Prezident İlham Əliyev İsrail dövlət başçısını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa təbrik məktubu ünvanlayıb.
Sonxeber.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
İsrail Dövlətinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında uğurla inkişaf edən dövlətlərarası münasibətlərin təməlində tarixən dostluq, qarşılıqlı anlaşma və hörmət şəraitində yaşayan xalqlarımızın iradəsi dayanır.
Bu gün Azərbaycan-İsrail əlaqələrinin əhatə dairəsinin genişlənməsi, bir sıra mühüm sahələrdə ölkələrimizin fəal əməkdaşlığı məmnunluq doğurur. Şübhəsiz, Təl-Əvivdə ölkəmizin Ticarət və Turizm nümayəndəliklərinin açılması əməkdaşlığımızın inkişafına, insanlararası təmasların artmasına töhfə verəcəkdir.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərində İsrail şirkətlərinin iştirakını xüsusi qeyd etmək istəyirəm.
Hesab edirəm ki, energetika, yüksək texnologiyalar, təhsil, hərbi-texniki və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar mövcuddur. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini genişləndirmək, əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İsrail xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR