XİN məlumat yaydı
30 aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş katibi Zurab Pololikaşvili ilə görüşüb.
Nazir Ceyhun Bayramov, Zurab Pololikaşvilini növbəti dəfə ÜTT Baş katibi seçilməsi münasibətilə təbrik edib. Baş katibin rəhbərliyi altında təşkilatın fəaliyyəti, xüsusilə də əməkdaşlıq məsələlərində yeni, innovativ yanaşmaların artdığı təqdir edilib.
Azərbaycanın turizm sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd edən nazir Ceyhun Bayramov, son illər ərzində ölkəmizdə bu sahə üzrə infrastrukturun inkişafı istiqamətində genişmiqyaslı işlərin görüldüyünü qeyd edib. Azərbaycanın ölkə səviyyəsi ilə yanaşı, həm də regional səviyyədə turizm imkanlarının artırılmasında maraqlı olduğu Baş katibin diqqətinə çatdırılıb. Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfə ölkəmizin işğaldan azad olunmuş ərazilərdə turizm sahəsində imkanlar barədə məlumat verib.
ÜTT Baş katibi Zurab Pololikaşvili namizədliyinə verilən dəstəyə görə Azərbaycana minnətdarlığını ifadə edib. O, Azərbaycanda, habelə regionda turizmin inkişafı potensialının yüksək olduğunu və ölkəmizlə birgə layihələrin həyata keçirilməsinə hazır olduqlarını bildirib. Bu xüsusda, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və aidiyyəti qurumlarla birlikdə təhsil və innovasiya sahələrində proqramların həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR