"Bir daha belə hadisələr baş versə, Azərbaycan tərəfi yenə də adekvat cavab verəcək və düşmən daha ciddi, daha sərt cəzalandırılacaq!"

"Bir daha belə hadisələr baş versə, Azərbaycan tərəfi yenə də adekvat cavab verəcək və düşmən daha ciddi, daha sərt cəzalandırılacaq!""Ermənistanın təxribat diversiya qrupu Zəngilan rayonu istiqamətində Azərbaycan sərhədini pozub. Bu vəziyət bir çox suallar yaradıb. Yeri gəlmişkən, onu qeyd edim ki, Azərbaycan sərhədçiləri düşmənin bu diversiya təxribatının qarşısını layiqincə alıblar.
Ermənilər geri oturdulub!"

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

"Bir daha belə hadisələr baş versə, Azərbaycan tərəfi yenə də adekvat cavab verəcək və düşmən daha ciddi, daha sərt cəzalandırılacaq!"O, hadisənin məhz indi baş verməsinə diqqət çəkib:

"Məsələnin mahiyyəti ondan ibarətdir ki, niyə məhz indi? Niyə məhz Ermənistan tərəfi indi belə təxribatçı addıma imza atır?!

Prinsip etibarilə, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan tərəfinin hələ bu ilin mart ayının ortasında irəli sürdüyü 5 baza prinsipini qəbul edib. Ermənistanın Baş naziri bunu dəfələrlə bəyan edib.

Azərbaycan Prezidenti cənab İlham Əliyev həm Şuşada keçirilən diaspor qurultayında, həm də bundan öncə bir neçə dəfə bildirib ki, Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü şərtləri, prinsipləri qəbul edir. Eyni zamanda da razılaşma əldə edilib.

Brüssel sülh gündəliyi müəyyən edilib. Həmin sülh gündəliyinə görə, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya-demarkasiyası ilə bağlı birgə komissiyanın yaradılması haqqında razılaşma var.

Eyni zamanda, XİN-ə tapşırıq verilib ki, sülh müqaviləsi layihəsini hazırlamaq üçün işçi qrupu formalaşsın və bu gün bu proses sürətlə getməkdədir.

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı qeyd edib ki, biz vaxtı uzatmadan, ləngimədən bu prosesə getməliyik və çox surətlə də sülh müqaviləsini imzalamalıyıq.
Çünki burada uduzan tərəf yoxdur. Burada bütün tərəflər uduşlu vəziyyətdədir. Bəs o zaman nə baş verir?!

Fikrimcə, bu addım onu göstərir ki, Ermənistanda hazırda bu sülh müqaviləsinin çox ciddi əleyhdarları mövcuddur. Həmin şəxslər Ermənistanın silahlı qüvvələrində də yüksək postlar tuturlar.

Onlar çalışırlar ki, belə bir müqavilənin imzalanması baş tutmasın, Ermənistan-Azərbaycan sərhədlərinin müəyyən edilməsi reallaşmasın və mümkün qədər çalışırlar ki, bu gərginliyi qoruyub saxlasınlar.

İstisna deyil ki, məlum hərbi insidentin baş verməsində həm də xaricdən olan ermənipərəst siyasi dairələr də maraqlıdır.

Ermənipərəst qüvvələr də bu prosesə dəstək verirlər. Məqsəd odur ki, iki dövlət, iki xalq arasında etimad mühiti formalaşmasın.

Prinsip etibarilə, bunlar proqnozlaşdırılıb. Biz dəfələrlə görmüşük ki, bu, əvvəllər də belə olub.

Ermənistan və Azərbaycan arasında hər hansı bir ciddi razılaşmanın baş verməsi reallığa çevrilən zaman, onun qarşısının alınması üçün çox ciddi təxribatlara, diversiyalara, hərbi insidentlərə, avantyuralara əl atılıb.

Hesab edirəm ki, bu son hadisə də həmin qəbildəndir. Azərbaycanın Dövlət Sərhəd Xidməti bu məsələlərlə bağlı öz rusiyalı həmkarlarını məlumatlandırıb və bildirib ki, bir daha belə hadisələr baş versə, Azərbaycan tərəfi yenə də adekvat cavab verəcək və düşmən daha ciddi, daha sərt cəzalandırılacaq!"

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 5947   Tarix: 24 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək

Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı

12 iyun
.

Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilib. -a istinadən xəbə

30 iyun
.

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər

Azərbaycanla Avropa Şurası arasında əlaqələrin tarixinə nəzər salsaq görərik ki, Azərbaycan Respublikasının Parlamenti "xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün 1992-ci il yanvarın 24-də Avropa Şurasına müraciət edib. 1995-ci ilin fevral ayında AŞPA Bürosu üç Cənubi Qafqaz dövlətini

2 iyul
.

Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb

Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbayca

25 iyun
.

İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Dövlət bayramı - Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularım

3 iyul
.

"Təhsil proqramları hər bir dövlətin strateji inkişaf yolunda əsas alətlərdən biridir" - DEPUTAT

"Cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etmək üçün elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması olduqca vacibdir. Çünki dövlətin inkişafını şərtləndirən ən mühüm amillərdən biri də onun təhsil sektorunun inkişaf etdirilməsidir. Müstəqil Azərbaycan dövlətini bugünkü inkişa

18 iyun
.

İlham Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər

Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

"Bakının Türk dünyasının əsas siyasi və mədəni platformalarından birinə çevrilməsi təsadüfi deyil" - AÇIQLAMA

Birinci Türkoloji Qurultay Türk dünyasının taleyini müəyyənləşdirən addım olub. Bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dünyası bir ailə kimi: ortaq məqsədlər namin

29 iyun
.

"Bu tarix xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin canlı salnaməsidir" - DEPUTAT

"Müstəqil dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmin olunmasında Azərbaycan Ordusunun rolu əvəzsizdir. Bu gün xalqımız güclü və rəşadətli ordusu, qəhrəman əsgər və zabitləri ilə qürur duyur. 26 İyun - Silahlı Qüvvələr Günü hər il böyük sevinc, yüksək vətənpərvərlik ruhu və fərəh hissi il

25 iyun