Tanınmış azərbaycanlı bloger atasına maşın hədiyyə etdi – VİDEO

Tanınmış azərbaycanlı bloger atasına maşın hədiyyə etdi – VİDEORusiyada yaşayan tanınmış azərbaycanlı bloger Hüseyn Həsənov atası Səttar Həsənova maşın hədiyyə edib.

Bbu haqda görüntülər sosial şəbəkələrdə yer alıb.

"İnstagram" fenomeni bununla bağlı çəkilən videoda belə deyib: "Ata, yadındadır, mən qəzaya düşəndə sən "Land Rover" maşınını mənə verdin, dərsə getdim. Özün isə işə taksi ilə yollandın. İndi həmin maşının yenisi çıxıb. Bax, o maşın sənindir".

Xatırladaq ki, Hüseyn Həsənov 5 iyun 1994-cü ildə Sankt-Peterburq şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Sankt-Peterburq Dövlət İqtisad Universitetinə daxil olub, 2015-ci ildə oranı bitirib.

Elə həmin il atası ona restoran biznesini verib. Təhsil aldığı müddətdə KVN-də çıxış edib, bundan sonra videolar yaratmağa və öz bloqunu saxlamağa başlayıb. 2017-ci ildə "İlin Kişi Blogeri" nominasiyasında LF City Awards mükafatına layiq görülüb.

2018-ci ildə o, Cosmopolitan versiyasına görə Runetdə ən nüfuzlu 10 ad sırasına daxil olub. Elə həmin il o, MC Doni və Lucy Chebotina-nın "Rendezvous" treki üçün çəkilmiş klipində rol alıb.

O, həmçinin İnstagramda baxış sayına görə rekorda imza atıb, blogerin videosuna 12 milyondan çox insan baxıb. 2018-ci ildə Vladimir Putinlə keçirdiyi mətbuat konfransında o, Telegram-ın bloklanması ilə bağlı sual verib.

Sonra o, "Mood Color Blue" - "Mood Color Red" mahnısına parodiyasını buraxmaq qərarına gəlib. 2019-cu ildə o, "10 Lyam", Natan ilə "Seç" və Sally & Tabby ilə "Head full of you" adlı treklərini buraxıb. 2020-ci ildə "No You" mahnısını ərsəyə gətirib. Həsənov həm də biznes bacarıqlarının öyrədilməsi üzrə "Milyonerin ağlı" kursunun müəllifi kimi tanınır.

2021-ci ilin oktyabr ayında Medialogy şirkətinin araşdırmasına görə, Hüseyn Həsənovun İnstagram səhifəsi bu sosial şəbəkədə rusdilli 20 ən yaxşı səhifədə 4-cü yeri tutub.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2772   Tarix: 10 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arif Babayev Türkiyəyə aparılır? - Tələbəsi danışdı

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var. xəbər verir ki, bu barədə -a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib. Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq:

21 iyun 2021
.

"Fəxri adlar alveri, hərcmərclik..." - Azər Qəribdən Operativ Qərargaha çağırış

Bizim vaxtlarımızda Bakının teatral həyatı çox parlaq idi. Yeni tamaşalar, dahi sənətkarlar, mənim həmyaşıdlarımdan soruşun, hamısı zamanında bütün teatrlarda olub". xəbər verir ki, bunu tanınmış teleaparıcı Azər Qərib deyib. O bildirib ki, sonra həyat çətinləşdi, 90-cı illər gəldi və teatral həya

22 avqust 2021
.

Məşhur aktrisa vəfat etdi - FOTO

Məşhur türkiyəli aktrisa Nedret Güvenç dünyasını dəyişib. Türkiyə mətbuatlna istinadən xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. 90 yaşlı aktrisanın səhər saatlarında yuxuda ikən vəfat etdiyi bildirilir. Güvençin ölümündən kədərlənən bir çox sənətçi onun haqqında paylaşımlar edib. Qey

31 iyul 2021
.

Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı

Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb. Bu barədə -a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib. O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyət

7 iyul 2021
.

Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov

Bu gün mərhum aktyorumuz, əməkdar artist Elçin Həmidovun doğum gündür. xəbər verir ki, bu münasibətlə onun haqqında 10 qeyri-adi faktı təqdim edir. 1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş

29 iyun 2021
.

Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO

Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr

12 sentyabr 2021
.

"İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev mənə deyirdilər ki, gəl bizimlə "yaşa""

Xalq artisti Tükəzban İsmayılova yolda məni görüb, üzümə bir şillə vurdu, mən də onu təpiklə vurdum. "Mənim sənətdə qarşımı İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev kəsdi. Mənə deyirdilər ki, gəl bizimlə "yaşa", mən də o yolun yolçusu deyildim. Gözəl qız idim, amma evli deyildim

13 iyul 2021
.

Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç

15 sentyabr 2021
.

"Bizim Cəbiş müəllim"in Makedonu - Tanya ilə öpüş səhnəsində qəsdən səhvə yol verən kababçı Aqil

1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Bizim Cəbiş müəllim" Azərbaycan kino sənətinin incilərindəndir. Filmin ekrana çıxmasından illər ötsə də, bu gün də ona sevə-sevə baxılır və Azərbaycan tamaşaçısı heç vaxt "yoruldum" demir. Hərbi kinopovestdək

22 avqust 2021