Məşhur Hollivud aktyoru adından qanunsuz istifadəyə görə 200 min avro təzminat alıb
ABŞ-li aktyor və Hollivud ulduzu Klint İstvud Litvada adının və şəklinin reklam kampaniyasında icazəsiz istifadəsinə görə açdığı 200 min avroluq məhkəmə iddiası üzrə qələbə qazanıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Litva Apellyasiya Məhkəməsi məlumat yayıb.
Məhkəmə Litvanın "Mediatonas" şirkətindən 200 min avro təzminatın tutulması barədə qərar verib. Məbləğ aktyor Klint İstvud və onun vizual obrazından istifadə hüquqlarını özündə saxlayan "Garrapata" şirkəti arasında bərabər bölünəcək.
Klaypeda Dairə Məhkəməsinin 2024-cü ilin dekabrında çıxardığı qərarla müqayisədə təzminatın məbləği 50 min avro azaldılıb.
Qeyd edək ki, ABŞ məhkəməsi 2021-ci ilin oktyabrında oxşar iddia üzrə Litva sahibkarlarının aktyora 6.1 milyon dollar (5.26 milyon avro) ödəməli olduqlarına qərar vermişdi.
Qanuni əsaslarla çətənə tərkibli tibbi məhsulların satışı ilə məşğul olan "Mediatonas" şirkəti reklam kampaniyalarında aktyorun adından və şəklindən onun icazəsi olmadan istifadə edib.
Şirkətin sahibi ABŞ-də bu məsələ ilə bağlı məhkəmə prosesinin getdiyindən xəbərdar olduğu üçün hələ 2021-ci ilin martında müəssisəni ləğv edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 109 Tarix: 24 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə mədəndə partlayış - ölən və yaralılar var
Türkiyənin Zonquldağ vilayətində yerləşən mədənlərin birində partlayış başç verib. Bu barədə "Haber 7" məlumat yayıb. Məlumata görə, bədbəxt hadisə Zonquldaq vilayətinin Kilimli rayonuna bağlı Gelik qəsəbəsində yerləşən özəl mədən ocağında metan qazının sızması nəticəsində baş verib. Hadis
23 oktyabrABŞ-da Trampı sosial mediada təhdid edən qadın həbs edilib
ABŞ Ədliyyə Nazirliyi bildirib ki, 36 yaşlı qadın ABŞ prezidenti Donald Trampa qarşı sosial mediada təhdidlər paylaşmaq ittihamı ilə Alabama ştatında həbs olunub. xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin veb saytında deyilir ki, "ABŞ Rayon Məhkəməsində iki maddədən ibarət ittiham aktı ilə Alabam
23 oktyabrFilippində təlim uçuşu zamanı 4 pilot ölüb
Batanqasda təlim uçuşu zamanı iki "SF-260" təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub. "Report" xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb. Filippin Hərb
24 oktyabrHərəkətdə olan iki nəhəng aysberq təhlükə yaratmaqda davam edir
Antarktidadan qopan A81 və D32 aysberqləri minlərlə kilometrlik yol qət etdikdən sonra Cənubi Corciya adasına doğru hərəkət edir. Yeni peyk görüntüləri onların marşrutunu göstərir. Mütəxəssislər aysberqlərin dayazlıqlarda ilişib qalması ehtimalına və gəmilər üçün təhlükə yaradan kiçik buz parçaların
23 oktyabr