Yüksəklik də maneə deyil: Qazan xanın köşkünü kim yağmalayıb? - VİDEO
Bir hektardan artıq ərazini tutan və 14-cü əsrə aid edilən Qazan xanın köşkü Cəlilabad şəhərindən 25 km aralıda, Burovar silsiləsinin ən ucqar nöqtələrindən birində, dəniz səviyyəsindən 1500 m yüksəklikdə yerləşir.
Bura tarixi abidə olmaqla yanaşı, rayonun ən hündür ərazisi hesab olunur. Bəzi mənbələrdə isə köşkün tarixinin daha qədim olduğu deyilir. Bəlkə də məhz buna görə qapalı olan köşkə dəfələrlə qanunsuz daxil olmaq cəhdləri edilib.
Abidə sovet hakimiyyəti illərində tam tədqiq olunmasa da, ciddi nəzarət altında saxlanılıb. Hazırda onun qorunmasını həyata keçirən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan regional idarəsinin Cəlilabad rayonu üzrə məsul nümayəndəsi Tərlan Əmənov köşkdə bir neçə dəfə qazıntı işləri aparmağa cəhd edən qrupun müəyyən edildiyini deyir.
Qazan xanın köşkü ellips formasındadır. Tarixi mənbələrdən məlumdur ki, Qazan xanın Muğanda qış və yay iqamətgahları olub. Qalanın üst tərəfi isə kirəcdən istifadə olunmaqla, qırmızı kərpicdən tikilib. Köşkün ərazisində gildən hazırlanmış məişət qabları, dörd ədəd gildən hazırlanmış qoç fiqurları, üzərində quş rəsmləri olan saxsı cam və bəzək əşyaları tapılıb.
Tarixçi Elşad Səfərəli məhz bu tapıntılara əsasən köşkün daha qədim tarixə malik olduğunu bildirir.
Qeyd edək ki, Qazan xanın köşkü hazırda rayonda inventarlaşmış 46 abidədən biridir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arif Babayev Türkiyəyə aparılır? - Tələbəsi danışdı
Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var. xəbər verir ki, bu barədə -a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib. Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq:
21 iyun 2021Məşhur aktrisa vəfat etdi - FOTO
Məşhur türkiyəli aktrisa Nedret Güvenç dünyasını dəyişib. Türkiyə mətbuatlna istinadən xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. 90 yaşlı aktrisanın səhər saatlarında yuxuda ikən vəfat etdiyi bildirilir. Güvençin ölümündən kədərlənən bir çox sənətçi onun haqqında paylaşımlar edib. Qey
31 iyul 2021Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı
Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb. Bu barədə -a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib. O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyət
7 iyul 2021Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov
Bu gün mərhum aktyorumuz, əməkdar artist Elçin Həmidovun doğum gündür. xəbər verir ki, bu münasibətlə onun haqqında 10 qeyri-adi faktı təqdim edir. 1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş
29 iyun 2021Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO
Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr
12 sentyabr 2021Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI
Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç
15 sentyabr 2021