Jirinovskinin ölüm səbəbi ilə bağlı azərbaycanlı professordan ŞOK AÇIQLAMA: "8 dəfə..."

Jirinovskinin ölüm səbəbi ilə bağlı azərbaycanlı professordan ŞOK AÇIQLAMA: "8 dəfə..."Hiperaktiv vəziyyətdə olan immun sistemin təkrari stimulyasiyası yolverilməzdir.

Son günlər əsas müzakirə mövzularından biri müsəlman dünyasının qatı əleyhdarlarından olmuş Vladimir Jirinovskinin ölüm xəbərinə münasibətdir.

Rəsmi məlumatda deyilir: Ölümün səbəbi COVID-19-a yoluxma; təxirəsalınmaz kompleks müalicə tədbirləri və ən müasir antibakterial terapiya fonunda, xəstəliyin proqressiv inkişafı və xəstənin vəziyyətinin sürətlə pisləşməsinin nəticəsi olaraq, müalicəyə tabe olmayan poliorqan çatışmazlığıdır.

Sonxeber.az-ın məlumatına görə, bu barədə tibb elmləri doktoru, professor Musa Qəniyev araşdırma aparıb.

O deyib ki, Jirinovski immun sistemini vaksinlə həddən artıq yükləyib.

"Jirinovski yanvar ayında, koronavirusa yoluxmamışdan az öncə, verdiyi son müsahibələrindən birində deyirdi:

"Mən COVID-19 əleyhinə 8 doza peyvənd almışam. Antitellərin miqdarını dövrü olaraq yoxlatdırıram.

Onların miqdarı azalmağa başlayan kimi, gedib vaksin vurdururam ki, antitellərin miqdarı artsın, xəstələnməyim.

Odur ki, bu günə kimi COVID-19-a tutulmamışam və tutulmayacağam".

Lakin tutuldu, özü də letallığı sıfıra bərabər olan Omikrondan öldü.

Pandemiya dövründə koronavirusdan ölümün əsas səbəbi kimi, ikincili infeksiya göstərilirdi.

Bu halda isə, rəsmi məlumatda ölümə səbəb poliorqan çatışmazlığı qeyd olunur. İkincili infeksiya ocağı isə, aşkar olunmayıb.

Əslində bu ölümün səbəbi yox, səbəbin nəticəsidir. Ölümün səbəbi isə hiperaktiv vəziyyətdə olan immun sistemin təkrari stimulyasiyasıdır.

Ölümə səbəb olan bu klinik durumun molekulyar mexanizmi və qarşısının alınması yolları haqqında hələ 2 il əvvəl, 25.06.2020-ci ildə Çində peyvəndləməyə ilk dəfə start veriləndən sonra dəfələrlə yazmışam.
Jirinovskinin ölüm səbəbi ilə bağlı azərbaycanlı professordan ŞOK AÇIQLAMA: "8 dəfə..."Buyurun bir də oxuyun:

"DNT və ya RNT əsaslı virus infeksiyasına qarşı peyvəndin ilk dozasını alan və ya bu infeksiyaya ilk dəfə yoluxan şəxslərdə virusun genetik surət əksi hüceyrə yaddaşına əbədi həkk olunur.

Odur ki, birinci yoluxma və ya peyvəndin ilk dozası fonunda qoruyucu antitellərin hiperaktivlik halı, 21 gündən sonra müşahidə edilirsə, təkrari yoluxma və ya peyvəndin II dozasının fonunda qoruyucu antitellərin titri 3 gündən sonra maksimal səviyyəyə yüksəlir.

Yəni təkrari yoluxma baş verdikdə, hüceyrə yaddaşı ani olaraq aktivləşir və qoruyucu antitellərin sintezi təmin olunur.

İmmun hiperaktivlik halında "psevdofaktor"la törədilən təkrari oyanmanın əks effektə-tükənməyə səbəb olması, neyro-humoral və immun sistemə münasibətdə, mütləq qanunauyğunluqdur.

Odur ki, koronavirusu xüsusən ağır keçirmiş şəxslərə, eləcə də peyvəndin ilk dozasını almış şəxslərə təkrari dozaların vurulması qoruyucu antitellərin titri neqativ göstəriciyə düşənə qədər, mütləq əks-göstərişdir. Çünki, aktiv immun fəallığın təkrari stimulyasiyası, limfositlərin 50:50 faiz nibətində mütləq fəallığı ilə müşahidə olunan, immun hiperaktivliyə səbəb ola bilər.

Bu da farmakoloji müdaxiləyə tabe olmayan və letal sonluğa səbəb ola biləcək toxuma, orqan və sistemlərin tükənməsi, yəni POLİORQAN (ağ ciyər, böyrək və s.) ÇATIŞMAZLIĞI törədə bilər. Odur ki, bu işə məsul olan şəxslər, xalqa bu incəlikləri izah etməli və onları maarifləndirməlidirlər. Yəni Covid 19-la mübarizənin strategiya və taktikası ilk gündən düzgün qurulmalı idi. COVID-19-la bağlı əksər ağırlaşma və ölümün səbəblərindən biri budur".

Unutmaq olmaz ki, epidemik və ya pandemik xarakterli viral infeksiyalar həmişə gözlənilən qonaqdır.

Odur ki, müvafiq qurumlar pandemiya dövründə koviddən ağırlaşma və ölüm hallarının səbəbini çox ciddi şəkildə araşdırmalıdırlar ki, gələcəkdə qaçılmaz olan viral infeksiyaların istər müalicəsi, istərsə də peyvəndləmə ilə bağlı aparılacaq profilaktik tədbirlərinin düzgün strategiya və taktikası işlənib hazırlansın". (Bakupost.az)


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3535   Tarix: 12 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB

Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl

20 sentyabr
.

100 ildən sonra ilk: Yeni pinqvin növü aşkarlandı

Tədqiqatçılar Hind okeanının cənubunda yerləşən Kergelen adalarında naməlum pinqvin növü aşkar ediblər. Mütəxəssislər bunun son yüz ildən artıq müddət ərzində qeydə alınan ilk yeni pinqvin növü olduğunu bildirirlər. xəbər verir ki, bu barədə "ScienceDaily" nəşri məlumat yayıb. Yeni kəşf oluna

23 sentyabr
.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20 sentyabr
.

Stüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin

İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik

21 sentyabr
.

Həkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı

Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq

19 sentyabr
.

Uşağa yeməkdə bunları qadağan etməyin

Siz uşağa şirniyyatı qadağan edirsiniz. Hər konfeti nəzarətdə saxlayırsınız. "Zərərli" hesab etdiyiniz məhsulları menyudan çıxarırsınız. Düşünürsünüz ki, bununla sağlam uşaq böyüdürsünüz. Amma bir müddət sonra o, gizlicə şokolad yeməyə və ya makarondan başqa hər şeydən imtina etməyə başlayır

23 sentyabr
.

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə

19 sentyabr
.

Süni intellekt modelləri mürəkkəb maliyyə hesablamalarında səhvlərə yol verirlər - Araşdırma

"Saturn" texnologiya şirkəti ən geniş yayılmış süni intellekt modellərinin ("ChatGPT", "Claude", "Copilot", "Grok", "Gemini" və digərləri) maliyyə tapşırıqlarının öhdəsindən necə gəldiyini təhlil edib. xəbər verir ki, tədqiqatın nəticələrin

21 sentyabr
.

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə

20 sentyabr