"Oxuduğum üçün çox döyülürdüm, amma özümü saxlaya bilmirdim"
Azərbaycanın muğam ifaçısı, müğənni, Azərbaycanın xalq artisti Könül Xasıyeva "MTV Azərbaycan" kanalında yayımlanan "Üzə-düz" verilişinin qonağı olub.
Sonxeber.az-ın məlumatına görə, o, atası ilə münasibətindən, onun zəhmli olmağından söhbət açıb.
Xalq artisti bildirib ki, ilk vaxtlar atası onu oxumağa qoymasa da, sonralar xanəndə hər oxuduqda kövrəlib ağlayarmış:
"Atam çox sərt adam idi. Zamanında məni də çox döyüb. Oxuyurdum, kişi də məni döyürdü. Balaca idim. Birinci ya ikinci sinfə gedirdim. Mən də özümü saxlaya bilmirdim, oxuyurdum. Qonşuda otururduq, oxuyurdum. Atamın iş yeri yaxın idi. Evə piyada gəlirdi. Yola uşaq qoyurduq, deyirdik ki, gələndə xəbər etsin. Atam mənim oxuduğumu eşitməsin. Amma sonralar, artıq Bakıya gələndə, mən oxuyanda o kövrəlirdi.
Bizim rayonda qonşularımız, qohumlarımız, bu verilişi izləyən və atamı, ailəmizi tanıyan hər kəs bunun şahididir ki, mən oxuyanda atam kövrəlirdi, göz yaşı tökürdü. Amma bilmədim, bu nədən idi... Hər iki valideynimin itkisi mənə çox ağır gəlib. Atam çox sərt adam olub. Məni döyüb, amma yerində döyüb. Çünki o vaxtı qız uşağının oxumasına yaxşı baxmırdılar. Deyirlər ki, qızını döyməyən dizini döyər. İndi birdən deyirəm, yaxşı ki, atamızın hökmü, əlini stola vurmağı var idi. Atam işdən gələndə biz hamımız ayağa qalxardıq. Mənim yadımdadır, anamız bizi belə öyrədib. Məsələn, atam axşam işdən evə gələnə qədər biz çörək yemirdik. Atam gəlirdi, sonra biz axşam yeməyi yeyirdik".
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkir
Rejissor Kristofer Nolanın Homerin məşhur "Odisseya" dastanı əsasında çəkdiyi "The Odyssey" filmi nümayişə başladıqdan sonra böyük maraqla qarşılanıb. Film bir çox ölkədə rekord göstəricilər əldə edərkən, bəzi yerlərdə biletlərin qara bazarda satıldığı bildirilir. Qaynarinfo xəbə
23 iyul"Mona Liza" tibbin 346 il sonra təsvir etdiyi xəstəliyi gizlədirmiş
XVI əsrin əvvəllərində Leonardo da Vinçi tərəfindən yaradılmış məşhur "Mona Liza" əsəri tibbin yalnız XIX əsrdə rəsmi şəkildə təsvir etdiyi irsi xəstəliyin tarixdə ilk vizual təsviri ola bilər. Söhbət ailəvi hiperxolesterinemiyadan gedir. Bu genetik pozuntu nəticəsində orqanizm "pis"
11 mayBaba Vəziroğlunun ailəsində - Ağır itki
Tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun bacısı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baba Vəziroğlunun jurnalist qardaşı Anar Vəziroğlu məlumat paylaşıb. O bildirib ki, bacısı Gündüz xanım ötən gecə dünyasını dəyişib. Allah rəhmət eləsin!
19 martKeçmiş filmlərimizi heç vaxt belə görməmisiniz - VİDEO
Köhnə Azərbaycan filmindən bəzi kadrlar süni intellektin köməyi ilə yenilənib. Ölkə.Az xəbər verir ki, instaqramda yayılan kadrların rəngləndirilərək daha da aydın hal aldığı görünür. Sözügedən videoda "Bəxt üzüyü", "Ögey ana" , "Bizim Cəbiş müəllim", "Böyük dayaq"
16 aprelAfaq Bəşirqızı ƏMƏLİYYAT OLUNDU: "Riskli idi"
Xalq artisti Afaq Bəşirqızı əməliyyat olunub. xəbər verir ki, aktrisanın həkimi Turab Qasımov -a açıqlamasında bildirib ki, əməliyyat riskli olsa da, uğurla başa çatıb:. "Afaq xanımın əməliyyatı uğurlu keçdi. Bir az riskli idi. Əməliyyatdan sonrakı müayinələr də bunu deməyə əsas verir ki, hər şe
5 iyunLeyla Əliyeva Budapeştdə sərgidə - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai
18 iyul