Rusiyalı ekspertlər və politoloqlar Şuşadakı Zəfər Qurultayını dəyərləndirib
Aprelin 22-23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirilib. Görüş Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi qələbədən sonra keçirilən ilk qurultay olub və dünyanın hər yerindən 450 azərbaycanlını bir platformada toplamışdı. İki gün ərzində nümayəndələr diaspor təşkilatlarının fəaliyyətinin aktual məsələlərini müzakirə ediblər. Rusiyalı ekspertlər və politoloqlar Dünya Azərbaycanlılarının V Qurultayı ilə bağlı fikirlərini "Report"un Rusiya bürosu ilə bölüşüblər.
Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsovanın sözlərinə görə, Şuşada olmaq bir çox azərbaycanlıların arzusudur: "Təbii ki, azərbaycanlıların qurultayının keçirilməsi üçün yer təsadüfi seçilməyib. Bu, Azərbaycanın qısa müddətdə geri qaytardığı ərazidir. Şuşa çox sayda azərbaycanlının qəlbindədir, ona görə də oranı ziyarət etmək çoxlarının arzusudur. Qarşıda çoxlu belə qurultaylar, konfranslar olacaq, dünyanın dörd bir yanından olan insanlar görəcəklər ki, Qarabağ nədir və Azərbaycan öz siyasətini necə düzgün və aydın formalaşdırır".
Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov da oxşar fikirlərlə çıxış edərək Şuşanın bir çox beynəlxalq tədbirlər üçün platforma olacağını qeyd edib: "Hazırda Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsindən böyük sevinc hissi keçiririk. Şuşa işğaldan azad edildikdən və regionun infrastrukturu qismən bərpa edildikdən sonra ilk olaraq rusiyalı deputatlar Şuşada beynəlxalq konfrans keçiriblər. Əminik ki, Prezident İlham Əliyevin proqramı tam şəkildə yerinə yetiriləcək və Şuşa turizm klasterinə və bir çox digər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevriləcək". Politoloq vurğulayıb ki, Rusiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməkdə davam edir.
Öz növbəsində, Rusiya XİN Diplomatiya Akademiyanın elmi işlər üzrə prorektoru Oleq Karpoviç qurultay iştirakçılarına və bütün azərbaycanlılara cansağlığı və firavanlıq arzulayıb: "Bütün azərbaycanlılara cansağlığı və firavanlıq arzulamaq istərdim - bu, dinc, sakit həyat qurmaq üçün kifayətdir, gələcək Azərbaycan vətəndaşları üçün yalnız müsbət şeylər gətirəcək".
Rusiya Dövlət Dumasının deputatı Oleq Şein də Azərbaycana səfərləri ilə bağlı təəssüratlarını bölüşüb. Onun sözlərinə görə, o, ailəsi ilə dəfələrlə Azərbaycanda olub, ölkənin müxtəlif bölgələrinə səfər edib: "Bu gün Azərbaycan gözəl turizm mərkəzidir. Şuşa həm rusları, həm fransızları, həm almanları, bir sözlə, dünyanın hər yerindən insanları gözləyir. Şuşa Azərbaycanın mədəniyyət incisidir. Bu, tarixən mənsub olduğu ölkənin daxilində yenidən doğulmalı olan bir şəhərdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR