"Rusiyalı hakerlər" Qərb ölkələrinə kibermüharibə elan ediblər
"Killnet" qrupundan olan "Rusiyalı hakerlər" dünyanın on ölkəsinə kibermüharibə elan ediblər. Bu barədə assosiasiyanın nümayəndəsi qrupun rəsmi "Telegram" kanalında yayımlanan videoda bildirib.
"Bu gün biz on ölkənin hökumətinə qarşı rəsmi olaraq kibermüharibə elan edirik. Bundan sonra Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya, İtaliya, Latviya, Rumıniya, Litva, Estoniya, Polşa və Ukrayna bizim hücumlarımıza məruz qalacaqlar", – deyə "Killnet" nümayəndəsi qeyd edib.
Eyni zamanda o, Qərb ölkələrinə məhz hansı şəkildə hücum ediləcəyini dəqiq açıqlamayıb, lakin qeyd edib ki, qruplaşma və onun müttəfiqləri artıq sadalanan dövlətlərin infrastrukturuna zərbə endirməyə hazırdırlar. Bundan əlavə, "Killnet" qeyd edib ki, "qlobal hücumun sınağı başa çatıb".
"Bu ölkələrin dinc vətəndaşları təhlükə altında deyillər. Bu ölkələrin hökumətləri ləğv ediləcək", – deyə "Killnet nümayəndəsi" fikrini yekunlaşdırıb.
Bundan əvvəl "Killnet"in hakerləri "Beynəlxalq Haktivistlər Alyansı"nın yaradıldığını elan etmişdilər. Yeni assosiasiyanın əsas missiyaları isə "antifaşist" fəaliyyətlə yanaşı, NATO-nun genişlənməsinin qarşısını almaq, onun İT infrastrukturunu haker hücumlarının köməyi ilə məhv etmək idi./oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1453 Tarix: 17 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dünyanın ən qədim çayı dinozavrlardan əvvəl yaranıb: Harada yerləşir?
Dinozavrlar Yer üzündə təxminən 233-66 milyon il əvvəl, Mezozoy erasında yaşayıblar. Alimlərin fikrincə isə dünyanın ən qədim çay sistemlərindən biri hesab edilən Avstraliyadakı Finke (yerli adı ilə Larapinta) çayının drenaj sistemi təxminən 300-400 milyon il əvvələ, yəni dinozavrlardan da əvvəlki dövr
21 iyulZelenski ordu rəhbərliyi ilə görüşdü: Yeni qərarlar hazırlanır
Ukrayna Prezidenti Volodimir Zelenski son günlər ordu rəhbərliyi ilə bir sıra məsləhətləşmələr apardığını və bu istiqamətdə yeni qərarlar hazırlandığını bildirib. xəbər verir ki, Zelenski bu barədə videomüraciətində danışıb. "Son iki gündə çoxlu məsləhətləşmələr olub. Təbii ki, insanların nə dediyin
19 iyulFransada tıxacların uzunluğu rekord həddə çatıb
Fransada iyulun 18-də avtomobil tıxaclarının ümumi uzunluğu 708 kilometrə çatıb. xəbər verir ki, bu barədə "Sortiraparis" portalına istinadən məlumat yayılıb. Ən ciddi tıxaclar cənuba doğru istiqamət alan və Rona vadisindən keçən A7 avtomagistralında müşahidə olunub - burada tıxacın uzunluğ
19 iyulİran üçün kritik zərbə: 500 min nəfərlik şəhər blokadaya düşdü
ABŞ ordusunun İrandakı körpülərə endirdiyi zərbələr ölkənin əsas liman şəhərlərindən biri olan Bəndər-Abbası İranın digər hissələri ilə nəqliyyat əlaqələrindən təcrid edib. xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. Bombardmanlar nəticəsində 500 min nəfər əhalisi olan v
19 iyulRusiya ordusu Donetsk vilayətində iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi
Rusiya Silahlı Qüvvələri Slavyansk və Kramatorsk istiqamətində irəliləyərək Donetsk vilayətinin Piskunovka yaşayış məntəqəsini nəzarətə götürüb və Nikolayevka qəsəbəsinin kənarlarına çatıb. xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimov bildirib
19 iyul"Bloomberg" ən zəngin insanların məşhur aktivini açıqladı
Son illərdə dinozavr skeletləri dünyanın ən varlı insanları üçün ən populyar aktivlərdən birinə çevrilib. "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, milyarderlər artıq Faberje yumurtaları və ya idman klubları kimi dəbdəbəli aktivlərlə yanaşı, dinozavr qalıqlarına da böyük maraq göstərirlər
19 iyul