Fəxrəddin Altun: "İstanbul prosesi hələ də sülhün bərqərar olması üçün ən mühüm fürsətdir"

Fəxrəddin Altun: "İstanbul prosesi hələ də sülhün bərqərar olması üçün ən mühüm fürsətdir"Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Rusiya-Ukrayna Müharibəsi və Türkiyəyə Təsirləri: Təhdidlər və Fürsətlər" mövzusunda keçirilən tədbirdəki çıxışında, "Xüsusilə vurğulamaq istərdim ki, (Rusiya-Ukrayna müharibəsi) İstanbul prosesi hələ də atəşkəsin təmin olunması və sülhün bərqərar olması baxımından ən mühüm fürsət kimi beynəlxalq ictimaiyyətin qarşısında dayanır. Bu baxımdan, prezidentimizin də qeyd etdiyi kimi, hər kəs İstanbul prosesini dəstəkləməlidir", – deyib.

İnsan tələfatlarına, humanitar faciələrə və dağıntılara səbəb olan bu yanğının söndürülməsi üçün prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə var gücləri ilə çalışdıqlarını bildirən Altun başda Avropa olmaqla bütün dünyanı təsiri altına alan Ukraynadakı müharibənin Türkiyədən də yan keçmədiyini söyləyib.

Altun bu müharibənin səbəb və nəticələrinin şərh edilməsinin ölkənin gələcəyi və sabitliyi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayaraq, "Əvvəla, bu müharibə cənab prezidentimizin "Dünya 5-dən böyükdür" iddiasının nə qədər doğru və yerində olduğunu bir daha göstərdi. Belə bir böhranda BMT-nin həll ünvanı olması və özünün ön plana çıxması lazım idi. Ancaq hərəkətə keçə bilmədiyi kimi, təəssüf ki, böhranın həlli baxımından BMT heç kimin ağlına gəlmir. Çünki, təəssüf ki, BMT dünya siyasətinin reallıqlarını və ədalət axtarışını təmsil edə bilmir, öz missiyasını yerinə yetirə bilmir. Təcili islahat ehtiyacı özünü bir daha büruzə verdi. Cənab prezidentimizin illərdir yorulmadan etdiyi bu təsbit bu gün daha mənalı bir hala gəlib", – deyə bildirib.

Prezident Ərdoğanın həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Vladimir Zelenski ilə yaxın dialoqunu prosesin əvvəlindən böhranın həlli və gərginliyin azaldılması üçün fürsət kimi istifadə etdiyini xatırladan Altun sülh diplomatiyasını müxtəlif ölkələrin və beynəlxalq qurumların rəhbərlərini də prosesə daxil edərək həyata keçirdiyini ifadə edib:

"Türkiyə bu prosesdə nümayiş etdirdiyi səmimi və real töhfələrlə həm Rusiya, həm də Ukraynanın etimadını qazandı və iki ölkə arasında seçim etməyə məcbur edilə bilməyəcəyini göstərdi. Türkiyə əvvəlcə Antalya Diplomatiya Forumu çərçivəsində, daha sonra Dolmabaxça sarayında danışıqlar masasının yaradılması təşəbbüsü ilə çıxış etdi. Digər tərəfdən, hesab edirəm ki, bütün beynəlxalq aktorlar Türkiyənin xüsusi çəkisini və təsirini görmüş oldular. Qərb paytaxtlarında Türkiyəyə xor baxan və guya onu yola gətirmək məqsədilə nümayiş etdirilən yanaşmalar və bunun əsasında qurulan geosiyasi oxunuşlar iflasa uğrayıb. Dünənə qədər Türkiyəyə barmaq silkələyənlərin, dərs verməyə çalışanların bu gün bizə təriflər yağdırmasının başqa izahı yoxdur. Bu baxımdan, indiki vəziyyət Qərbi Türkiyə ilə yeni münasibət tərzini mənimsəmək məcburiyyətində qoyur."


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 697   Tarix: 19 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu

Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd

23 oktyabr
.

"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!

"Nar" mobil operatorunun abonentlərə təqdim etdiyi xidmətin vəziyyəti biabırçı həddə çatıb. 4G şəbəkəsində internetin sürəti bərbaddır, müştəri xidmətlərinə zəng edənlər 40-50 dəqiqə xəttdə gözləyir, müraciətlərə isə lazımi münasibət göstərilmir. Abonent nə normal internet əldə edə bilir, n

23 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr
.

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir

Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl

22 oktyabr
.

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və əmlakı məhvetmədə təqsirləndirilən Cahangir Ramazanlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayət

22 oktyabr
.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21 oktyabr
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

21 oktyabr
.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr