"Dünya Azərbaycanlılarının V Qurultayı Zəfər Qurultayı kimi tarixə düşəcək" - Emil Əkbərov
Dünya Azərbaycanlılarının V Qurultayı Şuşada keçiriləcək. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, "Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr", "Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri" mövzularında müzakirələrin təşkili planlaşdırılır.
Bununla bağlı Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Akbarov bildirib ki, Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi möhtəşəm və qürurverici hadisədir:
"Bu tədbiri həm də Dünya Azərbaycanlılarının Zəfər Qurultayı da adlandırmaq olar. Hazırda hansı ölkədə yaşamasından asılı olmayaraq, qurultaya təşrif buyuracaq hər bir azərbaycanlı Türk dünyasının paytaxtı, Qarabağın tacı olan Şuşanı 30 ildən sonra görmək xoşbəxtliyini yaşayacaq".
Emil Akbarovun sözlərinə görə, 4 ilə yaxındır ki, Azərbaycan diasporu çox mühüm layihələrə imza atıb:
"Bu layihələrin hazırlanmasında Diasporla İş üzrə Dövlət Komitəsinin və bu quruma 4 ilə yaxındır ki, sədrlik edən Fuad Muradovun zəhməti böyükdür. Qeyd edim ki, 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurasının, 12 ölkədə 18 Azərbaycan Evinin yaradılması (Tallin, Varşava, Budapest, Brüssel, Zalsburq, Barselona, Köln, Berlin, Münhen, Kiyev, Odessa, Ankara, İğdır, Qahirə, Saloniki, Tbilisi, Marneuli və Qardabani şəhərləri) təqdirəlayiqdir. Xüsusilə də biz Azərbaycan diasporunun gücünü Tovuz döyüşlərində və 44 günlük Vətən müharibəsi dövründə gördük. Həmin dövrdə Erməni vəhşiliyini bütün çılpaqlığı ilə dünyaya çatdıran Azərbaycan diasporu 30-dan çox ölkədə 200-dək aksiya keçirərək Ali Baş Komandanın və ordumuzun yanında olduğunu nümayiş etdirdi".
Emil Əkbərov vurğulayıb ki, 30 ildən sonra Qarabağın tacı olan Şuşada belə bir mühüm tədbirin keçirilməsini 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbənin növbəti mərhələsi kimi dəyərləndirmək olar:
"Həmçinin, Dünya Azərbaycanlılarının V Qurultayı Qarabağın işğaldan azad edilməsindən sonra diasporumuzun ilk böyük görüşü olacaq. Dünya Azərbaycanlılarının V Qurultayında Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə kimi çıxış edərək, tarixi Zəfərimizdən böyük qürurla bəhs edəcək.
Bu möhtəşəm qələbəni və qürurverici anları bizə yaşadan Ali Baş Komandana və ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən şəhidlərimizə, qazilərimizə təşəkkür edirəm. Hesab edirəm ki, Dünya Azərbaycanlılarının V Qurultayı Zəfər Qurultayı kimi tarixə düşəcək".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA
Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA
Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
Süni intellekt indi də oğurluq etdi
Qızıl bazarında son vəziyyət
Sabah Bakıya yağış yağacaq
Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA
"WhatsApp"a iki yeni funksiya gəlir