Komediyadan komandanlığa: İndi o, həyatının ən böyük tamaşasını oynayır - ONU TANI

Komediyadan komandanlığa: İndi o, həyatının ən böyük tamaşasını oynayır - ONU TANILent.az-ın "Onu tanı" layihəsində bu dəfə Ukrayna prezidenti Volodimir Zelenskidən bəhs edəcəyik

5 il əvvəl, bu vədələrdə onun kim olduğunu ukraynalıların vur-tut 7 faizi bilirdi. Krivoyroqlu bu oğlanı insanlar "95-ci kvartal" stand-up şousu, "Qudalar", "Xalqın xidmətçisi", "Böyük şəhərdə sevgi", "İlk səkkiz görüş" serialı ilə tanıyırdılar. Hə, bir də KVN-çi kimi. Bu gün isə onun adı 8 milyardlıq dünya ilə birdir. Riyaziyyatçı Aleksandrla mühəndis Rimmanın oğlu, memar Yelenanın əri, Saşayla Kirilin atasını – Volodimir Zelenskini...
Komediyadan komandanlığa: İndi o, həyatının ən böyük tamaşasını oynayır - ONU TANI1978-ci il yanvarın 25-də Ukraynanın də Krivoy Roq şəhərində anadan olub. Atasının işiylə bağlı Zelenskilər bir müddət Monqolustanın Erdenet şəhərində yaşayıblar. Volodimir birinci sinfə də elə orada gedib. Az sonra ailə SSRİ-yə qayıdır. Volodya Krivoy Roqda ingilis təmayüllü məktəbdə təhsil alır. Uşaqlıq illərində yunan-roma güləşi, ağır atletika, voleybol və basketbolla məşğul olur, bal rəqsləri kurslarına gedib. Məktəbi bitirdikdən sonra hüquqşünaslıq ixtisası üzrə Krivorojsk İqtisadiyyat İnstitutunda ali təhsil alıb. Amma öz ixtisası üzrə bir gün də işləmir.
Komediyadan komandanlığa: İndi o, həyatının ən böyük tamaşasını oynayır - ONU TANITələbəlik illərində Volodimir "Gənc Krivoy Roq" adlı KVN komandasını təşkil edir. Adı çəkilən komanda 1999-cu ildən etibarən Moskvada KVN-in yüksək yüksək liqasına qatılır. Az keçmir ki, komediya ustası ilə Ukrayna telekanalları maraqlanır, "95-ci məhəllə" isə ölkənin ən məşhur telekanallarından olan "1+1"də konsertlərlə çıxış edir. Bir qədər sonra "İnter" telekanalında "Veçernı kvartal" proqramıyla efirə çıxır. Bundan sonra onun populyarlığı bir qədər də artır.

O, müxtəlif telekanallarda "Döyüş klubu", "Ukrayna, ayağa qalx", "Gecə Kiyevi" və "Gülüş liqası" kimi əyləncəli proqramlar yaradır. Bir sıra seriallarda baş rolda çıxış edir. Maraqlısı odur ki, 2015-ci ildə "Xalqın xidmətçisi" adlı serialda - bu ada diqqət - o, Ukrayna prezidenti rolunu oynayır. Təsadüfidir, ya yox, onun oynadığı Vasili Qoloborodko ildırım sürətiylə siyasətin zirvəsinə yüksələrək prezident seçilən tarix müəlliminin obrazı idi.
Komediyadan komandanlığa: İndi o, həyatının ən böyük tamaşasını oynayır - ONU TANIZelenski siyasi səhnəyə Maydan hərəkatı zamanı atılır. O dönəmin prezidenti Viktor Yanukoviç bir neçə ay davam edən etiraz aksiyalarından sonra hakimiyyətdən uzaqlaşdırılır. Volodmir bu mərhələdə Poroşenkonu dəstəkləyir. Taleyin işinə bax, bir neçə ildən sonra isə Zelenski özü prezident seçilir, məhz Petro Poroşenkoya qalib gəlir.

2018-ci ilin dekabrında məşhur ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində rəhbəri olduğu siyasi partiyanın adını açıqlayır – "Xalqın xidmətçisi". Qordona deyir ki, o, prezident seçkilərinə qatılacaq. Çoxu onun bu addımını rişxəndlə qarşılayır. Amma Zelenski elə bir seçki kampaniyası aparır ki, nəinki ölkəsinin insanını, dünyanı heyrətə gətirir. O, 2019-cu ilin may ayının 20-də keçirilən seçkidə 73,2 faizlik səslə Poroşenkonu necə deyərlər, əzib keçir.

Prezident seçilən kimi parlamenti buraxıb yeni seçki keçirir. Burada da onun partiyası qalib gəlir. Hakimiyyətinin ilk aylarında Zelenski Ukraynanın Avropa Birliyinə və NATO-ya üzv edilməsi tələblərini səsləndirir. Rusiyanın Donbas və Krımı işğal etməsiylə barışmayacağını bildirir.

O, eyni zamanda korrupsiya ilə sərt mübarizəyə başlayır. Oliqarxları xalqın varidatını talamaqda suçlayır, vətənə xəyanətdə ittiham edir. Amma özü də bəzi qalmaqallara səbəb olur. Onun özünü də korrupsiyada ittiham edirlər. 2021-ci ilin oktyabr ayında "Pandora sənədləri"ndə Zelenskinin də adı çıxır. Amma Zelenski sənədlərdə gizli bir məlumat olmadığını deyir. Vergilər xidmətinə təqdim etdiyi bəyannamədə göstərir ki, 2017-ci ildə onun gəliri 5 milyon qriven – təxminən 330 min manat təşkil edib. Bu məbləğin böyük hissəsi şoumenin sahib olduğu təsərrüfat obyektlərinin payına düşür. Məlum olub ki, həyat yoldaşı Yelenanın gəliri isə 805 min qriven, təxminən 54 min manatdır.

Zelenskilər etiraf ediblər ki, onların birgə mülkiyyətində Kiyevin şəhər kənarında yerləşən ev və torpaq sahəsi, paytaxtda və Krımda üç mənzil və üç qarajları var. Volodimir və Yelena dekorasiyada 2016-cı ildə istehsallı "Land Rover" və "Mercedes Benz" markalı avtomobillərinin olduğu qeyd edirlər.

***

Fevralın 24-ü səhər tezdən dünya Rusiya qoşunlarının "Donbasda hərbi əməliyyat" adı altındı Ukraynaya hücum etməsi xəbəri ilə oyandı. Sonradan məlum olacaqdı ki, fevralın 23-dən 24-ə keçən gecə, gecə saat 2 radələrində o, Rusiyanın hərbi müdaxiləsi haqda məlumat alıb və dərhal evindən Prezident Aparatına qayıdıb. Həmin vaxt çoxları keçmiş komediya ustasının təzyiqlərə dözməyərək Kiyevi tərk edəcəyini proqnozlaşdırırdı. Çünki artıq Kremlin kuluarlarında 72 saat ərzində Kiyevini işğalından dəm vururdular. Amma o, hətta ABŞ-ın israrlı təkliflərini qulaqardına vuraraq paytaxtı tərk etmədi. Və artıq 50 gündür ki, ekranlarda gördüyümüz hərbi-səhra paltarında baş komandan kimi orduya rəhbərlik edir.
Komediyadan komandanlığa: İndi o, həyatının ən böyük tamaşasını oynayır - ONU TANIO günlərdə "New York Times" yazırdı: "Volodimir Zelenski ondan, demək olar ki, heç kəsin gözləmədiyi bir roldadır - müharibə dövrünün prezidenti rolunda. Belə görünür ki, onun həyatının əsas tamaşası Rusiya qoşunlarının hücuma hazırlaşması anında başladı". Hə, keçmiş şoumen və aktyor müharibə dövrünün liderinə çevrilə bildi".

...Müharibə isə davam edir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1456   Tarix: 14 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB

Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl

20 sentyabr
.

100 ildən sonra ilk: Yeni pinqvin növü aşkarlandı

Tədqiqatçılar Hind okeanının cənubunda yerləşən Kergelen adalarında naməlum pinqvin növü aşkar ediblər. Mütəxəssislər bunun son yüz ildən artıq müddət ərzində qeydə alınan ilk yeni pinqvin növü olduğunu bildirirlər. xəbər verir ki, bu barədə "ScienceDaily" nəşri məlumat yayıb. Yeni kəşf oluna

23 sentyabr
.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20 sentyabr
.

Stüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin

İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik

21 sentyabr
.

Həkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı

Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq

19 sentyabr
.

Uşağa yeməkdə bunları qadağan etməyin

Siz uşağa şirniyyatı qadağan edirsiniz. Hər konfeti nəzarətdə saxlayırsınız. "Zərərli" hesab etdiyiniz məhsulları menyudan çıxarırsınız. Düşünürsünüz ki, bununla sağlam uşaq böyüdürsünüz. Amma bir müddət sonra o, gizlicə şokolad yeməyə və ya makarondan başqa hər şeydən imtina etməyə başlayır

23 sentyabr
.

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə

19 sentyabr
.

Süni intellekt modelləri mürəkkəb maliyyə hesablamalarında səhvlərə yol verirlər - Araşdırma

"Saturn" texnologiya şirkəti ən geniş yayılmış süni intellekt modellərinin ("ChatGPT", "Claude", "Copilot", "Grok", "Gemini" və digərləri) maliyyə tapşırıqlarının öhdəsindən necə gəldiyini təhlil edib. xəbər verir ki, tədqiqatın nəticələrin

21 sentyabr
.

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə

20 sentyabr