Putinin sevgilisi ABŞ-ı qorxutdu: Avropa sanksiyalar tətbiq edir

Putinin sevgilisi ABŞ-ı qorxutdu: Avropa sanksiyalar tətbiq edirAvropa İttifaqı Vladimir Putinin sevgilisi olduğu iddia edilən gimnast Alina Kabayevaya sanksiya tətbiq etmək üçün qollarını çırmalayıb.

Sonxeber.az Lent.az-a istinadla məlumatına görə, ABŞ-ın isə Kabayevanı sanksiya siyahısına daxil etməkdə tərəddüd etdiyi bildirilir.

Amerikanın CNN televiziyasının Avropa Komissiyasının mənbələrinə əsaslanaraq verdiyi xəbərdə sanksiya siyahısına salınacaq adlarla bağlı müzakirə aparıldığı, lakin adları açıqlanmayan diplomatlara görə, bu qərar sadə bir iş deyil. Kabayeva keçən ay SSRİ-nin İkinci Dünya Müharibəsində nasizm üzərində qələbəsini Putinin işğalı ilə müqayisə etdikdən sonra "hədəfdə olan insanlar" siyahısına əlavə edilib.
Sanksiya təklifində Kabayeva Putinin təbliğat maşınını yaradan və demək olar ki, bütün Rusiya dövlət mediasında əhəmiyyətli paya malik olan Milli Media Qrupunun idarə heyətinin sədri kimi göstərilir. Sənəddə qeyd olunur ki, keçmiş gimnast və Dövlət Dumasının keçmiş deputatının "prezident Vladimir Putinlə yaxın münasibəti var".

Bu il 70 yaşı tamam olacaq Rusiya lideri 2008-ci ildən bəri Olimpiadanın qızıl medalçısı, 38 yaşlı Kabayeva ilə münasibətlərini inkar edib. Münasibətlərini ilk dəfə yazan Moskva qəzeti isə bu xəbərdən az sonra bağlanıb.

WS Journal isə keçən ay dərc etdiyi xəbərdə Vaşinqtonun Kabayevaya qarşı sanksiyaları nəzərdən keçirdiyini bildirib. Xəbərdə Vaşinqtonun 11 saatlıq danışıqlar prosesindən sonra Kabayevanın yeni sanksiyalar paketindən çıxarıldığı bildirilib.

Digər tərəfdən, "The Guardian" qəzeti ABŞ rəsmilərinin Putinin bunu şəxsi hücum kimi qiymətləndirə biləcəyindən ehtiyat edərək Kabayevaya qarşı sanksiyaları dayandırdığını yazıb.

Ağ Evin sözçüsü Cen Psaki, sözügedən xəbərə istinadla verilən suala "Bizim sanksiyalardan heç kim güvənli deyil. Yəqin ki, görəcəyimiz daha çox işimiz var" deyə cavab verib.
Putinin sevgilisi ABŞ-ı qorxutdu: Avropa sanksiyalar tətbiq edirFevralın 24-də Moskvanın Ukraynaya müdaxiləsindən sonra ABŞ Putinə, onun yaxın çevrəsinə, hətta qızları Katerina Tixonova və Mariya Vorontsovaya qarşı sanksiyalar tətbiq edib.

Prezident Bayden də keçən ay deyib ki, Putin "hətta hakimiyyətdə qala bilməyəcək. Lakin Kabayeva Putinə o qədər yaxındır ki, hesabata görə, ona qarşı sanksiyalar Vaşinqton və Moskva arasında münasibətləri daha da gərginləşdirə bilər".

Adının çəkilməsini istəməyən Bayden administrasiyasının rəsmisi deyib: "Qərb Putinin çevrəsini və ailə üzvlərini hədəfə alıb. Çünki Putin, onun yaxın çevrəsi və bir çox oliqarxlar öz sərvətlərini ailə üzvləri ilə birlikdə gizlədirlər".

ABŞ-dan əvvəlki açıqlamalarda Putinin var-dövlətini ailə üzvlərinin adına keçirdiyi və sərvətlərini onların vasitəsilə gizlətdiyi vurğulanmışdı.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 5424   Tarix: 09 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı

17 sentyabr 2021
.

Rusiyada dəhşət: Məişət münaqişəsi polis şöbəsinə hücum və kütləvi qətllə nəticələndi - FOTO

Rusiyada Voronej vilayətinin Liski şəhərində polis bölməsinə silahlı hücum edilib. Belə ki, naməlum şəxs oxunmayan nömrələri olan "Niva" ilə şöbəyə gəlib, daha sonra avtomatdan atəş açaraq içəri daxil olub və növbətçi bölməni ev şəraitində hazırlanmış bomba ilə partlatmağa çalışıb. Müşahid

16 sentyabr 2021
.

Təqib etdiyi kişini öldürüb ətrafdakıları da yaraladı - ANBAAN VİDEO

İstanbulun Esenyurt rayonunda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan kişi küçədə silahlı hücuma məruz qalıb. " "a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Videoda öldürülən şəxsdən başqa hadisənin yaxınlığında olan qadının da güll

16 sentyabr 2021
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-ya istinadən xəbər verir ki, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17 sentyabr 2021
.

Şahzadə Harri ilə Meqan Marklın bu fotosu gülüş obyektinə çevrildi

Xəbər verdiyimiz kimi, ABŞ-ın "Time" jurnalı 2021-ci ilin ən nüfuzlu 100 şəxsinin siyahısını açıqlayıb. Həmin siyahıya daxil olan şahzadə Harri və Meqan Markl jurnalın bu mövzuya aid yeddi üz qabığından birində yer alıblar. "Qafqazinfo"ya istinadən xəbər verir ki, cütlüyün sözügedə

17 sentyabr 2021
.

Lukaşenko Düşənbəyə iti ilə səfər etdi

Belarusun lideri Aleksandr Lukaşenko sentyabrın 15-də Düşənbəyə işgüzar səfərə gedib. -a istinadla xəbər verir ki, Lukaşenko burada Tacikistan prezidenti Emomali Rahman, İrandan olan həmkarı İbrahim Rəisi ilə görüşüb. Məlumata görə, Lukaşenkonun Tacikistana səfərinin formal hissəsindən sonra Belaru

17 sentyabr 2021
.

İki dəfə dünyaya gəldiyini deyən qadın ÖLKƏ RƏHBƏRİNİ DƏ ŞOKA SALDI

Reenkarnasiya həqiqətən var ya yox bilinmir, amma Hindistanda baş verən bu hadisə, ona olan baxışınızı tamamilə dəyişəcək. -a istinadən iki dəfə doğulduğunu iddia edən hindli Şanti Devinin ağlları başdan alan hekayəsini təqdim edir. Şanti Devi cəmi 4 yaşında ikən ailəsinə evindən 120 kilometr uzaqlıqd

18 sentyabr 2021
.

İnsanları aldadaraq pul yığan şəxs saxlanıldı - 171 manatı ƏLİNDƏN ALINDI

Türkiyə bələdiyyə polisi evinin yandığını deyərək dilənən dilənçini saxlayıb və yığdığı pulu əlindən alıb. "Haber Globa"a istinadən xəbər verir ki, həmin şəxs insanların duyğularından istifadə edərək onlara işləyə bilmədiyini,. evinin yandığını deyib və bu yolla onlardan pul alıb. O insanlar

17 sentyabr 2021
.

23 yaşlı qızdan DƏHŞƏTLİ ƏMƏL: Sevgilisindən hamilə qaldı - Ailəsindən gizlətdi: Uşağı dünyaya gətirəndə...

Yaponiyada ailəsindən gizli şəkildə hamilə qalan qadın uşağı Tokio hava limanında dünyaya gətirib. xəbər verir ki, uşağı tualetdə dünyaya gətirən qadın ardınca körpəni kağızla öldürüb. Bildirilir ki, Kobe şəhərindən Tokioya səfərə edən 23 yaşlı qadının hava limanında doğum vaxtı çatıb. O, tualetdə uşağ

17 sentyabr 2021