Dərini parlaqlaşdıran və gözəlləşdirən SADƏ RESEPT
Fitoksmetologiyada xüsusilə xanımlar üçün ağ gil müalicə üsulu önəmlidir. Amma ağ gili təbii formada təbiətdən tapmaq daha yaxşıdır, çünki satışda olanların çoxu qatqılıdır. Xüsusiyyətlərinin zənginliyinin qorunması üçün ağ gil qurudulmadan və xırdalanmadan əvvəl daş ocaqlarından çıxarılır. Bir az boz rəngə çevrilə bilən və mineral tərkibinə görə ağ rəngi ilə tanınan bu toz yumşaqlığı və saflığı ilə seçilir. Xüsusilə silikat və mineral duzlar (dəmir, sink, kalium, maqnezium, kalsium və s.) ilə zəngin olan ağ gil super versiyasında kosmetik istifadə üçün çox məşhurdur.
Sonxeber.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün "İnstagram" səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, ağ gil həm qoltuqaltı kimi bölgələrdə tərləmə xüsusiyyətlərinə görə istifadə edilə bilər, həm də diş fırçalamaq üçün diş pastasına optimal bir əlavədir.
Həkim dəri qırışlarını azaldan və üzü gözəlləşdirən resepti də təqdim edib:
Gül suyu - 300 ml,
Ağ gil tozu - 30 q,
Kefir - 1 xörək qaşığı
Qarışdırın, üzü təmiz suyla yuyub qurudun və üzərinə bu məlhəmi çəkin. 20 dəqiqə saxlayın. Hər ay bir həftə gündə bir dəfə tətbiq edə bilərsiniz.
Natəvan Baxşiyeva
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı
Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir
13 oktyabrQrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı
Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb
14 oktyabrOftalmoloq: Bu qidalar göz sağlamlığını qorumağa kömək edir
"Qidalanma göz sağlamlığına təsir göstərir. Yaşıl və sarı rəngli tərəvəz və meyvələr, balıq və qoz-fındıq gözlərin sağlamlığı üçün faydalı qidalar sırasındadır". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbaycan Sənaye Sığortanın "Ümumdünya Görmə günü"
9 oktyabrÜrək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?
Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil
9 oktyabrXərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun
Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütün xərçəng xəstəliklərinin 12 faizi infeksiyalarla əlaqəli olub. Bu, təxminən 2,
4 oktyabrTəbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. Qaynarinfo xəbər veri
7 oktyabrDərman alarkən bu səhvlərə yol verməyin! - VACİB XƏBƏRDARLIQ
Dərman preparatlarının istifadəsi, satışı və saxlanması ilə bağlı qaydaların pozulmasına görə cərimələrin tətbiqi əhalinin sağlamlığının qorunması və dərman bazarında təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, mənşəyi məlum olmayan, saxta və ya düzgün saxlanılmadığ
23 oktyabrSağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video
"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl
17 oktyabr3 kiçik vərdiş ömrü 9 il uzada bilər
Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin
14 oktyabr