"Moskva" necə məhv edildi? – Sensasion detallar

"Moskva" necə məhv edildi? – Sensasion detallarQara dənizdə şəriksiz lider olduğu düşünülən Rusiyanın flaqman gəmisi "Moskva"nın məhv edilməsi şok effekti yaradıb. Bütün dünya analitikləri, mediası bu hadisə haqda yazır.

"Moskva" Rusiya üçün niyə önəmlidir?

"Moskva" kreyseri Rusiyanın Qara dəniz donanmasının onurğa sütunu, həmçinin Kremlin öyündüyü hərbi gəmidir. Bu gəmi hələ SSRİ dönəmindən mühüm əməliyyatlarda istifadə edilib.

Kreyser 1982-ci ilin dekabrında "Slava" adı ilə istismara verilib, 1996-cı il mayın 16-da adı "Moskva"ya dəyişdirilib.

Uzunluğu 186 m, hündürlüyü 42,5 m olan kreyserdə 510 nəfərdən ibarət ekipaj xidmət edirdi.

Gəmidə uzaqmənzilli raketlər, donanma üçün olan S-300 sistemləri vardı: kəşfiyyat məlumatları toplama, donanmanın logistik əlaqəsi və s. bu gəmidən həyata keçirilirdi.

"Moskva" faktiki olaraq üzən komanda qərargahı, donanmaya edilən hücumların qalxanı, ən ağır zərbələrin mərkəzi funksiyasını icra edirdi.

SSRİ zamanı Mixail Qorbaçov 1989-cu ildə ABŞ Prezidenti Böyük Corc Buş ilə Maltada keçirilən danışıqlara məhz bu kreyser ilə yollanmışdı. Kreyser 2008-ci ildə Gürcüstana hərbi müdaxilə zamanı istifadə edilmişdi, eyni zamanda, Suriyada Bəşər Əsədə dəstək göstərən ən güclü mərkəz rolunu oynamışdı.

750 milyon dollara başa gələn bu gəminin 2014-cü ildə Krım əməliyyatında, o cümlədən 24 fevral 2022-ci ildən başlayan Ukraynaya hücum zamanı dənizdən blokadasında müstəsna rolu olub.

Gəminin Rusiyanın qüruru olduğu həm də Putinin İtaliya səfərində dövrün baş naziri Berluskonini bu kreyserdə qəbul etməsindən bəllidir.

Gəmi necə vurulub?

Gəminin Ukraynanın "Neptun" raketi ilə sıradan çıxarıldığı bildirilsə də, bu informasiya bir qədər təəccüblə qarşılanır. Necə ola bilər ki, bütün donanmanı hücumlardan qorumaq üçün yüksək səviyyədə müdafiə sistemləri ilə təchiz edilən "Moskva" "Neptun" raketini zərərsizləşdirə bilməyib?

Ümumiyyətlə "Neptun"un "Moskva"nı məhv etməsi mümkünsüz görünür. Ona görə də ehtimallar ortaya atılır. Bəzi versiyalara görə, "Moskva"nın müdafiə sisteminə müdaxilə edilib və kreyser "kor" olub. Bu müdaxiləni isə Qərb peyklərinin həyata keçirdiyi istisna edilmir.

Daha bir ehtimal aldadıcı manevrlərdə "Bayraqdar TB2" PUA-sından istifadədir. Bu ehtimalın reallıq dərəcəsi həddən artıq azdır. Çünki "Bayraqdar" hücum etsə belə, "Moskva" digər təhlükələrə qarşı çox operativ reaksiya vermək gücünə malikdir.

Bəs, "Moskva" necə məhv edilib?

Rusiya qəzəblənib!

Rusiya Müdafiə Nazirliyi "Moskva"nın qisasını almaq üçün Kiyevə zərbələr endirməyə başlayıb, "Neptun" raket zavodu da daxil olmaqla, hərbi sənaye komplekslərini qanadlı raketlərlə vurur. Bununla "Moskva" kreyserinin Ukrayna raketi ilə vurulması haqda məlumatları gücləndirir.

Halbuki siyasi fəaliyyətdə daha fərqli mənzərələr ortaya çıxır. Rusiya ilk dəfə olaraq ABŞ-a Ukraynaya ağır silahlar verdiyinə görə nota təqdim etdi. Bu notada Rusiya Kiyevə ağır silahlar verdiyinə görə ABŞ-ı Ukraynadakı müharibənin iştirakçısı qismində tanıya biləcəyi haqda xəbərdarlıq edib.

Sual yaranır: niyə məhz "Moskva" kreyseri vurulandan sonra Rusiya ABŞ-ı (Qərbi) müharibə iştirakçısı kimi tanıyacağını bildirir və nüvə zərbəsinin anonsunu verir?

Bu, bir daha sübut edir ki, Kreml Ukraynaya verilən silahların miqyası haqda yalnız "Moskva" məhv ediləndən sonra təsəvvür əldə etdi.

Ona görə bir daha bu sual aktuallaşır: "Moskva"nı doğrudanmı "Neptun" məhv etdi?

Consonun Kiyevə səfəri və mühüm siqnal!

29 martda Rusiya və Ukrayna nümayəndələri İstanbulda bir araya gələrək, olduqca ciddi müzakirələr apardılar. Hətta bu müzakirə və razılaşmalardan ruhlanan Türkiyə yaxın 2 həftə ərzində Zelenski və Putinin görüşünün mümkünlüyünü iddia etdi.

Bu razılaşmalarda NATO-dan imtina, neytral statusa razılaşmaqla bərabər, Ukrayna Krım və Donbas məsələsini dondururdu. Rusiya isə Krımı qəti şərt kimi qoymuşdu – bu yarımada Rusiyanın tərkib hissəsi kimi tanınmalıdır, Donbas məsələsi isə müzakirə ediləcəkdi. Eyni zamanda Ukrayna Krıma quru yolu üçün Rusiyaya güzəştə hazır olduğunun mesajını da vermişdi.

Məhz danışıqların bu mərhələsində Britaniya aktivləşdi və Ukraynaya daha ciddi dəstək verəcəyini bəyan etdi. Britaniya-Ukrayna rəsmiləri arasında gündə bir neçə dəfə aparılan müzakirələrdən sonra Ukrayna İstanbul danışıqlarından "kənara çıxan" təkliflərlə çıxış etməyə başladı. Rusiya bundan narazılığını da bildirdi.

Zelenski hədsiz güzəştlərdən geri çəkildiyini nümayiş etdirirdi və hiss olunurdu ki, Ukrayna daha ciddi dəstək vədi alıb.

Məhz aprelin ilk ongünlüyündə Britaniya Baş naziri özü şəxsən, həm də gözlənilmədən Kiyevə gəldi. Bu azmış kimi, Zelenski ilə birgə Kiyev küçələrində gəzməyə çıxdı.

Həmin zaman Consonun özü ilə mükəmməl raketlər gətirdiyi, bu raketlərin Rusiyanın dənizdə hakim olan donanmasına ciddi problem yaradacağı haqda rəy də açıqlandı. Yəni 10 apreldə artıq belə bir ciddi versiya meydana atılmışdı.

Bu iddialarından üstündən cəmi 3 gün keçəndən sonra Rusiyanın Qara dəniz donanmasının onurğa sütunu qırıldı, "Moskva"nı dənizin dibinə getməkdən heç nə xilas edə bilmədi. Bunun ardınca isə artıq mühafizəsiz qalan Rusiyanın Qara dəniz donanması raket hədəfindən daha uzaq məsafəyə çəkildi – Ukrayna sahillərindən uzaqlaşdı.

Bu hücum müharibədə olduqca mühüm dəyişikliyin başlanması deməkdir. Ukrayna dənizdən blokadanı yararsa, Rusiyanın zərbə gücü kifayət qədər aşağı düşəcək. Rusiya donanması yalnız uzaqmənzilli raketlərdən istifadə etməyə məcbur olacaq – bu isə olduqca bahalı və məhdud hücumdur.

Buna qarşı da hazırlıqlar var: Ukraynaya ən müasir HHM sistemləri göndərilməsəydi, Qərbin diplomatik korpusları Kiyevə qayıtmazdı...


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1648   Tarix: 16 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İtkin düşən iki uşaq anasının meyiti evindəki soyuducuda tapıldı

Argentinada 24 yaşlı iki uşaq anasının meyiti yaşadığı evdə soyuducudan tapılıb. Qadının qətlində şübhəli bilinən 37 yaşlı sevgilisi saxlanılıb. xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı Kamila Belen İqlesias oktyabrın 2-də itkin düşüb. Bir neçə gün ondan xəbər ala bilməyən ailə üzvləri polis

25 oktyabr
.

"Axios": Vaşinqton süni intellekt sənayesi liderlərinin apokaliptik proqnozlarından bezib

Konqres qanunvericiləri və Ağ Ev rəsmiləri "OpenAI" və "Anthropic" kimi aparıcı süni intellekt şirkətlərinin rəhbərliyindən narazıdırlar. "Report"un xəbərinə görə, "Axios" bu barədə mənbələrə istinadən məlumat yayıb. Siyasətçilər şikayətlənirlər ki, yüksək vəzifəl

25 oktyabr
.

İran ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verilməyəcəyini bəyan edib

İran heç vaxt ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verməyəcək. "Report" xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi və "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı Əli Abdullahinin bəyanatında bildirilib. "(ABŞ Prezident

24 oktyabr
.

Məşhur Hollivud aktyoru adından qanunsuz istifadəyə görə 200 min avro təzminat alıb

ABŞ-li aktyor və Hollivud ulduzu Klint İstvud Litvada adının və şəklinin reklam kampaniyasında icazəsiz istifadəsinə görə açdığı 200 min avroluq məhkəmə iddiası üzrə qələbə qazanıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Litva Apellyasiya Məhkəməsi məlumat yayıb. Məhkəmə Litvanın "Mediatonas"

24 oktyabr
.

10 km hündürlükdən düşüb sağ qalmışdı - Dünyanı heyrətləndirən qadının HEKAYƏSİ

1972-ci ildə 22 yaşlı serbiyalı stüardessa Vesna Vuloviç aviasiya tarixinin ən inanılmaz hadisələrindən birinin qəhrəmanına çevrilib. O, təxminən 10 min metr yüksəklikdə parçalanan təyyarədən yerə düşməsinə baxmayaraq, möcüzə nəticəsində sağ qalıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə 1972-c

25 oktyabr
.

Avropa Taekvondo İttifaqının birinci vitse-prezidenti Bolqarıstanda qətlə yetirildi

Bolqarıstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, iş adamı Slavi Binev Sofiya şəhərində başından güllələnərək öldürülüb. xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi brifinqdə məlumat verib. Cinayətdə şübhəli bilinən üç nəfər - bir Bolqarıstan və iki Türkiyə vətəndaş

24 oktyabr
.

Rumıniya pilotsuz texnologiyalar sahəsində Ukrayna ilə əməkdaşlığı gücləndirəcək

Rumıniya Qara dəniz regionunda təhlükəsizlik vəziyyətinin kəskinləşməsi fonunda pilotsuz texnologiyalar, infrastruktur, logistika və energetika sahələrində Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın Baş naziri Luka Nikulesku ukraynal

25 oktyabr
.

İran ABŞ ilə razılaşma üçün şərt irəli sürdü

İran ABŞ-nin İslam Respublikasının limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırması müqabilində Hörmüz boğazında gəmiçiliyi bərpa etməyi təklif edib. xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb. Telekanalın mənbələrinin bildirdiyinə görə, Tehran bu təklifi Pakista

25 oktyabr
.

Tramp saxta addan istifadəyə görə konqresmeni istefaya çağırdı

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından olan konqresmen İlhan Omardan dərhal istefa verməsini tələb edib. xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Konqresdə and içərkən saxta addan istifadə etdiyinə görə hesab edirəm ki, o, dərha

25 oktyabr