarın arxa hissəsinin yaş olduğu görüntülər sosial mediada yayılaraq müzakirələrə səbəb olub. Bununla bağlı Murat özü də açıqlama yayaraq məsələyə yumorla yanaşıb:. "Həqiqətə

17 fevral
.

Brilliant Dadaşovanın ərinə yeni VƏZİFƏ VERİLDİ

Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyinat olub. Axşam.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Ədalət Hacıyev Gəncə teatrının direktoru təyin olunub. Ədalət Hacıyev son təyinatadək Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına rəhbərlik edib

14 fevral
.

Yusif Eyvazov Mədəniyyət Nazirliyinə çağırıldı

Akademik Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazov Mədəniyyət Nazirliyinə çağırılıb. "Report"un əldə etdiyi məlumata əsasən, buna səbəb son günlər Opera və Balet Teatrının bəzi əməkdaşlarının rəhbərliklə bağlı narazılıqlarıdır. Yusif Eyvazovla nazirlikdə bu məsələlər ətrafınd

8 aprel