Xankəndində SENSASİON QALMAQAL: "Nazir" Qarabağdan qaçdı
Xankəndidəki separatçıların "ərazi idarəetmə naziri" Hayk Xanumyan Fransaya qaçıb.
Bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə Araik Aruthunyanın ən yaxın adamı hesab edilən Xanumyan dələduzluq edərək külli miqdarda pul götürərək Fransaya qaçıb.
Hayk Xanumyanın bir neçə nəfərə toplam 10 milyon dollara yaxın pul "atdığı" üzə çıxıb.
Belə ki, müharibədən sonra Qarabağda bir sıra əkin sahələrinə sahiblənmə, habelə tikilən yeni evlərdən mənzillə təmin olunması, eyni zamanda, işə düzəltmə adı altında Xanumyan bir çoxlarına vəd verib və pul alıb.Xanumyanın aprelin 23-dən Ermənistana getdiyi və buradan Parisə uçduğu bildirilir. Erməni mediası iddia edir ki, Xanumyan "Ameribank"da 2020-ci ildə 640 min dollar kredit götürüb və bu vəsaiti də bu günə qədər ödəməyib.
Qeyd edək ki, erməni mediasının məlumatına görə Hayk Xanumyan hətta Araik Aruthunyana məxsus olan böyük meyvə bağlarını girov qoyaraq külli miqdarda pul krediti götürməsi də məlum olub./Redaktor
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR