"Putinin "qələbəsi" dünyanın məhvi və məğlubiyyətidir"
Rusiya prezidenti Vladimir Putin mayın 9-da keçiriləcək paradda Ukraynaya qarşı ümummilli səfərbərlik və müharibə elan edə bilər. SİA bu barədə rus saytlarına istinad edir.
Böyük itkilərə və bütün ilkin planların iflasa uğramasına baxmayaraq, Rusiya işğalçılarının Ukrayna ilə bağlı ambisiyaları dəyişmir. Ukrayna prezidenti Vladimir Zelenski "Fox News" telekanalına müsahibəsində bildirib ki, düşmən dövlətimizi və xalqımızı məhv etmək istəyir, bunu bütün dünyaya açıq şəkildə bəyan edir.
"Bu, bizim üçün heç nəyi dəyişmir. Bizim üçün artıq səkkiz ildir ki, müharibə gedir, 70 gündən çoxdur ki, irimiqyaslı müharibə gedir. Ruslar Ukrayna şəhərlərini viran qoyur, onları Hollivudun qorxu filmlərində də göstərmək olar", - deyə dövlət başçısı bildirib.
O əlavə edib ki, rusların "qələbəsi" bütün sivil dünyanın məhvi və məğlubiyyətidir.
Qeyd edək ki, bir müddət bundan əvvəl prezident aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç rus işğalçıları Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə daxil olmaq üçün onların rəhbərliyindən dəqiq göstəriş aldıqlarını bildirib. İşğalçılar bu tapşırığı mayın 9-na kimi başa çatdırmalıdırlar. Lakin o, rusların bunu bacaracağına şübhə edir. Arestoviç deyib ki, Luqansk vilayətində Popasnaya uğrunda döyüşlər davam edir.
Rusiyalı təbliğatçıların şəhərin işğalçıların nəzarətinə keçməsi ilə bağlı yaydıqları xəbər reallığa uyğun deyil.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1263 Tarix: 08 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə mədəndə partlayış - ölən və yaralılar var
Türkiyənin Zonquldağ vilayətində yerləşən mədənlərin birində partlayış başç verib. Bu barədə "Haber 7" məlumat yayıb. Məlumata görə, bədbəxt hadisə Zonquldaq vilayətinin Kilimli rayonuna bağlı Gelik qəsəbəsində yerləşən özəl mədən ocağında metan qazının sızması nəticəsində baş verib. Hadis
23 oktyabrBBC: "Qərb diplomatları Rusiyada daimi nəzarət və qorxu şəraitindən danışır"
Qərb diplomatları Rusiyada işləməyin getdikcə çətinləşdiyini, təhlükəsizlik tədbirlərinin və izlənilmə qorxusunun gündəlik həyatlarına təsir etdiyini bildiriblər. BBC-yə istinadən xəbər verir ki, onların təsvir etdiyi şərait Soyuq müharibə dövründəki diplomatik mühitlə müqayisə olunur. Mövzu Rusiya il
23 oktyabrSəudiyyə Ərəbistanı Yəməndən Ər-Riyada atılan ballistik raketi ələ keçirib
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya şənbə günü Səudiyyə Ərəbistanının Mülki Müdafiəsinin Ər-Riyad, Nəcran və Vadi-ə-Dəvasir əyalətində mümkün təhlükə barədə xəbərdarlıqlarından sonra Yəməndə husilər tərəfindən Ər-Riyada atılan ballistik raketi ələ keçirdiyini və məhv etdiyini açıqlayıb
24 oktyabrLe Monde: "Tramp BBC-yə qarşı məhkəmə işində and altında ifadə verməlidir"
ABŞ prezidenti Donald Trampın BBC-yə qarşı qaldırdığı böhtan iddiası üzrə məhkəmədə and altında ifadə verməsi tələb olunur. Mübahisə BBC-nin Trampın çıxışından hazırladığı video montajı ilə bağlıdır. Le Monde-a istinadən xəbər verir ki, Tramp Britaniyanın ictimai yayımçısını çıxışının montajı vasitəsil
23 oktyabrUkrayna özünün peyk rabitə sistemini yaradır
Ukrayna "Nokia" və İCEYE şirkətləri ilə əməkdaşlıq çərçivəsində özünün peyk rabitə sistemini yaradacaq. xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. "İCEYE peyk kəşfiyyatı sahəsində ixtisaslaşıb və 2022-ci ildən bəri Ukrayna ilə əməkdaşlıq edir. "Nokia" telekommunikasiy
23 oktyabr