Mədəniyyət Nazirliyindən qırmızı dodaq boyasına QADAĞAYA dair AÇIQLAMA

Mədəniyyət Nazirliyindən qırmızı dodaq boyasına QADAĞAYA dair AÇIQLAMAMədəniyyət Nazirliyi teatra gedən aktrisaların qırmızı dodaq boyasından, dikdabandan, qırmızı rəngli geyimlərdən, cins və dar şalvarlardan istifadəsinə qadağa qoyulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, belə bir məsələ yoxdur.

Açıqlamada o da qeyd olunub ki, Mədəniyyət Nazirliyinin Aparatında və strukturuna daxil olan qurumlarda qulluq keçən işçilərin əmək münasibətləri dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən qanunvericilik aktlarına uyğun olaraq tənzimlənir, o cümlədən dövlət qulluqçularının xidməti davranışı "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir:

"Adıçəkilən qanunda etik davranış qaydalarına dair ümumi müddəalar müəyyən edilməklə yanaşı, həmin etik davranış qaydalarını dəqiqləşdirən normalar, onlara riayət olunması ilə bağlı davranış mexanizmi və qaydaların işlənib-hazırlanması səlahiyyəti dövlət orqanlarına həvalə edilir. O ki qaldı geyimlə bağlı tələblərə, qaydalarda heç bir qadağadan söhbət getmir. İşçilər üçün geyim və üsluba dair tələblər bir çox dövlət orqanlarında, habelə özəl müəssisələrdə də mövcuddur. Hətta bir çox tanınmış yerli və beynəlxalq şirkətlər var ki, öz işçiləri üçün "dress-kod" müəyyən edirlər. Eyni zamanda, nazirliyin tabeliyində olan teatr və mədəniyyət mərkəzlərində yaradıcı sahədə çalışan çoxsaylı işçilər üçün geyim və aksesuarların səhnə mədəniyyətinin tərkib hissəsi olduğunu nəzərə alaraq bildiririk ki, həmin işçilərin geyimləri ilə bağlı heç bir tələb və ya tövsiyə nəzərdə tutulmayıb.

Bununla yanaşı, Azərbaycan Respublikasının Əmək Məcəlləsində əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydalarının hazırlanması nəzərdə tutulub. Mədəniyyət Nazirliyində daxili intizam qaydaları Əmək Məcəlləsinin və əmək münasibətləri sahəsində münasibətləri tənzimləyən digər normativ hüquqi aktların tələbləri və müəssisələrdə çalışan işçilər arasında formalaşmış işgüzar adətlər nəzərə alınaraq hazırlanıb. Qaydalarda hər-hansı işçinin və ya şəxsin hüquqlarını və ya azadlıqlarını hər-hansı şəkildə məhdudlaşdıran heç bir hal nəzərdə tutulmayıb. Əksinə, əmək müqaviləsi üzrə vəzifə funksiyalarını tam həcmdə və keyfiyyətlə yerinə yetirən, müəssisənin daxili intizam qaydalarına əməl edilməsində fərqlənən işçilərin mükafatlandırılması və əməyinin dəyərləndirilməsi nəzərə alınıb".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1599   Tarix: 22 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr
.

Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi

Bakının Avtovağzal ərazisində hər səhər 13 nömrəli marşrut avtobusunu gözləyən sərnişinlər uzun müddət dayanacaqda qalmalı olurlar. Sərnişinlərin sözlərinə görə, avtobusun gəlməsini 40-50 dəqiqə gözlədikləri hallar olur. Səhər saatlarında işə və təhsil müəssisələrinə tələsən insanlar üçün bu qədər gözləmə

21 oktyabr
.

Süni intellekt indi də oğurluq etdi

"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut

21 oktyabr
.

Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib

"Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlı

22 oktyabr
.

Sabah Bakıya yağış yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə

22 oktyabr
.

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu

Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə

21 oktyabr
.

2 yaşlı uşaq su kanalında boğuldu

Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır

22 oktyabr
.

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ

23 oktyabr
.

Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl

21 oktyabr