Jurnalistlər arasında Zəfər Kuboku keçiriləcək
İdman Araşdırmalar Mərkəzi (İAM) 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kuboku turniri təşkil edəcək.
Yarış "Report" Agentliyinin informasiya dəstəyi ilə keçiriləcək.
Məqsəd İAM-ın yubileyini, 44 günlük Vətən müharibəsində qazanılan Qələbəni, eləcə də turnir günlərinə təsadüf edəcək 9 May – Faşizm üzərində Qələbə Günü, 28 May – Müstəqillik Günü, mərhum jurnalist və görkəmli idman xadimi Elnur Əşrəfoğlunun doğum gününü qeyd etmək, jurnalistlər arasında münasibətləri daha da yaxşılaşdırmaq, bu idman növünün təbliği, futbolun kütləvililiyinin artırılması, asudə vaxtlarının səmərəli təşkilinə mənəvi dəstək olmaqdır.
Yarışda yalnız jurnalistlər iştirak edəcək. Komandalar püşkatma yolu ilə "Cəbrayıl", "Füzuli", "Zəngilan", "Qubadlı", "Laçın", "Kəlbəcər", "Ağdam" və "Şuşa" adlanacaq və hər birinə təşkilatçı tərəfindən geyim forması (futbolka və şortik) veriləcək.
İlk tur 4 may – İAM-ın yaradılmasının 10-cu ildönümü günündə açılış mərasimindən sonra start götürəcək. Zəfər Kubokuna 19 iyun – mərhum jurnalist və görkəmli idman xadimi Elnur Əşrəfoğlunun anadan olmasının ildönümü günündə yekun vurulacaq.
Turnirin mükafat fondu aşağıdakı kimi formalaşdırılıb:
1-ci yer – Zəfər Kuboku, 2 000 manat pul mükafatı (hər bir oyunçuya 250 manat), diplomlar
2-ci yer – 1200 manat pul mükafatı (hər bir oyunçuya 150 manat), diplomlar
Yarımfinalda uduzanlar: diplomlar.
Eyni zamanda, turnirin ən yaxşı oyunçusu və ən yaxşı bombardirinə xatirə plaketi veriləcək.
Bütün qarşılaşmalar Olimpiya növləri üzrə milli komandaların təlim-məşq mərkəzinin ("Neftçi"nin keçmiş bazası) meydançalarında keçiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 933 Tarix: 13 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya çempionu güllələndi
Naməlum şəxslər Rusiya funksional çoxnövçülük çempionu Dmitri İsayevi Kaluqada güllələyərək öldürüblər. -ın xarici mediaya istinadən məlumatına görə, cinayət mayın 7-si gecəsi baş verib. Məlumatı onun ən son işlədiyi klub da təsdiqlənib. Digər xəbərə görə, hücum edən İsayevin sevgilisinin keçmiş sevgilis
7 mayXalçadakı ləkələrdən qurtulmaq artıq çox asandır
Xalçaya boya və ya yağ tökülməsi kimi panika yaradan ləkələri düzgün üsulla tamamilə təmizləmək mümkündür. Təmizlik mütəxəssisi Samanta Hoces xalçadakı inadkar ləkələrlə mübarizə aparmağın addımlarını bölüşüb. xəbər verir ki, mütəxəssislərə görə, ləkə xalçanın liflərinə nə qədər dərindən işləyərsə, on
9 mayZəkanın yalnız anadan keçməsi mifi: Genetiklər nə deyirlər?
İntellektin əsasən anadan irsən keçməsi barədə yayılan fikirlər həqiqəti əks etdirmir. xəbər verir ki, bu barədə " nəşrinə Göttingen və Sibir Federal universitetlərinin professoru, Rusiya Elmlər Akademiyasının Ümumi Genetika İnstitutunun aparıcı tədqiqatçısı, rusiyalı genetik Konstantin Krutovsk
6 mayHər evdə metrlərlə var: Gizli dinləmə edə bildiyi məlum oldu
İnternet sürətimizi artıran və evlərimizdə metrlərlə uzanan fiber-optik kabellərin əslində həssas bir mikrofona çevrilə bildiyi sübut edilib. Honq-Konq Politexnik Universiteti və Honq-Konq Çin Universitetinin tədqiqatçıları tərəfindən aparılan və "NDSS Symposium 2026"da təqdim olunan araşdırm
9 mayTəmirə haradan başlamaq lazımdır ki... sonra peşman olmayasınız
Təmir sistemli yanaşma və ardıcıllıq tələb edən bir prosesdir. Başlanğıcda edilən səhvlər çox vaxt həm vaxtın, həm də pulun ikiqat xərclənməsinə səbəb olur. xəbər verir ki, bunun qarşısını almaq üçün işə dəqiq planla başlamaq vacibdir. Hazırlığa qoyulan investisiya sonradan daha az düzəliş və əlavə xərclərl
7 may