Xalq artistindən ETİRAZ: "Bu şair, yazıçı, bəstəkar nə etsin?" - VİDEO
Xalq artisti Siyavuş Kərimi, "Mtv Azərbaycan" kanalında yayımlanan "Üzə-düz" proqramının qonağı olub.
Sonxeber.az-ın məlumatına görə, xalq artisti bəstəkarlara, şairlərə, yazıçılara haqsızlıq edildiyini düşünür.
O bildirir ki, toydan, konsertdən, hətta disk satışından belə yaradıcı insanların qonorarı çatmalıdır:
"Yaradıcı insan öz əsərinin bəhrəsini görməlidir. Musiqiçilər gedib toydan qazanırlar, Allah bərəkət versin. Yaxşı, bəs bu şair, yazıçı, bəstəkar nə etsin? Onun əsəri hardasa istifadə olunursa, o bunun qonorarını almalıdır. Toydan, konsertdən, hətta disk satışından belə yaradıcı insanların qonorarı çatmalıdır. Müğənni mahnı üçün bəstəkar, şairə niyə pul ödəməlidir ki, başa düşmürəm?! Məsələn, bəstəkar mahnı üçün Mübariz Tağıyevi dəvət edir ki, ifa etsin, o bunun üçün niyə pul ödəməlidir? Mahnı dövlətə satılmalıdır. Dövlətin də alıcı təşkilatı olmalıdır. Bəstə hər dəfə radio, TV də satılanda o pul qəpik- qəpik yığılmalı və yaradıcı heyətin payına çatmalıdır. Mən 30 il olar ki, Avropada verilişlərdən qonorar alıram. Sonuncu dəfə 700 dollar gəldi..."
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arif Babayev Türkiyəyə aparılır? - Tələbəsi danışdı
Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var. xəbər verir ki, bu barədə -a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib. Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq:
21 iyun 2021Məşhur aktrisa vəfat etdi - FOTO
Məşhur türkiyəli aktrisa Nedret Güvenç dünyasını dəyişib. Türkiyə mətbuatlna istinadən xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. 90 yaşlı aktrisanın səhər saatlarında yuxuda ikən vəfat etdiyi bildirilir. Güvençin ölümündən kədərlənən bir çox sənətçi onun haqqında paylaşımlar edib. Qey
31 iyul 2021Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı
Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb. Bu barədə -a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib. O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyət
7 iyul 2021Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov
Bu gün mərhum aktyorumuz, əməkdar artist Elçin Həmidovun doğum gündür. xəbər verir ki, bu münasibətlə onun haqqında 10 qeyri-adi faktı təqdim edir. 1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş
29 iyun 2021Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO
Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr
12 sentyabr 2021Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI
Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç
15 sentyabr 2021