Müəllim işlədi, nazir oldu, həbs edildi - UNUDULAN MƏMURLAR

Müəllim işlədi, nazir oldu, həbs edildi - UNUDULAN MƏMURLARVaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.
Layihəmizdə bu dəfə sabiq Milli Təhlükəsizlik Nazirliyinin naziri Fəxrəddin Təhməzovdan bəhs edəcəyik.

Fəxrəddin Ayət oğlu Təhməzov 10 yanvar 1951-ci ildə Salyan rayonunun Qaraçala qəsəbəsində dünyaya gəlib. O, 1968-ci ildə Əli-Bayramlı (indiki Şirvan şəhəri) orta məktəbini, 1973-cü ildə isə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyat İnstitutunu bitirib. Daha sonra isə o, SSRİ DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbində təhsil alıb.

Təhməz Fəxrəddinov Dövlət Təhlükəsizlik Komitəsinin mərkəzi aparatında kiçik əməliyyat müvəkkili, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisinin müavini, bölmə rəisi vəzifələrində çalışıb. O, 1990-cı ilin iyun ayından 1991-ci ilin dekabr ayına qədər MTN (1991-ci ilin noyabrına qədər DTK) Gəncə şəhər şöbəsinin rəis müavini, sonra isə MTN Bakı şəhər üzrə İdarəsində şöbə rəisi vəzifələrində çalışıb.

F.Təhməzov 1992-ci ilin may ayının 16-da milli təhlükəsizlik naziri vəzifəsinə təyin olunub və həmin ayın 23-də general-mayor rütbəsi alıb.

Sabiq nazir 1993-cü ilin iyununda isə tutduğu vəzifədən azad edilib. Həmin ildə baş vermiş Gəncə qiyamının yatırılmasında iştirakına görə, qısa müddətli həbs cəzası alıb.

Qeyd edək ki, Fəxrəddin Təhməzovun namizədliyi Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər tərəfindən irəli sürülüb.

Təqaüddə olan MTN zabiti İlham İsmayıl Fəxrəddin Təhməzov haqqında yazır:

"MTN-ə nazir Fəxrəddin Təhməzov təyin edildi. Fəxrəddin müəllim bir neçə ay əvvəl MTN-in Gəncə şöbəsinin müavini vəzifəsindən çıxıb yenicə yaradılmış Bakı şəhər şöbəsinə müavin təyin edilmişdi. Gəncədə bir ildən artıq bir yerdə işləmişdik, xoşrəftar, yumşaq təbiətli bir şəxs idi. Gözlənilməz təyinat idi. Sonralar Yaqub Məmmədovla söhbət zamanı məlum oldu ki, Əbülfəz Elçibəy ilk olaraq MTN-ə Namiq Abbasovun namizədliyini irəli sürüb, Vəzirov dövründə haqsızlığa məruz qaldığını əsas amil kimi irəli sürüb. Müzakirədə iştirak edənlər N.Abbasovun Heydər Əliyevin kadrı olduğunu, daha çox ona bağlı olduğunu bildirib qəti etiraz edirlər. Belə olanda Elçibəy israr edib ki, Milli Təhlükəsizlik Nazirinin namizədliyini müzakirələrə dəvət olunmuş Yaqub Məmmədov versin. İki namizədin də adı çəkilib, ümumi razılıq olmayıb, nəhayət Yaqub müəllim əvvəllər Tibb İnstitutunun kuratoru olmuş Fəxrəddin Təhməzovun namizədliyini verəndə Elçibəy də, müzakirə iştirakçıları da razılaşıb".

Onun sözlərinə görə, bu yanaşma düzgün deyil:

"Yumşaq desək, bu yanaşma düzgün deyildi. Hakimiyyətə gələn şəxs ən azı komandasında kimin hansı vacib postları tutacağını çoxdan müəyyənləşdirməli idi. Xüsusi xidmət orqanı kimi dövlətin bel sütunlarından olan bir quruma öz namizədin yoxsa, deməli, o təşkilatın mahiyyətini düzgün qiymətləndirə bilməmisən. Nazirin birinci müavini Sülhəddin Əkbər, müavin isə Murmanskdan qayıtmış Namiq Abbasov təyin olundu".

Təhməzovla bağlı daha bir məqam isə arxivlərin açılmasına dair 1992-ci ilin oktyabrında Milli Məcisdə müzakirələr gedib. Həmin vaxt arxiv və agentura şəbəkəsinin açılmasının əleyhinə çıxış edənlərdən biri də Fəxrəddin Təhməzov olub.

Ailəsi haqqında heç bir məlumat əldə edə bilmədik.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4424   Tarix: 19 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları

Bakıda yerləşən gözəllik salonundan müxtəlif kosmetik və saç baxımı avadanlıqları, eləcə də idman ayaqqabısı oğurlayan şəxs məhkəmə qarşısına çıxarılıb. Qaynarinfo xəbər verir ki, iş materiallarına görə, hadisə 2026-cı ildə, gecə saat 02:00 radələrində Bakı şəhərinin Nizami rayonunda, Tofiq Abbasov küçəsind

22 oktyabr
.

"WhatsApp"a iki yeni funksiya gəlir

Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda

22 oktyabr
.

Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib

"Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlı

22 oktyabr
.

"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMA

"El nə deyər?" qorxusu qadının həyatından qiymətlidirmi? Ərinin xəyanətinə, təhqirinə, zorakılığına məruz qalan qadına boşanmaq istəyəndə belə "ayıbdır", "camaat nə deyər, "ata evinə qayıtmaq biabırçılıqdır" deyən düşüncə tərzi cəmiyyətin ən ağır problemlərindən biridir

23 oktyabr
.

Süni intellekt indi də oğurluq etdi

"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut

21 oktyabr
.

Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib

"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"

22 oktyabr
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr