"Vərdiş" Narkotikə YOX de! adlı filmin təqdimatı keçirilib - FOTO
Aprelin 28-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin akt zalında 130 nəfərin iştirakı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Narkotizmlə Mübarizə" İctimai Birliyinin həyata keçirdiyi "Narkomaniya bəlası ilə mübarizədə "VƏRDİŞ" qısametrajlı filmin çəkilişi və geniş ictimaiyyət arasında təbliği" layihəsi çərçivəsində "Vərdiş" Narkotikə YOX de! adlı qısametrajlı filmin təqdimatı keçirilib.
Modern.az xəbər verir ki, tədbiri Layihənin kordinatoru Kənan Qubadzadə açaraq bildirdi ki, "Layihənin müddəti 3 aydır və əsas məqsədi qısametrajlı film vasitəsi ilə cəmiyyəti narkomaniya bəlasından qorunması yönündə maarifləndirməkdir. Film 7 dəqiqə ərzində həm səsli həmdə ssenari əsasında teatral hərəkətlərlə gəncləri, valideyinləri məsuliyyətli, narkotikdən və digər pis vərdişlərdən uzaq olmağa çağırır. Film mətbuat, televiziyalarda yayımlanacq, youtube-də və digər sosial şəbəkələrdə paylaşılacaqdır."
Tədbirdə iştirak edən Milli Məclisin deputatları Vüqar İskəndərov, Jalə Əhmədova, Müşfiq Cəfərov və ekspertlər Bayram Aslanov, Ruhi Əliyeva, Anar Sarıyev çıxışlarında bildirdilər ki, narkomaniya ümumbəşəri bir problem olaraq günümüzə qədər gəlib çıxan ən böyük problemlərdən biridir. Bu mübarizə dövlət qurumları, hüquq mühafizə orqanları, o cümlədən vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilir. Narkomaniyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərini daha səmərəli qurmaq üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən müvafiq qrant layihələri təqdim olunur. Bu baxımdan, deyə bilərik ki, narkomaniya ilə mübarizə dövlətin prioritet məsələsidir. Aparılan araşdırmalar isə onu deməyə əsas verir ki, atılan addımlara baxmayaraq bu gün problemdən əziyyət çəkənlərin sayı durmadan artır. Əsasən gənc nəsil arasında yayına narkomaniya onların həyat və fəaliyyətinə ciddi təsir göstərir.
Eyni zamanda sağlamlıqlarında ciddi problem yaradır ki, bu da normal ailə modelinin inkişafına, sağlam gələcək nəsil yetişməsinə ciddi əngəllər törədir. Bu baxımdan Narkotizmlə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Bütün bu kimi halların qarşısını almaq üçün narkomaniyaya qarşı ümbarizə sahəsində davamlı addımların atılması zərurətə çevrilib. Bu baxımdan, düşünürk ki, narkomaniyaya qarşı mübarizə qısametrajlı filmlər vasitəsilə gənclər arasında yayılsa daha effektli ola bilər".
















Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 878 Tarix: 30 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü
Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira
21 oktyabrMetropoliten rəisinə yeni müavin təyin olundu
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
22 oktyabrTorpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Vətəndaşlara ödənişsiz torpaq sahələrinin ayrılması məsələsi mülkiyyət hüququ, sosial təminat və torpaq ehtiyatlarından istifadə baxımından maraq doğurur. Belə imkanlardan yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər nəzərə alınmalıdır. Torpaq sahələrinin ayrılması prosesind
21 oktyabrAzərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı
Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista
22 oktyabr"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə
21 oktyabrFuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk
22 oktyabr2 yaşlı uşaq su kanalında boğuldu
Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır
22 oktyabrPensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec
22 oktyabr"WhatsApp"a iki yeni funksiya gəlir
Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda
22 oktyabr