Uşaq evində böyüdü, həyat yoldaşı ona rəfiqəsi ilə xəyanət etdi
"Uşaq evində olanda fərqli dərnəklər var idi. Bir il tar dərsi aldım. Sonra kamança, skripkaya getdim. Hər il bir dərnəyə qatıldım. Seçə-seçə rəqsə gəldim. Böyükağa Məmmədov uşaq evində rəqslər qururdu. Uşaq evində teatr dərnəyi yaratdım, səhnəciklər oynadıq. Böyükağa müəllim deyirdi ki, səni filarmoniyaya aparacam. Deyirdim, yox, mən teatrı istəyirəm".
Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Sona Babayeva "7 Canlı" proqramında deyib. Uşaq evində böyüyən sənətçi həyatından bəhs edib. Hazırda ATV-də yayımlanan "Bir qadın" serialında rol alan S. Babayeva uşaqlığından danışarkən ağlayıb:
"Gecələr "anacan" deyirdim, uşaqlar o səslə yatırdı. Bir gün də uşaq evinin müdiri gəldi ki, atan, anan var? Dedim, yox. Cavab verdi ki, bəs mən kiməm, ana deyirsən mənə? Həmin gündən onun adı "anacan" qaldı.
Universitetə daxil oldum. 10-cu sinfi bitirəndə bizi uşaq evindən buraxdılar. Günorta gedirdim dərsə, ordan qayıdıb küçədə oturacaqda uzanıb yatırdım. Utanırdım dəstək istəməyə. Şahmar Ələkbərova dedim ki, evim yoxdur. Apardı məni 1 ay evində saxladı. Sonra Həsən əbluç gildə qaldım. Daha sonra 10 gün Safurə İbrahimovagildə qaldım. Onu da evdə yola vermirdilər. Universitetə getdim və rektora dedim, onun otağında qalırdım".
Aktrisanın həyatından danışan aparıcı Vüsalə Əlizadə "Yaxın rəfiqəsini evinə gətirib, həyat yoldaşı onunla ona xəyanət edib. Oğlunu evləndirib, gəlini bir uşağını qoyub başqasına qaçıb. Evini banka zamin qoyub külli miqdarda pul götürüb, nəvəsini saxlayır" sözlərini əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1188 Tarix: 20 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd
23 oktyabrAzərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla
23 oktyabrKredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir
Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl
22 oktyabr"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə
21 oktyabrXəyyamın beşinci övladı doğulub
Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"
21 oktyabrCəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda
23 oktyabr