"Dünya azərbaycanlılarının Şuşada qurultay keçirməsi qürurvericidir" – Aydın Hüseynov
"Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın mədəniyyət beşiyi, Qarabağımızın tacı, Qələbəmizin simvolu olan Şuşa şəhərində keçirilməsi möhtəşəm hadisədir. 30 ildən sonra dünyanın bütün qitələrində yaşayan soydaşlarımızın Şuşada bir araya gəlməsinin həm də rəmzi mənası var. Bu tədbir Şuşanı birlik simvoluna çevrir. Şuşa dünya azərbaycanlılarını birləşdirən şəhərdir".
Bu fikirləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun hər qarışının əziz olduğunu vurğulayıb:
"Amma Şuşanın yeri başqadır. Ordumuzun Şuşada əldə etdiyi qələbə Azərbaycanın bütün mənalarda başını uca etdi, dünya birliyində çəkisini artırdı, beynəlxalq təşkilatları ölkəmizlə hesablaşmağa məcbur etdi. Şuşa ölkə Prezidenti, cənab İlham Əliyevin xüsusi diqqətindədir. Qələbədən dərhal sonra Ali Baş Komandan, Qalib Sərkərdə kimi İlham Əliyevin Şuşaya səfərinin çox böyük tarixi əhəmiyyəti var. Ötən il Şuşada "Vaqif poeziya günləri"nin və "Xarı bülbül" beynəlxalq festivalının keçirilməsi, Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında "Şuşa bəyannəməsi"nin imzalanması, BMT-Azərbaycan diplomatik əlaqələrinin 30 illiyi ilə bağlı geniş tərkibli görüşün baş tutması, beynəlxalq təşkilatların və Azərbaycanda fəaliyyətdə olan xarici ölkə səfirliklərinin nümayəndələrinin Şuşaya və işğaldan azad edilmiş digər rayonlara səfərlərini postmüharibə dövründə ölkəmizin, xüsusən də cənab Prezidentin həyata keçirdiyi uğurli siyasətin davamı adlandırmaq olar. Növbədə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir araya gələcəkləri möhtəşəm tədbir – Dünya Azərbaycanlılarının V Qurultayıdır.
Bu qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Bu tədbirin baş tutması ilə xaricdə yaşayan soydaşlarımız Azərbaycanın yaratdığı yeni reallıqlarla daha yaxından tanış olacaqlar. Həmçinin, bu tədbir dünya ictimaiyyətini Azərbaycan həqiqətləri ilə tanış etməkdə xüsusi rol oynayan diasporumuzun Qarabağın azad edilməsindən sonra ilk böyük görüşü olacaq.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının I Qurultayı Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilib. Ötən müddət ərzində Azərbaycanda çox böyük işlər görülüb. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev həmişə xaricdə yaşayan azərbaycanlılarla maraqlanıblar, diaspor təşkilatlarını dəstəksiz qoymayıblar. Prezident İlham Əliyev IV Qurultayın açılış mərasimindəki nitqində deyib:
"Azərbaycanda 15 il ərzində diaspor təşkilatları ilə qurulan iş, əlaqələr tam yeni bir vəziyyətə gətirib çıxarıb. Bu gün biz dünyanın müxtəlif yerlərində istənilən tədbiri keçirə, dünya ictimaiyyətini Azərbaycan reallıqları ilə daha da geniş şəkildə tanış edə bilərik və bunu edirik. Diaspor təşkilatlarının fəaliyyəti daim diqqət mərkəzindədir. Bu gün mən diaspor təşkilatlarının gələcək fəaliyyəti ilə bağlı bəzi fikirlərimi bildirmək istəyirəm. İlk növbədə, əlbəttə, biz istəyirik ki, dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər".
Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsini xalqımızın birliyi və həmrəyliyi baxımından mühüm tarixi hadisədir. Dünya azərbaycanlılarının Şuşada qurultay keçirməsi qürurvericidir".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA
Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA
Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
Süni intellekt indi də oğurluq etdi
Qızıl bazarında son vəziyyət
Sabah Bakıya yağış yağacaq
Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA
"WhatsApp"a iki yeni funksiya gəlir