İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə daha hansı xəstəliklər əlavə oluna bilər?

İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə daha hansı xəstəliklər əlavə oluna bilər?"Onkoloji xəstəliklər dünyada insanların ən çox əziyyət çəkdiyi xəstəliklər siyahısında ilk üçlükdədir. Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkənlər çoxdur. Onların müalicəsini icbari tibbi sığorta qarşılamır. Əməliyyatlara, müalicələrə, dərmanlara çoxlu maddi vəsait tələb olunur".

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi xidmət üzrə Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlayıb və aidiyyəti quruma təqdim edib". Bunu agentliyin sədri Zaur Əliyev qurumun ötən il üzrə fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən deyib. Onun sözlərinə görə, layihədə 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi, ümumilikdə 3 000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur.

Z.Əliyev bildirib ki, yeni tibbi xidmətlər limitli qaydada orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatları və s. əhatə edir. Ümumilikdə, 700 böyük rəqəmdir. Bəs qeyd olunanlardan savayı siyahıda hansı tibbi xidmətlər olmalıdır ki, bu gün çox vacibdir?

Mövzu ilə bağlı "Kaspi" qəzetinin yazısını təqdim edirik:

"Bütün xidmətlər daxil edilməlidir"

Tibbi ekspert Aydın Əliyev deyir ki, insan həyatı, sağlamlığı üçün zəruri olan bütün xidmətlər bu paketə daxil edilməlidir:

"İcbari tibbi sığorta sisteminin fəlsəfəsi belədir ki, insan həyatı, sağlamlığı üçün zəruri olan bütün xidmətlər bu paketə daxil edilməlidir. Düzdür, indi estetik əməliyyatlar bura daxil deyil, amma burada da nəzərə alınmalı məqamlar olmalıdır. Məsələn, insanın burnunda deformasiya varsa, bu da ona kompleks yaradırsa, cəmiyyət içərisində sıxılırsa, deməli, problemdir. Düşünürəm ki, bu hallar da icbari tibbi sığortaya daxil edilməlidir. Kiminsə kefinə hansısa nahiyədə estetik dəyişiklik düşübsə, bunu sığortanın qarşılaması vacib deyil".

"Orqan transplantasiyası həyati əhəmiyyət daşıyır"

A.Əliyev deyir ki, bir çox xəstələr və onların yaxınları onkoloji xəstəliklərin Xidmətlər Zərfinə daxil olmasını gözləyir:

"Onkoloji xəstəliklər dünyada insanların ən çox əziyyət çəkdiyi xəstəliklər siyahısında ilk üçlükdədir. Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkənlər çoxdur. Onların müalicəsini icbari tibbi sığorta qarşılamır. Qanunla onkoloji xəstəliklərin müalicəsi dövlət hesabına olmalıdır. Amma hamıya məlumdur ki, dövlət hesabına heç bir müalicə getmir. Əməliyyatlara, müalicələrə, dərmanlara çoxlu maddi vəsait tələb olunur. Bunlar hamısı icbari sığortaya daxil edilməlidir. Çünki çox ciddi məsələdir".

A.Əliyev qeyd etdi ki, orqan transplantasiyasının hər kəsə aid edilməzi zəruridir:

"Orqan transplantasiyasının limitli şəkildə olmasının deyil, bütün göstəriş olan xəstələrə tətbiqi zəruridir. Orqan transplantasiyası həyati əhəmiyyət daşıyır".

Həmin xidmət dövlət tibb müəssisəsində olmalıdır

Millət vəkili Soltan Məmmədov deyir ki, Xidmətlər Zərfinin davamlı olaraq genişləndirilməsi, göstərilən xidmətin yüksək səviyyədə təmin olunması, əhalinin bu xidmətlərə əlçatanlığının artırılması icbari tibbi sığorta üzrə qanunun tətbiqi zamanı qarşıya qoyulan əsas məqsəd idi: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ayrılan maliyyə resurslarının davamlı inkişafı fonunda Xidmətlər Zərfində təklif olunan xidmətlərin sayının artırılması istiqamətində böyük işlər görüldü. Bu gün xidmət sayının 3000-dən çox olması planlaşdırılır. Davamlı olaraq həm maddi resursların genişləndirilməsi, bunun fonunda Zərfə daxil olan xidmətlərin artırılması üçün böyük işlər görülür".

Millət vəkili deyir ki, bəzi tibbi xidmətlərin Xidmətlər Zərfinə əlavə edilməsi üçün həmin xidmətlərin dövlət tibb müəssisələrində yüksək səviyyədə göstərilməsi təmin olunmalıdır:

"Xidmətlər Zərfinə oftalmoloji, kardioloji, travmatoloji istiqamətdə əlavələr gözlənilir. Ürək-damar xəstəlikləri ilə bağlı bütün əməliyyatlar əhatə olunmasa da, icbari tibbi sığorta ilə əhatə olunması çətin olan bir sıra bahalı, çətin əməliyyatlar da zərfə daxil edilir. Bəzi xidmətlər var ki, Xidmətlər Zərfinə daxil deyil. Məsələn, bir sıra transplantasiya, ağır ürək-damar xəstəlikləri ilə bağlı əməliyyatlar, bəzi digər ağır cərrahi əməliyyatlar və s. Amma nəzərə almalıyıq ki, bu sistem ölkədə yeni tətbiq olunur. Zərfdəki xidmətlərin sayının artırılması üçün lazım olan tibbi xidmətlərin dövlət tibb müəssisələrində göstərilməsi, varsa da, yüksək keyfiyyətdə göstərilməsi lazımdır. Bunun üçün əvvəlcə həmin tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilməli, kadr potensialı hazırlanmalıdır. Bunun fonunda Zərfin genişləndirilməsi imkanları yaranmış olar".

Regional xəstəliklər aspektindən yanaşma

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli bildirdi ki, Xidmətlər Zərfinə regional xəstəliklər aspektindən də baxmaq lazımdır:

"Hər bir regiona xas, həmin ərazidə daha çox rast gəlinən xəstəliklər var. Müəyyən regionlarda bronxial astma, müəyyən yerlərdə mədə-bağırsaq xəstəlikləri çoxdur. Bölgələrə görə yayılma riskləri nəzərə alınmalı, müqayisəli şəkildə də tətbiq olunmalıdır".

İ.Hüseynlinin sözlərinə görə, orqan transplantasiyasının icbari tibbi sığortaya daxil edilməsi yaxşı hal olsa da, bu istiqamətdə tibb personalı çatışmazlığı problem yaradan məsələdir:

"Biz onu icbari tibbi sığorta paketinə salmaqda düz edirik. Ancaq orqan transplantasiyasında böyük vəsaitlərdən söhbət gedir. Həm də orqan transplantasiyası Azərbaycanda hələ mükəmməl səviyyədə inkişaf etməyib. Orqan transplantasiyasını həyata keçirən tibb personalının sayında ciddi problem var. Bunun üzərində düşünmək lazımdır".


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1125   Tarix: 22 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA

Son günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?. Məsələ ilə bağlı -a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmd

16 sentyabr 2021
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

17 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI

Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı

16 sentyabr 2021
.

Goji cavanlaşdırıcı kremi ilə cavanlaşın!

Çökmə (Göz Qapaqları). Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür. Üzdə Boşalma və sallanmalar

13 sentyabr 2021
.

Payız soyuqdəyməsindən bunlarla qorunun

Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana

17 sentyabr 2021
.

Vitamin və minerallarla zəngin QİDALAR

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs

11 sentyabr 2021
.

Möcüzəli ədviyyat DARÇIN - Hər dərdin dərmanı

"Cinnamomum" ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir. Darçın orqanizmə güclü antibakterial

13 sentyabr 2021
.

Koronavirusa qarşı kimin immuniteti daha güclüdür?

Çində koronavirusa yoluxmuş 70 min insanın analizləri əsasında araşdırma aparılıb. Məlum olub ki, bu xəstəliyin yalnız 1% -i uşaqlarda və yeniyetmələrdə olur. Ən az risk 0-19 yaş arasıdır. Həkimlər bunu yaşdan asılı olaraq orqanizmin qoruyucu funksiyalarının zəifləməsi ilə əlaqələndirirlər. Uşaqları

8 sentyabr 2021