Həkimlər bacarmır – işə ordu cəlb edildi
Ötən həftə yeni növ koronavirusa ilk yoluxmanın qeydə alındığı Şimali Koreyada epidemioloji vəziyyət ağırlaşır.
Sonxeber.az-ın məlumatına görə, rəsmi Pxenyanın qızdırma kimi qələmə verdiyi xəstəliyə 1 milyondan çox adam yoluxub. Azı 50 nəfərin öldüyü bildirilir.
Ölkə lideri Kim Çen In pandemiya ilə mübarizə üçün ordunu köməyə çağırıb. Siyasi büronun iclasında dövlət başçısı tibbi resursların vaxtında bölüşdürülməməsində səhiyyə rəsmilərini təqsirləndirib. Digər tərəfdən, məhdud testgötürmə imkanları ilə əlaqədar Covid-19-a yoluxanlarının sayının daha yüksək olduğu istisna edilmir.
Cənubi Koreya prezidenti Yun Sok-Yol pandemiya ilə mübarizədə Pxenyana yardım etməyə hazır olduqlarını açıqlayıb. O, Şimali Koreya razılıq verərsə bu ölkəyə dərman vasitələri, avadanlıqlar və tibb işçiləri göndərə biləcəklərini diqqətə çatdırıb.
Qeyd edək ki, Şimali Koreyada indiyədək koronavirus əleyhinə vaksinasiya həyata keçirilməyib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1532 Tarix: 17 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı
"Spotify" platforması aşağı keyfiyyətli məzmun və spam hesab etdiyi çox süni intellektlə yaradılmış 50 milyondan çox musiqini tövsiyə sistemindən çıxarıb. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, şirkət bu addımları həqiqi sənətçilərin əsərlərini ön plana çıxarmaq v
22 oktyabrKomaya düşdüyü deyilirdi - Çinə səfər etdi
Şimali Koreya lideri Kim Çen In Çinə səfər edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən Cənubi Koreyanın "Yonhap" agentliyi yayıb. Kim Çen Inın Çinə səfəri bu yaxınlarda Dandun bölgəsində iki ölkə arasında yeni açılan körpü vasitəsilə baş tutduğ
24 oktyabrTramp jurnalistə əsəbiləşdi: Axmaq insansan!
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların qaldırılması ilə bağlı sual verdiyinə görə jurnalistə əsəbiləşib. xəbər verir ki, jurnalist Trampa "Girov götürülmüş şəxsin azad edilməsini təmin etmək üçün Rusiyaya qarşı həmin sanksiyaların ləğv edilməsi Rusiyaya güzəştə getmək deyildisə
22 oktyabrABŞ-də ölü elan edilən körpə beş saat sonra morqda sağ tapılıb - Foto
ABŞ-də hovuzda boğulma təhlükəsi ilə üzləşdikdən sonra öldüyü elan edilən təxminən 18 aylıq oğlan uşağı bir neçə saat sonra xəstəxananın morqunda sağ tapılıb. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Hadisə fevralın 8-də Gilbert şəhərində ailə məclisi zamanı baş verib. Vinsent Fyo
24 oktyabrR4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının (R4 formatı), eləcə də Fransa, Almaniya, Böyük Britaniya (Avrotroyka) və İtaliyanın xarici işlər nazirləri oktyabrın 23-də İstanbulda keçirilən görüşdə aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər. "Report" Almaniya XİN-ə istinadə
24 oktyabr