Azərbaycan sahibkarları Prezidentə müraciət edib

Azərbaycan sahibkarları Prezidentə müraciət edibBu gün Bakıda keçirilən və "Sahibkarlar Günü"nə həsr olunmuş "İqtisadiyyatın inkişafında sahibkarlığın rolu" mövzusunda konfransın iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Sonxeber.az Report-a istinadən xəbər verir ki, müraciəti iş adamlarının adından "Azərbaycan Nar İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin sədri Fərhad Qaraşov oxuyub.

Müraciətdə deyilir:

Möhtərəm cənab Prezident!

Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu müasir Azərbaycanın hərtərəfli inkişaf strategiyası Zati-aliləriniz tərəfindən müdrikliklə və uzaqgörənliklə davam etdirilir. Məhz 20 il bundan əvvəl – 2002-ci ildə Ulu Öndərin 25 aprel-də yerli sahibkarlarla, 14 mayda isə xarici iş adamları ilə görüşlərindən sonra Azərbaycan iqtisadiyyatının, həmçinin sahibkarlığın inkişafında ciddi dönüş baş vermiş, mühüm qərarlar qəbul edilmişdir. İqtisadiyyatın davamlı və dayanıqlı inkişafını təmin edən islahatlar aparılmış, sağlam bazar münasibətləri, azad rəqabət mühiti və güclü özəl sektor formalaşmışdır.

Dövlətimizin genişmiqyaslı dəstək tədbirlərinin nəticəsidir ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti genişlənir, bütün regionları əhatə etməklə yeni istehsal və xidmət sahələri yaradılır, ixrac potensialı artır. Hazırda ümumdaxili məhsulun 83 faizdən çoxu özəl sektorun payına düşür.

Sahibkarlığın inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlər nəticəsində nüfuzlu beynəlxalq biznes hesabatlarında ölkəmizin reytinqi davamlı olaraq yaxşılaşır. Özəl sektorun inkişafına yüksək diqqət və qayğınızın daha bir əyani göstəricisi olaraq hər il 25 aprel tarixinin Azərbaycan Respublikasında "Sahibkarlar Günü" kimi qeyd edilməsi biz sahibkarları qürurlandırır, sahibkarların cəmiyyətdə nüfuzunu yüksəldir və yeni uğurlara ruhlandırır.

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

2020-ci ildə Sizin rəhbərliyinizlə rəşadətli Ordumuzun qazandığı böyük Zəfər nəinki milyonlarla azərbaycanlını, türk dünyasını, bütün azərbaycansevərləri qürurlandırır. Bu gün hər bir sahibkar anlayır ki, Azərbaycanın tərəqqisi və gələcək inkişafı üçün genişmiqyaslı tədbirlər davam etdirilməlidir.

44 günlük Vətən müharibəsi dövründə Sizin ətrafınızda sıx birləşərək "Dəmir yumruğ"un bir parçası olmağı bacarmış Azərbaycan sahibkarları Qarabağın yenidən firavanlığına qovuşması, işğaldan azad olunmuş torpaqlarımızın iqtisadi cəhətdən dirçəlməsi üçün səylərini daha da gücləndirirlər.

İnanırıq ki, rəhbərliyinizlə Qarabağın hər bir guşəsini birlikdə quracağıq, köçkünlərimizin doğma yurd-yuvalarına qayıdışı tezliklə təmin olunacaqdır.

Biz, Ulu Öndərin sahibkarlarla görüşünün 20 illiyinə həsr olunmuş Konfransın iştirakçıları ölkəmizdə yaradılan əlverişli işgüzar mühitdən yararlanmaqla yeni uğurlara nail olacağımıza inanır və Sizi əmin edirik ki, rəqabətədavamlı istehsalın genişləndirilməsi, dövlətimizin daha da qüdrətlənməsi və dünya miqyasında nüfuzunun daha da artması üçün bütün gücümüzü səfərbər edəcək, əhalinin rifah halının yüksəldilməsi yolunda var gücümüzlə çalışacağıq.

Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin daha da möhkəmlənməsi, xalqımızın əmin-amanlığı naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1188   Tarix: 25 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ

23 oktyabr
.

Sabiq deputat Natiq Rəsulov ürək tutmasından vəfat etdi (FOTO)

Azərbaycanın sabiq millət vəkili vəfat edib. Qaynarinfo -a istinadən xəbər verir ki, Azərbaycanın keçmiş deputatı Natiq Rəsulov vəfat edib. O, qəfil ürək tutmasından dünyasını dəyişib. Allah rəhmət eləsin!. Qeyd edək ki, Natiq Rəsulov Milli Məclisin 1995-200-ci illər I çağırış deputatı olub

21 oktyabr
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr
.

Sabah Bakıya və rayonlara yağış yağacaq

Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

21 oktyabr
.

Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları

Bakıda yerləşən gözəllik salonundan müxtəlif kosmetik və saç baxımı avadanlıqları, eləcə də idman ayaqqabısı oğurlayan şəxs məhkəmə qarşısına çıxarılıb. Qaynarinfo xəbər verir ki, iş materiallarına görə, hadisə 2026-cı ildə, gecə saat 02:00 radələrində Bakı şəhərinin Nizami rayonunda, Tofiq Abbasov küçəsind

22 oktyabr
.

8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır

Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə

22 oktyabr
.

Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi

Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. -a istinadən xəbər verir ki, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin dekabrın 19-dək həbsdə saxlanılması barədə qərar qəbul edilib

23 oktyabr
.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr
.

Leyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs

21 oktyabr