Cənubi Qafqazda böyük müsbət dəyişikliklər gözlənilir

Cənubi Qafqazda böyük müsbət dəyişikliklər gözlənilirAprelin 29-da Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda verdiyi bəyanatlar və irəli sürdüyü tezislər regionun gələcəyi ilə bağlı inkişaf konturlarını müəyyən edən siyasi hadisədir. Ölkəmizin başçısı tədbirdə Cənubi Qafqazın bütövlükdə sülh və əməkdaşlıq məkanına çevrilməsi istiqamətində fəaliyyət planı və yol xəritəsi ortaya qoydu. Bu fəaliyyət planının ən vacib tərkib hissəsi kimi Azərbaycan sülh prosesinə sadiqliyi, o cümlədən beynəlxalq hüququn prinsiplərinə əməl olunması mövqeyini yenidən bəyan etdi. Qeyd edildi ki, regionda vahid əməkdaşlıq mühiti üçün yeganə əngəl Ermənistandır.
Prezident İlham Əliyev konfransdakı çıxışında həm də dünyanın beyin mərkəzlərinin nümayəndələrinin şahidliyində erməni cəmiyyətinə reallığı çox sadə formada başa saldı. Ölkə başçısı bildirdi ki, Ermənistan hökuməti və ölkənin siyasi dairələrinin sülhün zərurətini tam olaraq dərk etməsi və revanşist cəhdlərindən birdəfəlik əl çəkməsi iki səbəbdən vacibdir. Birincisi, bunun baş verməsi Ermənistan üçün əvvəlkindən daha ağrılı olacaq və Ermənistanın dövlətçiliyinin rəsmən süqutuna gətirib çıxaracaq. İkincisi isə bu, regionun və beynəlxalq ictimaiyyətin davamlı sülhə nail olunması tələblərinə ziddir. Bu mənada dövlətimizin başçısı qalib tərəf kimi Ermənistanı reallığı dərk etməyə, özündə sülh, əməkdaşlıq və qonşuları Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyi ehtiva edən yeni müsbət hədəflər müəyyənləşdirməyə çağırdı.
ADA Universitetində keçirilən beynəlxalq konfransda əsas məqamlardan biri də beyin mərkəzlərinin Azərbaycanın yaratdığı yeni reallığa daha inamlı yanaşması ilə bağlıdır. Son bir il ərzində azad edilmiş ərazilərdə görülən quruculuq-bərpa işləri, o cümlədən Prezident İlham Əliyevin qətiyyətli siyasi mövqeyinin nəticəsi olaraq bu dəfə görüş iştirakçıları bölgədə yeni bir dövrün başlandığını açıq şəkildə bəyan etdilər. Bu isə öz növbəsində artıq beynəlxalq səviyyədə reallığın tam şəkildə qəbul olunduğu bir daha təsdiq edir.
Ölkə başçısı qeyd etdi ki, ötənilki müzakirələr zamanı qarşımızda olan mühüm vəzifələr yeni reallıqları möhkəmləndirmək və regionda öz işimizi, baxışlarımızı təqdim etmək üçün aparıcı beynəlxalq təşkilatlarla işləməkdən, beynəlxalq ictimaiyyət və aparıcı beynəlxalq təşkilatların formalaşmış yeni reallıqları qəbul etməsi idi ki, artıq Azərbaycan bu hədəfə nail oldu.
Prezident İlham Əliyev vurğulayıb ki, Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq məkanı olmalıdır. Bu gün Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq əlaqələri vardır. Lakin, Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz. Hazırda Qarabağda yaşayan ermənilər vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Bunun üçün ermənilər, ilk növbədə, separatizm meyillərinə son qoymalı, reallıqları anlamalıdırlar. Xəritəyə, coğrafiyaya nəzər yetirməli və anlamadırlar ki, yüz minlərlə azərbaycanlı ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar.

Həcər Verdiyeva
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun
baş elmi işçisi, Tarix elmləri doktoru, professor


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 850   Tarix: 01 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr