Azərbaycandakı gürcü teatrının təsisçisi VƏFAT ETDİ - FOTO
Qax Dövlət Gürcü Dram Teatrının təsisçisi və direktoru Anzor Dolencaşvili vəfat edib.
"Report"un yerli bürosu xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 67 yaşında dünyasını dəyişib.
Gürcüstan patriarxı II İlya, Şota Rustaveli adına Dövlət Teatr və Kino Universiteti A.Dolencaşvilinin vəfatı ilə bağlı başsağlığı veriblər.
Qeyd edək ki, Qax Dövlət Gürcü Dram Teatrı Gürcüstandan kənarda olan yeganə teatrdır. 2020-ci ildə teatrın 40 illik yubileyi qeyd edilib.
1980-1981-ci illərdə Azərbaycanın Qax rayonunun Əlibəyli kəndinin Mədəniyyət evində gürcü dram dərnəyi yaradılıb. Daha sonra A.Dolencaşvili İlya Çavçavadze adına Gürcü Peşəkar Teatrı təsis edib. Hazırda teatrın truppası 20 nəfərdən ibarətdir.
A.Dolencaşvili gürcü mədəniyyətinin təbliğindəki xüsusi xidmətlərinə görə bir sıra mükafatlara layiq görülüb.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arif Babayev Türkiyəyə aparılır? - Tələbəsi danışdı
Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var. xəbər verir ki, bu barədə -a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib. Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq:
21 iyun 2021Məşhur aktrisa vəfat etdi - FOTO
Məşhur türkiyəli aktrisa Nedret Güvenç dünyasını dəyişib. Türkiyə mətbuatlna istinadən xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. 90 yaşlı aktrisanın səhər saatlarında yuxuda ikən vəfat etdiyi bildirilir. Güvençin ölümündən kədərlənən bir çox sənətçi onun haqqında paylaşımlar edib. Qey
31 iyul 2021Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı
Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb. Bu barədə -a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib. O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyət
7 iyul 2021Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov
Bu gün mərhum aktyorumuz, əməkdar artist Elçin Həmidovun doğum gündür. xəbər verir ki, bu münasibətlə onun haqqında 10 qeyri-adi faktı təqdim edir. 1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş
29 iyun 2021Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO
Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr
12 sentyabr 2021Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI
Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç
15 sentyabr 2021