Psixoloq qeyri-stabil şəraitdə sakit qala bilməyin yollarını açıqlayıb

Psixoloq qeyri-stabil şəraitdə sakit qala bilməyin yollarını açıqlayıbPsixoloq və narahatlıq pozğunluğu üzrə mütəxəssis Mett Sautvord çətin zamanlarda ayaqda qala bilməyin və çətinlikləri dəf etməyin yolları barədə danışıb. Kentukki Universitetinin internet saytı üçün verdiyi müsahibədə o, qeyri-müəyyənliyin hökm sürdüyü zamanlarda sakitliyi qorumağı tövsiyə etməklə yanaşı bu qeyri-stabil şəraitə adaptasiya olmağın üsullarını da açıqlayıb.

Sautvord qeyd edib ki, bunun üçün ilk addım mövcud qeyri-müəyyən vəziyyətə aydınlıq gətirməyə çalışmaqdır. O, narahatlıq verən problem barədə bütün mövcud faktları diqqətlə araşdırmağı və bundan sonra özünə bəzi suallar verməyi məsləhət görüb. İlk öncə özünüzdən sizi nəyin daha qorxutduğunu soruşmaq gərəkdir. Sonra isə bu qorxulan situasiya yaranarsa, bu zaman nə etmək lazım olduğu barədə düşünmək və hansı addımın atılacağını anlamaq lazımdır. Psixoloqun fikrincə, bu, narahatlıqdan xilas olmağa və çətinliyin öhdəsindən gəlmək üçün kifayət qədər gücə malik olduğunu anlamağa imkan verəcək.

Mütəxəssis iddia edib ki, əgər daim qorxularla üz-üzə gəlsən, bu zaman onlar zəifləyir və daha az narahat etməyə başlayır. Sautvord sizi qorxudan hadisələr və onların nəticələri barədə düşünməkdən qorxmamağı tövsiyə edib. Onun sözlərinə görə, bu, hadisələri çox kəskin deyil, daha yumşaq şəkildə qavramağa kömək edəcək.

Sautvord həmçinin enerjinizi sizi əhatə edən insanlara yönəltməyin önəmini vurğulayıb ki, bu da yalnız şəxsi problemlər üzərində konsentrasiya olmağın qarşısını alınmasına zəmin yaradır. Onun fikrincə, əhvalı yüksəldən bəzi əşya və məşğuliyyətlərə daha çox diqqət yetirmək və tez-tez keçmişdəki çətinliklərin dəf olunmasında əldə olunan nailiyyətləri xatırlamaq faydalı ola bilər. (oxu.az)


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1595   Tarix: 12 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Musiqi insanları niyə yeniyetməlik illərinə qaytarır? - Alimlər səbəbini araşdırıb

Musiqi dinləmək insanlarda keçmişə, xüsusilə də yeniyetməlik dövrünə aid xatirələri canlandıra bilər. Yeni araşdırma göstərib ki, eyni janr və dövrə aid mahnılar fərqli insanlarda oxşar xatirələr oyadır. xəbər verir ki, bu nəticə ABŞ-ın Prinston Universitetinin alimlərinin apardığı tədqiqatda ortay

18 noyabr
.

İnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth

15 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

Göbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?

Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal

12 noyabr
.

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə

17 noyabr
.

Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?

Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını

15 noyabr
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

8 noyabr
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

7 noyabr
.

Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində

14 noyabr