Mustafa Kamal Atatürkün doğum günüdür

Mustafa Kamal Atatürkün doğum günüdürBu gün Türkiyə Respublikasının qurucusu, görkəmli dövlət xadimi, marşal, 1919-cu ildə başlayan Türkiyə İstiqlaliyyət müharibəsinin öndəri Mustafa Kamal Atatürkün doğum günüdür.

O, 1881-ci ildə Osmanlı İmperiyasına məxsus Saloniki şəhərində dünyaya gəlib. 1902-ci ildə İstanbul Hərb Məktəbindən leytenant rütbəsi ilə məzun olub və Hərbi Akademiyada təhsilinə davam edib. 1905-ci il yanvar ayının 11-də kapitan rütbəsi ilə Akademiyanı bitirib. 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzində xidmətə başlayıb.

Birinci Dünya müharibəsində Osmanlı ordusunda xidmət edən Atatürk Çanaqqala cəbhəsində polkovnik, daha sonra general ali rütbəsi alır, Suriya-Fələstin cəbhəsində isə İldırım Ordular qrupunun komandiri vəzifəsinə təyin edilir. Müharibənin sonunda Osmanlı imperiyasının məğlub olmasının ardınca İstiqlaliyyət müharibəsi — Türk Milli Hərəkatına liderlik və öndərlik edib. Türkiyə İstiqlaliyyət müharibəsi ərəfəsində Ankara Hökumətini qurdu, Türkiyə Ordusunun baş komandanı olaraq Sakarya döyüşündəki qələbəsinə görə 19 sentyabr 1921-ci ildə "Qazi" ləqəbini alıb və marşal rütbəsinə yüksəlib.

1920-ci aprel ayının 23-də Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından sonra Türkiyə Respublikasının qurulması yolunda əhəmiyyətli addımlar atıb. Müharibədən sonra Cümhuriyyət Xalq Partiyasını qurub və partiyanın ilk sədri olub. 1 noyabr 1922-ci ildə Osmanlı İmperiyasının mövcudluğuna son qoyulub. 29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyəti elan edilib, Atatürk yekdilliklə ilk prezident seçilib. 1938-ci ildə ölənə qədər dörd hakimiyyət dövründə bu vəzifədə xidmət edərək Türkiyədə ən uzun müddət prezident olmuş şəxsdir.

Atatürk tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Soyad qanununa uyğun olaraq 24 noyabr 1934-cü ildə TBMM tərəfindən Mustafa Kamala "Atatürk" soyadı verilib.

Fransız və alman dillərini bilirdi.

10 noyabr 1938-ci ildə İstanbulda Dolmabaxça sarayında sirroz xəstəliyindən vəfat edib. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib, mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb.

"Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur" - bu sözləri Mustafa Kamal Atatürk 1921-ci ildə Azərbaycan SSR-in Türkiyədəki təmsilçisi İbrahim Əbilovun etibarnaməsini qəbul edərkən deyib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1176   Tarix: 19 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zelenski ordu rəhbərliyi ilə görüşdü: Yeni qərarlar hazırlanır

Ukrayna Prezidenti Volodimir Zelenski son günlər ordu rəhbərliyi ilə bir sıra məsləhətləşmələr apardığını və bu istiqamətdə yeni qərarlar hazırlandığını bildirib. xəbər verir ki, Zelenski bu barədə videomüraciətində danışıb. "Son iki gündə çoxlu məsləhətləşmələr olub. Təbii ki, insanların nə dediyin

19 iyul
.

Belçika İsrailin nəzarətindəki Fələstin ərazilərindən məhsulların idxalına qadağanı təsdiqləyib

Belçika Nazirlər Şurası Fələstindəki İsrail məskənlərindən məhsulların idxalına qadağanı təsdiqləyib. "Report"un "Euractiv"ə istinadən məlumatına görə, bunu Belçikanın xarici işlər naziri Maksim Prevo bildirib. Qeyd olunub ki, bu tədbir ilk olaraq ötən yayın sonunda İsrailin Qəzz

19 iyul
.

CNN: ABŞ Səudiyyə Ərəbistanına uranın zənginləşdirilməsi yolunu açır

ABŞ Prezidenti Donald Trampın administrasiyası Səudiyyə Ərəbistanı ilə ölkə daxilində uranın məhdud zənginləşdirilməsinə və plutoniumun emalına icazə verilməsini nəzərdə tutan ilkin razılaşma əldə edib. "Report" xəbər verir ki, bu barədə CNN mənbələrə və sənədlərə istinadən yazıb. "B

19 iyul
.

Süni intellekt artıq dünyanı məhv etməyə başlayıb - Yeni ARAŞDIRMA

Süni intellekt infrastrukturunun inkişafı təkcə texnoloji irəliləyiş deyil, həm də ciddi ekoloji problemə çevrilir. Süni intellektin sürətli inkişafı güclü hesablama sistemlərini dəstəkləmək üçün getdikcə daha çox məlumat mərkəzlərinin yaradılmasını tələb edir. Lakin texnoloji tərəqqi ilə yanaşı, ekoloj

19 iyul
.

Dünyanın ən qədim çayı dinozavrlardan əvvəl yaranıb: Harada yerləşir?

Dinozavrlar Yer üzündə təxminən 233-66 milyon il əvvəl, Mezozoy erasında yaşayıblar. Alimlərin fikrincə isə dünyanın ən qədim çay sistemlərindən biri hesab edilən Avstraliyadakı Finke (yerli adı ilə Larapinta) çayının drenaj sistemi təxminən 300-400 milyon il əvvələ, yəni dinozavrlardan da əvvəlki dövr

21 iyul
.

İsrailin Livanın cənubuna endirdiyi zərbələrdə azı dörd nəfər həlak olub

Şənbə günü İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) pilotsuz uçuş aparatlarının Livanın cənubundakı Nəbatiyyə şəhərinə və onun ətrafına zərbələr endirməsi nəticəsində azı dörd nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb. Məlumata görə, dronları

19 iyul
.

Macarıstan prezidenti vəzifədən uzaqlaşdırıldı: Yerinə kim gəldi?

Macarıstan Prezidenti Tamaş Şuyok vəzifəsindən uzaqlaşdırılıb. Onun səlahiyyətlərini müvəqqəti olaraq parlamentin sədri Aqneş Forsthoffer icra edəcək. xəbər verir ki, bu barədə hökumət nümayəndəsi Madyar milli televiziya kanallarında videomüraciət yayıb. O bildirib ki, Tamaş Şuyok parlamentin qəbul etdiy

19 iyul
.

ABŞ tarixinin ikinci ən böyük lotereya cekpotunu qazanan şəxsin kimliyi açıqlanıb

ABŞ tarixində ikinci ən böyük "Powerball" cekpotu - 1.82 milyard dolların sahibi məlum olub. Məlumata görə, qalib Arkanzas ştatının Nort-Litl-Rok şəhərinin meri Terri Hartvikin kiçik qardaşıdır. "Arkansas Democrat-Gazette" qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı qalibi

19 iyul
.

ABŞ Avropada MAGA layihələrinin təşviqi üçün qrantlar ayırmağı planlaşdırır

ABŞ Prezidenti Donald Trampın komandası Avropa ərazisində və dünyanın digər regionlarında MAGA ("Make America Great Again") hərəkatı ilə bağlı layihələrə dəstək verməyə yönəlmiş qrant vəsaitlərinin bölüşdürülməsinə hazırlıq görür. "Report" xəbər verir ki, bu barədə "Financia

19 iyul