Azərbaycanda nazirlərə məxsus məlumatlar ələ keçirilib?
Son günlərdə bir sıra qurumların sistem məlumatlarının hakerlər tərəfindən ələ keçirilməsi barədə məlumatlar yayılıb.
"Qafqazinfo" xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz məsələyə münasibət bildirib.
O qeyd edib ki, təkcə İcbari Sığorta Bürosunun (İSB) bütün sisteminin dağıdılması nəticəsində 40 milyondan çox məlumatın ələ keçirildiyi iddia olunur: "DTX, DİN, Ədliyyə Nazirliyi və s. qurumların avtomobilləri haqqında, həmçinin bir çox nazirlərə məxsus məlumatlar ələ keçirilib. Yəni əvvəllər sığorta şirkətləri, bizim telefonlarımızı qanunsuz olaraq bir-birilərinə satırdılar, indi isə belə görünür ki, dövlət və özəl sektora, vətəndaşlara aid bütün bu məlumatlar toplam olaraq onlardan oğurlanıb və açıqlanıb.
Xatırlayıram ki, İSB-yə olan bu hücum ilk dəfə deyil. Bir neçə il öncə də təxminən bu formada kiber hücum olmuşdu və məlumatlar ələ keçirilmişdi. Hakerlərin açıqladığı məlumatlardan, xüsusilə də tanınmışların adlarının açıqlamasından belə qənaətə gəlmək olar ki, hücum məqsədyönlü olaraq həyata keçirilib. İSB isə ötən gün açıqlama verib ki, sanki, heç nə olmayıb, hər şey qaydasındadır.
Güman etmək olar ki, hücum edənlər İSB sisteminin bütün incəliklərinə, zəif nöqtələrinə öncədən bələd olublar. Ümumiyyətlə isə, İSB sistemi heç zaman güclü olmayıb. Bir müddət bundan öncə İSB elektron xidmətlərinin kefiyyətsizliyi haqqında yazıb bərbad gündə olduğunu qeyd etmişdim. Görünür ki, İSB rəhbərliyi ötən illərdə baş verənlərdən, onlar haqqında yazılanlardan ibrət dərsi götürmürlər".
Osman Gündüz əlavə edib ki, kiber hücum nəticəsində dövlətə məxsus xeyli informasiyalar, vətəndaşlara məxsus fərdi məlumatlar açıqlanıb:
"Düşünürəm ki, DTX və DİN, hətta özlərinə məxsus olan informasiyaların sızmasına ciddi reaksiya verməli, İcbari Sığorta Bürosundan hesabat tələb etməli və baş verənləri ciddi olaraq araşdırmalıdır. Bu qurumda ciddi İT audit işləri aparmaq və onun əsasında kiber təhlükəsizliklə bağlı cidid qərarlar qəbul etmək, rəhbərlyinin məsuliyyətini gücləndirmək lazımdır. Yeri gəlmişkən bir daha diqqətə çatdırmaq istərdim ki, Prezidentin müvafiq fərmanı əsasında hazırlanmalı olan "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi haqqında Qaydalar" tez bir zamanda qəbul edilməlidir. Kritik hesab olunacaq qurumların siyahıları təsdiqlənməlidir. Eyni zamanda fərdi məlumataların qorunması haqqında qanunvericiliyimiz də son zamanlar qəbul edilən yeni Avropa standartlarına uyğunlaşdırılmalıdır. Fərdi məlumatları qoruya bilməyən dövlət və özəl sektora qarşı cəzalar sərtləşdirilməlidir".
Qeyd edək ki, İcbari Sığorta Bürosu haker hücumları barədə yayılan məlumata münasibət bildirib. Qeyd edilib ki, çıxan məlumatlarla əlaqədar araşdırmalar davam etdirilir.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1483 Tarix: 22 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ
23 oktyabrSabiq deputat Natiq Rəsulov ürək tutmasından vəfat etdi (FOTO)
Azərbaycanın sabiq millət vəkili vəfat edib. Qaynarinfo -a istinadən xəbər verir ki, Azərbaycanın keçmiş deputatı Natiq Rəsulov vəfat edib. O, qəfil ürək tutmasından dünyasını dəyişib. Allah rəhmət eləsin!. Qeyd edək ki, Natiq Rəsulov Milli Məclisin 1995-200-ci illər I çağırış deputatı olub
21 oktyabrAygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili
22 oktyabrSabah Bakıya və rayonlara yağış yağacaq
Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal
21 oktyabr8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır
Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə
22 oktyabrAzərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi
Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. -a istinadən xəbər verir ki, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin dekabrın 19-dək həbsdə saxlanılması barədə qərar qəbul edilib
23 oktyabrSağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI
İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl
23 oktyabrLeyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs
21 oktyabr