Cənubi Qafqaz "iqtisadi müharibə" meydanına çevrilir: Çinin planları – TƏHLİL

Cənubi Qafqaz "iqtisadi müharibə" meydanına çevrilir: Çinin planları – TƏHLİLQlobal güclərin üç tərəfinin – Qərb, Rusiya və Çin – hərəsinin dünya nizamında ekspansiyası fərqli metodlara əsaslanır.

Qərbin genişlənmə siyasəti: demokratiya və insan haqları bu iki nəhəngin qlobal ekspnasiyasının əsas elementinə çevrilib.

Rusiyanın genişlənməsi: Moskva hərbi işğalla bu xətti yürüdür.

Çinə gəlincə: ABŞ və Rusiya çoxqütblü dünyanın çağırışlarına və qlobal geosiyasi istiqamətlərə uyğunlaşmağı hədəfləsə də, Pekin boşluqları müəyyən edir və burada geoiqtisadi alətlər yaradır.

İndi Çin Cənubi Qafqazda da yeni iqtisadi mexanizmlərini yerləşdirmək üçün boşluqlar axtarır və bu, Qərblə Rusiya arasında region uğrunda aparılan rəqabət fonunda səssiz hal alır.

Amma bunun səsi sonralar çıxacaq, Qərblə Rusiya bir də onda "ayılacaqlar ki," artıq Çin Cənubi Qafqazda da qlobal iqtisadi nəhəngə çevrilib və iqtisadiyyatını şaxələndirir.

ABŞ və Rusiya regionda Çinin sistematik çağırışlarına adekvat davrana biləcəkmi? Bu sual ən azından yaxın 10 ildə öz cavabını aydın şəkildə tapacaq.

Çinin strateji əhəmiyyətli layihələrə invesitisiya yatırmaq imkanları Pekinin Cənubi Qafqaz üçün birbaşa hərbi təhlükə yaratması ehtimallarını arxa plana atır. Lakin Çinin iqtisadi formatda iştirakı Qərbin iqtisadi, texnoloji və siyasi maraqlarına meydan oxuyacaq, Rusiyaya isə müəyyən əngəllər yaradacaq.

Hərçənd ki, Çinin Rusiya ilə əlaqələri ona strateji təsir rıçaqları da verəcək və Moskva-Pekin maraqları Qərb maraqlarının sıxışdırılması səyləri ilə birləşdiriləcək.

Ssenarilərin hərbi teatr səhnəsindən çıxaraq iqtisadi platformalara köçürülməsi özlüyündə Azərbaycan və region üçün faydalıdır, çünki bu cür rəqabət regionun çiçəklənməsini təşviq edir.

Pekin Azərbaycan iqtisadiyyatına əhəmiyyətli dərəcədə invesitisiyalar yatırıb və bunun həcmini genişlətmək üçün orta dəhliz kimi Zəngəzur dəhlizindən yararlanmaq niyyətindədir.

Bunu xatırlatmaq yerinə düşər ki, Çin hakimiyyəti Sian şəhərindən Almaniyanın Manhaym şəhərinə yük qatarları üçün yeni marşrutu Qazaxıstan, Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiya ərazilərindən salır.

Bu, həm Çin, həm də beynəlxalq şirkətlər üçün yeni bazarlar açacaq və Bakı da bundan öz nəsibini götürəcək.

Perspektivin təsvirləri 2019-cu ilin aprelində Azərbaycanla Çin arasında 821 milyon dollarlıq həcmi əhatə edən sənədlər kontekstində də aktuallıq qazanır.

Gələcəkdə Çinin Azərbaycanın Rəqəmsal Ticarət Qovşağından Rəqəmsal İpək Yolunu tamamlamaq üçün yararlanacağını, bunun üçün Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılmasını düşünmək olar.

Azərbaycanın Cənubi Qafqaz regionunda Çinin ən böyük ticarət tərəfdaşı olması da, bu işin sürətlənməsini şərtləndirir. Bu isə Azərbaycanla Çin arasında dərin hərbi-texniki əməkdaşlıq üçün zəmin yaradacaq.

Rusiya ən müasir texnoloji yeniliklərdə alternativ təqdim edə bilmədiyindən, Çinin rəqəmsal infrastrukturunu Cənubi Qafqaz regionuna köçürməsi regionda Pekinlə Qərb arasında bu sahədəki rəqabəti artıracaq./oxu.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1819   Tarix: 02 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr