İlham Əliyev sülh sazişinin imzalanmasının məqsədini tam aydın şəkildə müəyyənləşdirdi - Korotçenko

İlham Əliyev sülh sazişinin imzalanmasının məqsədini tam aydın şəkildə müəyyənləşdirdi - KorotçenkoAzərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda keçirilmiş beynəlxalq konfransda Ermənistanla sülh sazişinin imzalanmasının məqsədini tam aydın şəkildə müəyyənləşdirdi, bu bütün regiona sabitlik və çoxdan gözlənilən sülh gətirəcək.

Sonxeber.az bildirir ki, bunu Trend-ə Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, məşhur hərbi ekspert İqor Korotçenko deyib.

"Burada əsas məsələ Ermənistanın, rəsmi Yerevanın tutmalı olduğu mövqedir. Bu gün Ermənistan rəhbərliyindən, Nikol Paşinyanın yaxın çevrəsindən gələn kifayət qədər ziddiyyətli siqnalları görürük. Bir tərəfdən sülh sazişi imzalamaq öhdəliyi və hazırlığı bəyan edilir, digər tərəfdən isə Yerevanın Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımaq istəməməsi kimi şərh oluna biləcək bəyanatlar da var. Yəni ermənilərin təhlükəsizliyi ilə bağlı tezis yenidən önə sürülür, yenə deyirlər ki, Azərbaycan hansısa izahat verməlidir. Paşinyanın imzası üçtərəfli bəyanatda, sonrakı Moskva və Soçi razılaşmalarında, Brüssel razılaşmalarında olduğu halda, burada hansı izahatlar verilə bilər?", - deyə İ.Korotçenko bildirib.

Onun sözlərinə görə, ya Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyır və ərazi iddialarından əbədi olaraq imtina edir, bunu doktrinal olaraq, o cümlədən Ermənistan konstitusiyasında və sülh sazişində təsdiq edir, ya da yenə də bu ləngimələr, vəziyyətin normallaşması məsələsi qeyri-müəyyən müddətə təxirə salınır.

"Bununla belə, ümid etmək istərdim ki, ən azı bu gün İrəvandan eşitdiyimiz hər şey sırf daxili siyasi mübarizənin əks-sədasıdır, burada müxalifət Paşinyana hücum etməyə çalışır və o, buna qarşı mübarizə aparır. Buna baxmayaraq, sülh sazişi Azərbaycanın daha əvvəl irəli sürdüyü bütün maddələr, o cümlədən ərazi bütövlüyünün tam şəkildə tanınması əsasında imzalanacaq", - deyə hərbi ekspert bildirib.

Azərbaycan və Ermənistan nümayəndələri arasında Brüsseldə keçiriləcək görüşdən danışan İ.Korotçenko Bakı və Yerevanın sülh sazişi üzrə yekun konsensusa gələ biləcəklərinə ümid etdiyini bildirib.

"Biz bu görüşdən çox şey gözləyirik, bu, çox vacib görüşdür. Rusiya Ermənistan-Azərbaycan sülh nizamlanması prosesini alqışlayır. Rusiya Prezidenti və Rusiya Xarici İşlər Nazirliyi həmişə bildiriblər ki, Rusiya tərəfi belə təmasları, razılaşmaları alqışlayır", - deyə hərbi ekspert əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1240   Tarix: 01 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr