ABŞ-ın məşhur jurnalisti Heydər Əliyevin nadir şəkillərindən birini PAYLAŞDI - FOTO
ABŞ-ın tanınmış tədqiqatçı jurnalisti Tomas Qoltz Heydər Əliyevin 1991-ci ildə çəkilmiş fotosunu yayımlayıb.
Oxu.Az xəbər verir ki, Heydər Əliyevin doğum günü ilə bağlı paylaşım edən Amerikanın məşhur jurnalist şəxsi "Facebook" səhifəsində ulu öndər Heydər Əliyevə aid fotonu paylaşaraq bu sözləri qeyd edib:
"Azərbaycanın Naxçıvan eksklavı (Naxçıvan Muxtar Respublikası - red.), Kremldən sonrakı dövrdə Heydər Əliyevlə ilk görüş. Ad gününüz mübarək, bəy!"
Qeyd edək ki, Rusiyadan Naxçıvan Muxtar Respublikasına qayıdan və doğulub-böyüdüyü Naxçıvanın ən çətin günlərində orada fəaliyyətə başlayan, blokadada qalan məmləkətini yalnız qoymayan ulu öndər Heydər Əliyev o zaman da dünyanın diqqət mərkəzində idi. Ümummilli lider həmişə olduğu kimi zəkası ilə ozamankı media işçilərinin də diqqətini cəlb etmişdi.
1991-ci ildə Heydər Əliyevlə görüşən xarici jurnalistlərdən biri də məhz Tomas Qoltz idi. Tomas Qoltz həmin vaxt Naxçıvana gedərək ilk dəfə şəxsi təşəbbüsü ilə Heydər Əliyevlə görüşüb və bu silsilə görüşlər Heydər Əliyevin vəfatına kimi davam edib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1919 Tarix: 10 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOnlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabrPrezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabrPrezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabr