Adına maşın çıxan üç yaşlı uşağın ailəsinin sosial yardımı bərpa olunacaq? - RƏSMİ CAVAB

Adına maşın çıxan üç yaşlı uşağın ailəsinin sosial yardımı bərpa olunacaq? - RƏSMİ CAVABGoranboyun Balakürd kənd sakini olan Aslanovlar ailəsinin sosial yardım ödənişi absurd səbəbə görə kəsilib. Belə ki, ailənin üç yaşlı körpəsinin adına avtomobil olduğu aşkarlanıb və yardım dayandırılıb.

Bizim.Media-nın işıqlandırdığı bu problemə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən operativ şəkildə reaksiya gəlib və problemin həlli istiqamətində iş aparıldığı haqda məlumat verilib.

Lakin vətəndaş Goranboy rayonu üzrə Sosial Müdafiə Fonduna müraciət etsə də, hələ də probleminin həll olunmadığını qeyd edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə saytın müraciətinə cavab olaraq bildirilib ki, prosesin hərəkətlənməsində Rəqəmsal İnnovasiyalar Mərkəzi məsuliyyət daşıyır. Onlar verilən məlumatı yenilədikdən sonra nazirlik üzərinə düşən işi icra edəcək.

Rəqəmsal İnnovasiyalar Mərkəzinin mətbuat katibi Xanım Yadigarlı Bizim.Media-nın sorğusunu müsbət cavablandırıb.

O bildirib ki, müraciətlə bağlı aidiyyəti dövlət qurumları ilə əlaqə saxlanılıb və məsələnin dəqiqləşdirilməsi üzrə işlər aparılır:

"Qanuna uyğun olaraq ünvanlı dövlət sosial yardımının verilməsi üçün müraciət edənin mülkiyyətində mal varlığının yoxlanılması üçün Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin müvafiq İnformasiya sistemlərinin mövcud məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sisteminə inteqrasiya olunub.

Müvafiq informasiya sistemlərinə əsasən, şəxsin mülkiyyətində və ya istifadəsində (etibarnamə əsasında) nəqliyyat vasitəsinin olması ad, soyad, ata adı üzrə yoxlanılır. Vətəndaş Aslanov Hüseyn Əkbər oğlunun ünvanlı dövlət sosial yardımı ilə bağlı 227918000151901 nömrəli müraciəti zamanı Azərbaycan Respublikasının DİN-in müvafiq informasiya sistemindən ad, soyad və ata adına görə yoxlama əsasında eyniadlı ailə üzvü Aslanov Həsən Hüseyn oğlunun mülkiyyətində nəqliyyat vasitəsi aşkar olunub.

Artıq müraciətlə bağlı aidiyyəti dövlət qurumları ilə əlaqə saxlanıb və məsələnin dəqiqləşdirilməsi həyata keçirilib. Ərizə üzrə müraciət yenidən emal edilib.

Ailənin maddi-məişət şəraitinin müayinəsi Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölməsi tərəfindən həyata keçirildikdən sonra müraciətin nəticəsinə dair qərar veriləcək. Qərar barədə məlumat vətəndaşa sms formasında göndəriləcək".

X.Yadigarlı həmçinin qeyd edib ki, sözügedən vətəndaş, qərar verildiyi halda, müraciət etdiyi ayın 1-dən etibarən ödənişləri almağa davam edəcək:

"Qeyd edək ki, vətəndaşa 01.04.2021-ci il tarixindən ünvanlı sosial yardım təyin olunub və ünvanlı dövlət sosial yardımı 12 ay müddətinə təyin olunduğu üçün 31.03.2022-ci il tarixinə qədər ödənilib.

Vətəndaşın maddi-məişət şəraitinin müayinəsindən sonra ünvanlı dövlət sosial yardımının təyin edilməsinə dair qərar veriləcəyi halda vətəndaşa müraciət etdiyi ayın 1-dən etibarən ödənişləri ediləcək".

Xatırladaq ki, şikayətçi Hüseyn Aslanovun 2018-ci il təvəllüdlü oğlu Həsən Aslanovun adına "10XH563" dövlət nömrə nişanlı, 1976-cı ilin istehsalı olan avtomobilin olduğu deyildiyi üçün ailənin ünvanlı sosial yardım alma istəyi nazirlik tərəfindən rədd edilmişdi.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1342   Tarix: 19 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu

Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd

23 oktyabr
.

"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!

"Nar" mobil operatorunun abonentlərə təqdim etdiyi xidmətin vəziyyəti biabırçı həddə çatıb. 4G şəbəkəsində internetin sürəti bərbaddır, müştəri xidmətlərinə zəng edənlər 40-50 dəqiqə xəttdə gözləyir, müraciətlərə isə lazımi münasibət göstərilmir. Abonent nə normal internet əldə edə bilir, n

23 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr
.

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir

Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl

22 oktyabr
.

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və əmlakı məhvetmədə təqsirləndirilən Cahangir Ramazanlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayət

22 oktyabr
.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21 oktyabr
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

21 oktyabr
.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr