Ərdoğan İsveçin baş naziri ilə danışdı: Türkiyə şərtlərini bir-bir açıqladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveçin Baş naziri Maqdalena Andersson arasında telefon danışığı baş tutub.
Telefon söhbətində ikitərəfli münasibətlər və İsveçin NATO-ya üzvlük üçün müraciəti məsələsinə toxunulub.
Türkiyənin NATO-nun "açıq qapı" siyasətinə hər zaman tam dəstək verdiyini bildirən Ərdoğan Alyans daxilində həm üzv ölkələrin təhlükəsizliyi, həm də kollektiv təhlükəsizlik baxımından həmrəyliyin əsas olduğunu vurğulayıb.
Türkiyənin İsveçin PKK-YPG-PYD terror qruplaşmalarının əlaltısı olan şəxs və qondarma qurumlarla təmaslarından narahat olduğunu uzun müddətdir söylədiklərini bildirən Ərdoğan FETÖ terror qruplaşmasının İsveçdəki mövcudluğuna və fəaliyyətlərini davam etdirdiyinə də diqqət çəkib.
Türkiyə lideri İsveçin terror qruplaşmalarına siyasi, maliyyə və silah dəstəyinə son qoymalı olduğunu vurğulayıb.
R.T.Ərdoğan qeyd edib ki, PKK-PYD-YPG-nin İŞİD-lə mübarizə aparması iddiaları həqiqəti əks etdirmir. Onun sözlərinə görə, Türkiyə İsveçin PKK terror qruplaşması və bu qruplaşmanın Suriyadakı qolları ilə bağlı Ankaranın narahatlıqlarını bölüşdüyünü ortaya qoyan konkret və ciddi addımlar atmasını gözləyir.
Ərdoğan həmçinin bildirib ki, İsveç Suriyadan Türkiyəyə qarşı terror təhdidlərinə görə həyata keçirilən "Sülh çeşməsi" əməliyyatından sonra Türkiyəyə tətbiq etdiyi məhdudiyyətləri də aradan qaldırmalıdır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 730 Tarix: 21 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran Fars körfəzində dörd gəmiyə hücum etdi
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) donanması Fars körfəzinin şimalında dörd gəmini vurduğunu bildirib. xəbər verir ki, məlumatda deyilir ki, "Fars körfəzinin şimalında dörd gəmi vurulub və yanğın baş verib". "İİKK Hərbi Dəniz Qüvvələri xəbərdarlıq edib ki, əgər Vaşinqto
22 oktyabrR4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının (R4 formatı), eləcə də Fransa, Almaniya, Böyük Britaniya (Avrotroyka) və İtaliyanın xarici işlər nazirləri oktyabrın 23-də İstanbulda keçirilən görüşdə aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər. "Report" Almaniya XİN-ə istinadə
24 oktyabrİran Kürdüstana ağır texnikalar yerləşdirir
Bu gün səhər saatlarından İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Kürdüstan əyalətinin bir neçə bölgəsinə çoxsaylı hərbçi və ağır hərbi texnika yerləşdirir. xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, qonşu əyalətlərdən Sənəndəc, Kamyaran, Sərvabad
22 oktyabrHərəkətdə olan iki nəhəng aysberq təhlükə yaratmaqda davam edir
Antarktidadan qopan A81 və D32 aysberqləri minlərlə kilometrlik yol qət etdikdən sonra Cənubi Corciya adasına doğru hərəkət edir. Yeni peyk görüntüləri onların marşrutunu göstərir. Mütəxəssislər aysberqlərin dayazlıqlarda ilişib qalması ehtimalına və gəmilər üçün təhlükə yaradan kiçik buz parçaların
23 oktyabrMask respublikaçılara 445 milyon dollar bağışladı
CNN-in məlumatına görə, iş adamı Elon Musk ABŞ Konqresinin ara seçkilərinə ən azı 445 milyon dollar ianə edib. xəbər verir ki, kanalın məlumatına görə, ianələrin əhəmiyyətli bir hissəsi respublikaçıların ABŞ Senatında təsirlərini qoruyub saxlamalarına kömək üçün xərclənib. CNN qeyd edir ki, "Pu
23 oktyabrÇində 7 bal gücündə zəlzələ baş verib
Çinin Tibet Muxtar Rayonunda 7,0 maqnitudalı güclü zəlzələ baş verib. İlkin məlumatlara görə, yeraltı təkanların episentri Tibet bölgəsinin şimalındakı Naqçu ərazisində yerləşib. Zəlzələ yerli vaxtla saat 22:33-də qeydə alınıb. Reuters-in yaydığı məlumata əsasən, zəlzələnin ocağı yer səthinə yaxın olub
22 oktyabr