Ramazan bayramında kimlər fitrə zəkatı verməyə bilər? - AÇIQLAMA

Ramazan bayramında kimlər fitrə zəkatı verməyə bilər? - AÇIQLAMAArtıq mübarək Ramazan ayının son günlərini yaşayırıq. Bildiyimiz kimi, Ramazan ayının sonunda qeyd olunan bayram ərəfəsində imkanı olan şəxslər fitrə zəkatı çıxardırlar. Bəs fitrə zəkatı nə qədər olmalıdır, nə vaxta qədər çıxardılmalıdır və kimlər fitrə verməyə bilər?

Məsələ ilə bağlı Sonxeber.az-a Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev açıqlama verib.

O bildirib ki, ehtiyacları çox olan, kasıb insanlar fitrə zəkatı verməyə bilərlər:

"Ramazan ayının orucunu tutan, riayət edən, eləcə də üzrlü səbəblərdən tuta bilməyən insanların hər biri bilməlidir ki, boynunda bir haqq var və fitrə zəkatı çıxartmalıdır.

Fitrə zəkatı verən adamın maddi imkanı orta və yüksək səviyyədə olmalıdır. Ailəsini güclə dolandıran, borc-xərci çox olan, hətta 5 manata ehtiyacı olan insanlar fitrə zəkatı çıxartmırlar.

Şəriət baxımından, fitrə zəkatı ən çox yeyilən ərzaqdan (buğda, düyü, un, xurma və s.) 3 kiloqram miqdarında hesablanır. İmkanı daha çox olanlar daha yüksək məbləğdən hesablasınlar.

Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının verdiyi fətvaya əsasən tövsiyə olunur ki, hər bir iilə başcısı ailəsi üçün 10-15 manat fitrə zəkatı çıxartsın. İmkanı daha artığına çatırsa, daha çox olsun.

Fitrə zəkatı bayram axşamı çıxardılır. Məsələn, sabah bayram olacaqsa, artıq bu gün axşam, şam namazı ərəfəsində və ya namazdan sonra zəkat çıxardılmalıdır. Lakin ailə üzvləri şam namazı ərəfəsində hesablanır. Əgər şam namazından əvvəl körpə dünyaya gələrsə, hətta onun üçün də fitrə çıxartmaq vacib olur.

Əgər bayram axşamı ailə üzvlərindən bir neçəsi uzaqdadırsa, evdə yoxdursa, onların adına fitrə zəkatı çıxartmaq vacib olmur. Lakin bir ailə başcısı əsgər olan övladı üçün və ya digər ailə üzvlərinin adından fitrə çıxarmaq istəsə, o zaman onlara bildirməlidir ki, 2-ci dəfə fitrə zəkatı çıxartmasınlar.

Burada həddi buluğ məsələsi, yaş həddi, kişi-qadın məsələsinin fərqi yoxdur. Hətta şam namazına qədər evdə qonaqlar olsa və namaza qədər evi tərk eləməsələr, o qonağın da fitrə zəkatını ev sahibi mütləq çıxartmalıdır.

Məsləhət görülür ki, ərzaq alıb aparmaq əvəzinə, onun qiymətini hesablayıb, həmin məbləğdə pul verilsin. O zaman zəkatı alan kasıb şəxs bu pulu, xəstəsi varsa, dərmanına, körpəsi varsa, paltarına, dərsə gedən uşağı varsa, dərs ləvazimatına xərcləyə və bir sözlə, öz ehtiyaclarına sərf edə bilər.

Fitrə zəkatı yaxın qonşu, qohumlarından olan, tanıdığı kasıb şəxslərə verməlidir. Bayram günü müxtəlif "peşəkar" dilənçilər qapıya gələ bilər, onlara hamılıqla fitrə zəkatı vermək düzgün deyil. Boş qaytarmaq istəməsələr, cüzi bir məbləğ vermək olar. Amma ailə fitrə zəkatını tanıdığı insana, ehtiyacı olan şəxsi dəqiqləşdirib, sonra verməlidir.

Ata, ana, bacı, qardaş, əmi,dayı, xala, bibiyə fitrə zəkatı verməzlər. Onlara yardım etməlidirlər. Fitrə zəkatı verməməlidirlər. Çünki onlar birinci dərəcəli qohumlar, ən yaxın insanlardır və qohumluq əlaqəsinə görə mümkün qədər onlara əl tutulmalıdır.

Çıxarılan fitrə zəkatı bayram namazına qədər çatdırılsa, daha gözəldir. Bayram namazına qədər çatdırılmasa, zöhr namazına qədər çatdırılsın. Gec olsa belə, fitrə düşən şəxsi axtarıb, tapıb o məbləğ mütləq verilməlidir.

Ramazan bayramınız mübarək olsun!"

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2563   Tarix: 30 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü

Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira

21 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək

Vətəndaşlara ödənişsiz torpaq sahələrinin ayrılması məsələsi mülkiyyət hüququ, sosial təminat və torpaq ehtiyatlarından istifadə baxımından maraq doğurur. Belə imkanlardan yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər nəzərə alınmalıdır. Torpaq sahələrinin ayrılması prosesind

21 oktyabr
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr
.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

2 yaşlı uşaq su kanalında boğuldu

Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır

22 oktyabr
.

Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI

Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec

22 oktyabr
.

"WhatsApp"a iki yeni funksiya gəlir

Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda

22 oktyabr