Pensiya yaşıyla bağlı deputatdan TƏNQİD: "Bizim ölkədə bütün əziyyət qadının üzərinə düşür"

Pensiya yaşıyla bağlı deputatdan TƏNQİD: "Bizim ölkədə bütün əziyyət qadının üzərinə düşür"Son günlər qadınlarla kişilərin pensiya yaşının eyniləşdirilmısi məsələsi gündəmdədir. Bunun nə dərəcədə doğru olması isə sual altındadır. Ümumiyyətlə, ölüm yaşının bu qədər aşağı düşdüyü bir zamanda pensiya üçün yaş həddinin 65 olması düzgündürmü?

Bundan əlavə, bir insan pensiya yaşına yetişmədən öldüyü təqdirdə yalnız onun öhdəliyində olan 18 yaşına çatmamış övladına təqaüd verilir. Amma bu insan illərlə çalışıb, əziyyət çəkib. 65 yaşlı insanın da çox istisna hallarda 18 yaşına çatmamış övladı ola bilər. Bu yaş həddinin olması məqsədəuyğundurmu?

Mövzuyla bağlı Sonxeber.az millət vəkili Razi Nurullayevdən münasibət öyrənib.

O bildirib ki, vətəndaşlarımızı ləyaqətli həyat, iş, siğorta ilə təmin edə bildiyimiz zaman bu məsələni gündəmə gətirə bilərik:

"Bu, qanunvericilikdə nəzərə alına bilər. 18 yaşında olan insan Azərbaycanda öz ayaqlarının üzərində dura bilmir. Çünki bizim məktəb və universitetlərdə şəxsiyyət yetişdirilmir. İnsanlar, demək olar ki, 25 yaşına kimi valideyndən asılı vəziyyətdə olur. Uşaqlara düzgün təhsil verilmir, şəxsiyyət kimi formalaşdırılmır. Bu baxımdan mən razıyam ki, 18 yaş limiti ləğv olunsun. Onlar, təbii ki, bu pula ehtiyac duyurlar, çox çətinlik çəkirlər. O səbəbdəndir ki, bir çox hallarda övlad təhsil ala bilmir, peşə öyrənə bilmir. Bu məsələyə toxunmağınız çox yaxşı oldu. Mən də mövzuyla bağlı məsələləri öyrənib parlamentin müvafiq iclasında, həm də komitə qarşısında qaldırıb müzakirəyə çıxarmağa çalışaram.

Bundan əlavə, qadınla kişinin pensiya yaşının bərabərləşdirilməsini mən doğru saymıram. Azərbaycan kimi cəmiyyətlərdə isə ümumiyyətlə doğru saymıram. Birincisi ona görə ki, bizim ölkədə bütün əziyyət qadının üzərinə düşür. O, uşaq böyüdür, yuxusuz qalır, ömrünün ən gözəl çağlarını övladının böyüməsinə həsr edir. Bu gün Azərbaycan qadınları gözəl, ləyaqətli həyat ilə, sığorta ilə, pulsuz müayinə-müalicə ilə tam olaraq təmin olunmayıb. Biz deyə bilmərik ki, onların bank servisinə, yüksək əmək haqqına, ləyaqətli həyata əlçatanlığı var. Azərbaycanda qadınlar var ki, həyatı boyu bir dəfə də olsun istirahət yerində, sanatoriyada olmayıb, bəlkə də, heç vaxt restoranda da oturmayıblar, olsalar da, ancaq toy məclisində iştirak edəndə gediblər.

Ona görə də, bütün bunların hamısının Avropada olduğu kimi, bizə tətbiq olunmasını doğru saymıram. Biz nə vaxt vətəndaşlarımızı ləyaqətli həyat, iş, siğorta ilə təmin edə bilsək, o zaman bu məsələni gündəmə gətirə bilərik. Başqa hallarda bu mövzunun gündəmə gəlməsi ədalətsizdir".

Aysel SƏFƏRZADƏ


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4516   Tarix: 19 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu

Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd

23 oktyabr
.

"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!

"Nar" mobil operatorunun abonentlərə təqdim etdiyi xidmətin vəziyyəti biabırçı həddə çatıb. 4G şəbəkəsində internetin sürəti bərbaddır, müştəri xidmətlərinə zəng edənlər 40-50 dəqiqə xəttdə gözləyir, müraciətlərə isə lazımi münasibət göstərilmir. Abonent nə normal internet əldə edə bilir, n

23 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr
.

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir

Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl

22 oktyabr
.

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və əmlakı məhvetmədə təqsirləndirilən Cahangir Ramazanlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayət

22 oktyabr
.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21 oktyabr
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

21 oktyabr
.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr